Icma.az
close
up
RU
Qaradağda tədbir keçirildi FOTOLAR

Qaradağda tədbir keçirildi FOTOLAR

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

06 dekabr 2024-cü il tarixində Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı gününə həsr olunan tədbir keçirilib. 

"Unikal" xəbər verir ki, tədbirdə rayon İcra hakimiyyəti başçısının müavini Nadir Muradov, aparatın şöbə müdirləri, Qaradağ Rayon Rabitə və informasiya texnologiyaları sahəsinin bir qrup işçiləri iştirak edib. 

Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısının müavini Nadir Muradov peşə bayramı münasibətilə bütün Rabitə və informasiya texnologiyaları sahəsi işçilərini təbrik etmişdir. Bildirilmişdir ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 02 dekabr 2006-cı il tarixli sərəncamı ilə təsis olunub. O vaxtdan bütün respublikada rabitəçilər və informasiya texnologiyaları sahəsinin işçiləri öz peşə bayramlarını qeyd edirlər. Peşə bayramının məhz bu gündə qeyd olunması Azərbaycanda ilk telefon xəttinin yaradılması ilə bağlıdır. Belə ki, 1881-ci il dekabrın 6-da Bakıda “Nobel qardaşları” cəmiyyəti tərəfindən ilk telefon xətti çəkilmişdir. Azərbaycanda rabitə sahəsi Azərbaycanın ümummilli lideri Heydər Əliyevin hakimiyyəti illərində xüsusilə inkişaf etməyə başlayıb.

Azərbaycanda rabitə sisteminin əsas inkişaf dövrü 70-80-cı illərə təsadüf edir. Həmin illərdə respublikaya rəhbərlik etmiş Ulu Öndər Heydər Əliyevin bu sahənin inkişaf etdirilməsinə göstərdiyi xüsusi diqqət o dövrün rəsmi sənədlərində geniş şəkildə öz əksini tapır.

Həmçinin, 90-cı illərdə Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra Azərbaycanda informasiya kommunikasiya texnologiyaları sektoru da inkişaf etməyə başladı,  ölkədə bu yeni sektorun inkişafı prosesi sürətlənirdi, Azərbaycanın internet seqmenti genişlənirdi.

Son illər ərzində beynəlxalq ekspertlər Azərbaycanda informasiya texnologiyalarının sürətlə inkişafı qeyd edirlər. İKT sahəsi üzrə gəlirlərin artım tempi son illər ərzində dünya üzrə artım tempini bir neçə dəfə üstələyib.  Təkcə 2012-ci il ərzində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, Yüksək Texnologiyalar Parkının və Elektron Təhlükəsizlik Mərkəzinin yaradılması haqqında sənədlər imzalanıb. Bütün bunlar hökumət tərəfindən İKT sektoruna böyük diqqətin yetirilməsini bir daha sübut edir.

Yığıncaqda Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin fəaliyyətlərinə böyük diqqət və qayğıya görə iştirakçılar adından dövlət başçısına dərin minnətdarlıq ifadə olunub. 

Tədbirin sonunda Rabitə və informasiya texnologiyaları sahəsində səmərəli fəaliyyətinə, 06 dekabr  - Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə günü münasibəti ilə 3 nəfər əməkdaşı Qaradağ Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı ilə birgə ümumilikdə 3 nəfər əməkdaşı qiymətli hədiyyələr ilə təltif edilib. 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:224
embedMənbə:https://unikal.az
archiveBu xəbər 06 Dekabr 2024 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see289

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see286

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see268

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

04 Sentyabr 2026 18:34see258

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

04 Sentyabr 2026 22:02see254

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see254

Sentyabrın 5 də anomal isti olacaq

04 Sentyabr 2026 18:25see245

Tacikistanda tranzit daşımaları 17 faiz çoxalıb

04 Sentyabr 2026 22:32see243

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see235

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see216

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see205

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see201

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see195

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see194

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see190

Əminə Şirini Gürcüstan toyunda pul yağışı na tutdular (Video)

05 Sentyabr 2026 15:37see189

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see182

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see180

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see175

Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürüldü

04 Sentyabr 2026 18:52see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri