Qaradağda QƏZA: Sərnişin avtobusu YÜK MAŞININA ÇIRPILIB
Icma.az, Oxu.az saytına istinadən bildirir.
Bakının Qaradağ rayonu ərazisində sərnişin avtobusu qəzaya düşüb.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.
Qeyd olunub ki, bu gün səhər saatlarında 596 nömrəli sərnişin avtobusu yük maşınına çırpılıb.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq xəttin məxsus olduğu "F-Rövşən" İstehsalat Mərkəzinin direktoru Elşən Quliyev faktı təsdiqləyib:
"Avtobus "Sədərək" Ticarət Mərkəzidən üzü şəhər istiqamətinə gələndə "Mercedes" markalı avtomobil sürüşüb avtobusa çırpılıb. Bu səbəbdən avtobus da sürüşərək yük maşınına dəyib.
Avtobusda sürücüdən başqa heç kim olmayıb. Xəsarət yoxdur. Avtobusun ön hissəsinə ziyan dəyib", - deyə E. Quliyev bildirib.
Əzizə İsmayılova

Qaradağda qəza Sərnişin sıxılı vəziyyətdə qaldı Video
28 May 2025 11:27
Sərnişin avtobusu yük maşınına çırpıldı: 16 SƏRNİŞİN...
05 Fevral 2025 09:26
Sərnişin avtobusu yük maşını ilə toqquşdu
01 Fevral 2025 20:28
Türkiyədə yük maşını və sərnişin avtobusu toqquşdu
24 Fevral 2025 16:08
Qaradağda güclü külək yük maşınını AŞIRDI
17 Aprel 2025 00:13

