Icma.az
close
up
RU
“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür KONKRET

“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramasından 3 il ötür.

KONKRET.az xatırladır ki, 2021-ci il 30 noyabrda saat 10:40 radələrində DSX-nin hərbi helikopteri “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.

Qəza nəticəsində 14 nəfər həlak olub, daha 2 nəfər yaralanıb.

Həlak olan hərbi qulluqçuların adları:

1. polkovnik Cavadov Fizuli Əli İbram oğlu;

2. polkovnik Nəzirov Emil Nəzir oğlu;

3. mayor Həsənov Elmir Mircəlil oğlu;

4. mayor Əhmədov Elbrus Səmrəddin oğlu;

5. mayor Mayılov Emil Şahid oğlu;

6. mayor Məmmədov Murad Yaşar oğlu;

7. mayor Əliyev Emil Elman oğlu;

8. tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu;

9. kapitan Bayramlı Cavid Əhliman oğlu;

10. kapitan Əliyev Xəyyam Əlixan oğlu;

11. kapitan Qaraisayev Teymur Ənvər oğlu;

12. leytenant Süleymanov Abdulla Telman oğlu;

13. baş leytenant Nağıyev Fərid Təyyar oğlu;

14. ehtiyatda olan polkovnik Nəbiyev Elçin Fikrət oğlu.

Hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıblar.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin, eləcə də məhkəmə-ballistik, məhkəmə-texniki-yanğın və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, Müdafiə Nazirliyindən cəlb olunan mütəxəssis tərəfindən “qara qutu”nun götürülməsi təmin edilməklə onun tədqiqi aparılıb.

Müəyyən olunub ki, ekipaj heyəti tərəfindən helikopter havaya qalxdıqdan 16 dəqiqə 59 saniyə sonra marşrut üzrə meydançaya eniş etmək qərarı qəbul edilib, həmin vaxt helikopterin sürəti 141 km/saat, radiohündürlük (yer səthindən helikopterə olan məsafə) 101 metr olub. Uçuşun 17 dəqiqə 10-cu saniyəsində küləyin istiqamətinin düzgün nəzərə alınmadan eniş prosesinə başlanılması nəticəsində helikopterin uçuş parametrlərində əhəmiyyətli dərəcədə dəyişikliklər baş verib və uçuş sürəti 0 km/saat, radiohündürlük 89 metr qeydə alınıb. Bundan ötən qısa müddət ərzində pilotlar helikopteri qəza vəziyyətindən çıxarmaq üçün cəhd etsələr də, buna nail ola bilməyiblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://konkret.az
archiveBu xəbər 30 Noyabr 2024 00:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ankara-Şam reysləri başlayır. İlk uçuş 17 iyun çərşənbə axşamı günü olacaq

06 İyun 2025 07:42see283

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see213

“Real” 17 yaşlı istedadı transfer etdi

05 İyun 2025 19:13see119

Bayden bildirib ki, prezidentlik dövründə bütün qərarları özü verib

05 İyun 2025 07:21see119

Qurban bayramı: Səxavət, yardımlaşma və mənəvi təmizlənmə rəmzi

06 İyun 2025 07:31see119

Məşhur şirkətin makaronları satışdan yığışdırıldı: tərkibində görün nə tapıldı

05 İyun 2025 10:37see117

Rusiya Nigeriya matçı azərbaycanlı hakimə həvalə olundu

06 İyun 2025 03:57see117

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin etmək iqtidarındadır...

06 İyun 2025 00:17see116

Cadugərlik min illərdir insanların həyatında olmuş bir anlayışdır İlahiyyatçı DANIŞDI

05 İyun 2025 10:34see116

Daha bir sual abituriyentlərin xeyrinə hesablanacaq DİM qərar verdi

05 İyun 2025 19:42see116

Tramp və İlon Mask arasında münasibətlər gərginləşir

05 İyun 2025 07:31see116

Sürücülərin diqqətinə Sabahdan etibarən...

05 İyun 2025 10:46see115

Həcc ziyarətinə 2 milyondan çox müsəlman gedib

06 İyun 2025 12:32see115

Bu liseyin şagirdi də ən yüksək bal topladı FOTO

06 İyun 2025 03:15see114

Azərbaycan dilində şeir oxuyan Pezeşkian Ermənistanda nə deyəcək? KONKRET

06 İyun 2025 15:05see114

Qəzzada Laboratoriyalar üçün nəzərdə tutulan tibbi avadanlığın 60 faizi məhv edilib

05 İyun 2025 08:03see112

Xronika: Paşinyan seçkidə əlavə 10 faiz səsi Qərbi azərbaycanlılardan toplamağa çalışır?

05 İyun 2025 23:17see112

Romalıların sabiq çalışdırıcısı Turin klubunda RƏSMİ

05 İyun 2025 19:17see111

Ukrayna ordusu Rusiya qırıcılarının yerləşdiyi iki aerodromu vurdu

06 İyun 2025 12:23see111

Dəmir yolunda partlayış lokomotiv relsdən çıxdı

06 İyun 2025 11:37see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri