Icma.az
close
up
RU
Qaraciyər xəstəliklərinin ilkin əlamətləri hansılardır?

Qaraciyər xəstəliklərinin ilkin əlamətləri hansılardır?

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qaraciyərin 100-dən çox müxtəlif xəstəliyi var. Bu xəstəliklər infeksiyalar, alkoqolun həddindən artıq qəbulu, dərman istifadəsi, toksinlər, narkotik maddələr, onkoloji problemlər və piylənmə kimi səbəblərdən qaynaqlana bilər.

Lent.az qaraciyər zədələnməsinin erkən simptomlarını sizlərə təqdim edir:

Qaraciyər xəstəlikləri fərqli formalarda inkişaf edə bilər. Onlar kəskin və ya xroniki ola bilər. Kəskin qaraciyər zədələnməsi qəfil baş verir və sürətlə irəliləyir. Bu, asetaminofen (parasetamol) və digər dərmanların həddindən artıq istifadəsi, virus infeksiyaları, bitki tərkibli əlavələr və ya autoimmun reaksiyalar nəticəsində yarana bilər. Xroniki qaraciyər xəstəlikləri isə yavaş inkişaf edir və ilkin mərhələdə simptomlar özünü biruzə vermir. Əvvəlki mərhələdə qaraciyər problemlərinin aşağıdakı əlamətləri müşahidə edilə bilər:

Qarında ağrı
İştahsızlıq
Daimi yorğunluq
İshal

Qaraciyər zədələnməsinin daha açıq simptomları

Xəstəlik irəlilədikcə, qaraciyərin funksiyasının pozulması daha nəzərəçarpan simptomlarla özünü büruzə verir:

Sarılıq (Jaundice)

Dəri və gözlərin ağ qişası sarı rəng alır, çünki qaraciyər bilirubini kifayət qədər çıxara bilmir.

Dərinin qaşınması

Xroniki qaraciyər xəstəlikləri zamanı dərinin güclü qaşınması müşahidə olunur. Bu qaşınma gecələr daha da güclənir və yuxu pozğunluğuna səbəb ola bilər.

Asit (qarın boşluğunda maye yığılması)

Qaraciyərin zədələnməsi qan dövranının pozulmasına səbəb olur. Bu, qarında həddindən artıq maye yığılmasına gətirib çıxarır və qarın görünüşcə şişmiş olur.

Ayaqlarda və topuqlarda şişkinlik

Qaraciyər xəstəlikləri ayaq və topuq nahiyəsində ödemlərə səbəb ola bilər. Duzun qəbulunu azaltmaq və ya sidikqovucu dərmanlardan istifadə tövsiyə edilə bilər.

Ağarmış nəcis və tünd rəngli sidik

Sağlam nəcis qaraciyər tərəfindən istehsal olunan öd turşularının təsiri ilə qəhvəyi olur. Qaraciyər funksiyası pozulanda nəcis açıq rəngli, sidik isə qəhvəyi və ya tünd olur.

Xroniki yorğunluq və diqqət problemləri

Qaraciyər normal çalışmadıqda qan dövranında toksinlər toplanır. Bu, beyinə mənfi təsir göstərir və yorğunluq, diqqət pozğunluğu və zehni qarışıqlıq yaradır.

Ürəkbulanma və qusma

Qaraciyər xəstəlikləri mədə problemlərinə və ürəkbulanma hissinə səbəb ola bilər. Xəstəlik irəlilədikcə toksinlər artdıqca qusma halları da baş verə bilər.

Tez-tez göyərmələr və qanaxmalar

Qaraciyər qan laxtalanmasını tənzimləyən zülalların istehsalında mühüm rol oynayır. Qaraciyər funksiyası zəiflədikdə, xırda zərbələrlə belə göyərmələr və qanaxmalar baş verə bilər.

Dəridə damar ulduzcuqları

Qaraciyər problemi olan insanlarda dərinin üst qatında qırmızı damarlar (damar ulduzcuqları) yaranır. Bu, xüsusilə yanaqlarda, burunda və boyun nahiyəsində müşahidə olunur. Alkoqolizm və qaraciyər problemləri ilə əlaqəli olur. Eyni zamanda, ovucun içində qızartılar (palmar eritama) meydana çıxa bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://lent.az
archiveBu xəbər 04 Mart 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri