Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU
Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Nizami Rayon Məhkəməsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Qaradağ Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılan Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurova hökm oxunub.
Avtosfer.az xəbər verir ki, hakim Emin Axundovun sədrliyi ilə keçirilən prosesdə hökmə əsasən, təqsirləndirilən Zülfüqar Mansurov 9 000 manat cərimə cəzasına məhkum edilib. Məhkəmə onun həbsdə olduğu müddəti nəzərə alıb, ona qəti olaraq 6 min manat cərimə cəzası tətbiq edilib.
Xatırladaq ki, bir qədər əvvəl Zülfüqar Mansurov barəsində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı apellyasiya şikayəti verib. Məhkəmə onun barəsindəki həbs qətimkan tədbirini ləğv edib, o, həbsdən azad olunub.
Qeyd edək ki, ötən ilin noyabrında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Qaradağ Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı Qaradağ Rayon İcra başçısının müavini Nadir Muradov, Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev, Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurov saxlanılıb, Binəqədi rayon məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. Bu ilin fevral ayında həbs müddəti yenidən uzadılıb.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 311.3.1 (rüşvət alma - qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 311.3.2 (rüşvət alma- təkrar törədildikdə), 311.3.3 (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. (lent.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 06 Oktyabr 2026 21:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















