Qaradağda itkin düşən 15 yaşlı qızın anası: Şübhələnirdim, kiminləsə danışırdı
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində yaşayan 2009-cu il təvəllüdlü Ruhiyyə Araz qızı Qasımova itkin düşüb.
Anasının sözlərinə görə, qızından 2 gündən çoxdur ki, xəbər ala bilmir:
"Aprelin 5-də səhər saatlarında evdən çörək almaq adı ilə gedib, uşağı götürüblər. 9-cu sinif şagirdidir, imkansızlıqdan məktəbə getmirdi. İki-üç gündür şübhələnirdim, telefonda kiminləsə danışırdı. Soruşanda deyirdi ki, qonşunun qızı ilə, ya da rəfiqəmlə danışıram. Bilirdim ki, həyatında kimsə var. Oğlanın qızımı maşına salıb apardığına dair görüntülər var. Tovuzda avtovağzalda düşüblər, başqa bir maşına miniblər".
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, axtarış elan olunub. Yeniyetmənin tapılıb ailəsinə verilməsi istiqamətində tədbirlər görülür.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Qaradağda itkin düşən 15 yaşlı qızın anası: "Şübhələnirdim, kiminləsə danışırdı"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 09 Aprel 2025 13:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















