Icma.az
close
up
RU
“Qarabağ”la oyundan qabaq “Benfika”ya bunu dedim, mənə inanmadılar”

“Qarabağ”la oyundan qabaq “Benfika”ya bunu dedim, mənə inanmadılar”

Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.

“Qarabağ” Çempionlar Liqasının əsas mərhələsində Portuqaliyada “Benfika”nı 3:2 hesabı ilə məğlub etdi.

Sportal.az xəbər verir ki, “Zirə”də çıxış edən portuqaliyalı qapıçı Tiaqo Silva bu nəticədən sonra teleqraf-ın suallarını cavablandırıb.

– Çempionlar Liqasının əsas mərhələsində “Benfika”-“Qarabağ”oyununu izlədinizmi? Portuqaliyalı futbolçu kimi təəssüratlarınız necədir?

– Fikrimcə, oyunun ilk 30 dəqiqəsində “Benfika” açıq şəkildə üstün idi və dərhal iki qol vurdu. Həmin qollar onlara arxayınlıq gətirdi, oyunun asan keçəcəyini düşündülər. “Qarabağ” isə təslim olmadı, oyunun qalan hissəsində “Benfika”dan qat-qat yaxşı oynadı. Məncə, “Qarabağ” tamamilə layiqli qələbə qazandı, hətta daha çox qol da vura bilərdilər. Bu, “Qarabağ” və bütün Azərbaycan üçün tarixi qələbədir.

– Sizin fikrinizcə, “Benfika” kimi böyük bir klubun Azərbaycan komandası qarşısında məğlub olmasının əsas səbəbləri nələrdi? Böyük futbol ənənəsinə sahib olan bir ölkədə “Qarabağ”a həqiqətənmi zəif rəqib gözü ilə yanaşılmışdı?

– Oyundan əvvəl mən “Benfika TV”yə müsahibə vermişdim. Onlar məndən soruşmuşdular ki, “Qarabağ” və ya “Zirə” kimi bir komanda Portuqaliya çempionatında neçənci yeri tuta bilərdi? Mən cavab verdim ki, ilk üçlük və ya dördlük uğrunda mübarizə aparardılar. Həmçinin qeyd etdim ki, Azərbaycan liqası çox güclüdür və heç bir halda Portuqaliya liqasından zəif deyil. Onlar buna inanmadılar. Amma oyundan sonra şərhçilər dedi: “Tiaqo bizi xəbərdar etmişdi”.

- Siz onları əvvəlcədən olacaqlar barədə xəbərdar etmişdiniz…

- Portuqaliyalılar və “Benfika” azarkeşləri üçün bu, təhqiredici məğlubiyyət idi, amma açığı mənim üçün sürpriz olmadı. Çünki “Benfika” hazırda yaxşı futbol oynamır. Digər tərəfdən, bu il Azərbaycan liqası əvvəlkindən çox güclüdür və bu, “Qarabağ”a Çempionlar Liqası matçlarına daha yaxşı hazırlaşmaq imkanı verir. Mən deyərdim ki, təcrübəli Azərbaycan klubları – “Zirə”, “Qarabağ”, “Sabah”, “Neftçi”, “Araz”, “Turan” Portuqaliya liqasındakı hər bir komanda ilə oynaya və qələbə qazana bilər. Artıq Azərbaycan komandaları özlərinə inanmalı və hər şeyin mümkün olduğunu dərk etməlidirlər.

– “Benfika”nın baş məşqçisi Bruno Laqe bu nəticədən sonra istefaya göndərildi. Sizcə, əgər məğlubiyyət başqa komandaya qarşı olsaydı, qərar dəyişərdimi? Portuqaliyada bu barədə ümumi rəy necədir?

– Onun gedişi gözlənilirdi. “Qarabağ”a məğlubiyyət son damla oldu. Çoxdan deyilirdi ki, Joze Mourinyo sadəcə komandanı təhvil almaq üçün gözləyir. Mən inanıram ki, bir neçə gün ərzində Mourinyo “Benfika”nın baş məşqçisi kimi təqdim olunacaq.

– Sizcə, “Qarabağ”ın qələbəsi Avropada Azərbaycan futboluna baxışı dəyişdirə bilərmi? Futbolçu kimi bu baxımdan gözləntiləriniz nələrdir?

– Məncə, Avropada Azərbaycanın futboluna baxış yalnız o halda dəyişəcək ki, biz özümüz liqamıza və komandalarımıza daha çox inanaq. Portuqaliyada çox danışılır ki, Azərbaycan çempionatı öz azarkeşləri tərəfindən də lazımi hörməti görmür, çünki oyunlara yüzlərlə azarkeş gəlir, Avropada isə stadionlar minlərlə fanatla dolur. Biz də stadionlara daha çox getməli, tribunaları doldurmalıyıq. Artıq hər kəsin futbola dəstək vermısinin vaxtıdır.

– Azərbaycan millisindən portuqaliyalı baş məşqçi Fernandu Santuşun ayrılması və dərhal sonra “Qarabağ”ın böyük futbol ənənəsinə sahib ölkədə qələbə qazanması nəyi deməyə əsas verir?

– Məncə, bu iki faktın bir-biri ilə əlaqəsi yoxdur. Portuqaliyanın dünyanın ən yaxşı məşqçilərindən və futbolçularından bəzilərinə sahib olduğunu unutmayaq. Fernandu Santuş Azərbaycanda uğur qazana bilmədi. Amma gəlin yaddan çıxarmayaq ki, o, vaxtilə Portuqaliya ilə Avropa çempionu olub. Sadəcə futbolçulara ötürdüyü mesaj yaxşı çatmırdı, yəqin dil fərqindən irəli gəlirdi. Mən ona karyerasında uğurlar arzulayıram. İndi isə ümid edirəm ki, Azərbaycan milli komandası yerli məşqçi ilə daha yaxşı nəticələr əldə edəcək.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://sportal.az
archiveBu xəbər 20 Sentyabr 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see284

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see250

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see222

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see170

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see166

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see152

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see150

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see147

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see147

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see142

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see140

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see140

Türkiyə gözəli seçildi

20 Dekabr 2025 10:38see140

Odessanın liman infrastrukturu ballistik raketlərlə vurulub, ölənlər var

20 Dekabr 2025 08:15see139

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see137

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see137

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see137

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see135

Putindən NATO baş katibinə sərt sözlər: Nə deyirsən, oxuyub yazmağı da bilmirsən?

20 Dekabr 2025 16:19see134

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri