Qaradağ Lökbatan ı da yenib rəqibsiz qalmaq istəyirik İbrahim Uzunca
Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan II Liqasında IV turun mərkəzi oyunu "Xankəndi" ilə "Şəki Siti" arasında baş tutub. Qarabağ təmsilçisi ev oyununda minimal hesabla qalib gəlib.
"Xankəndi"nin baş məşqçisi İbrahim Uzunca Fanat.Az-a açıqlamasında 1:0 qələbə qazandıqları görüşü dəyərləndirib.
Türkiyəli mütəxəssis oyunla bağlı belə danışıb:
"Çempionluq yolundakı rəqiblərimizdən biri ilə görüşə çox yaxşı hazırlaşmışdıq. Əslində, rəqiblərimizin hamısına eyni cür yanaşırıq. Bütün oyunlara ciddi hazırlaşmaq məcburiyyətindəyik. Çünki digər komandalar da bizə qarşı ciddi hazırlaşırlar. "Şəki Siti" üzərində qələbə qazanmağı hədəfləmişdik. Meydandan 3 xalla ayrılacağımızdan əmin idik. Oyunçularıma güvənirdim.
Növbəti rəqibimiz çempionluğa daha bir namizəd "Qaradağ Lökbatan" olacaq. O oyuna da ən yaxşı şəkildə hazırlaşacağıq. Həmin oyuna qədər isə "Quba" ilə kubok matçımız olacaq. "İkinci cəbhə"də də bacardığımız qədər yolumuza davam etmək istəyirik. "Qaradağ Lökbatan"ı da yenib çempionluq mübarizəsində rəqibsiz qalmaq istəyirik. Bütün hədəfimiz 3 xal yönündə olacaq. Səbrlə və özümüzə inanaraq uğurlu seriyamızı davam etdirməyə çalışacağıq".
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 30 Sentyabr 2025 19:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















