Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

Qarakənd faciəsinin qaranlıq məqamları

Qarakənd faciəsinin qaranlıq məqamları

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Düz 34 il bundan əvvəl -1991-ci il noyabrın 20-də daha bir erməni məkrinə tuş gəldik. Həmin gün Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında faciəvi hadisə baş verdi -  içərisində görkəmli Azərbaycan ziyalılarının və dövlət xadimlərinin olduğu hərbi vertolyot vurularaq partladıldı. Bu, ermənilərin çoxsaylı müharibə cinayətlərindən biridir.

Faciə nəticəsində vertolyotda olan 22 nəfərin hamısı həlak olub. Onların arasında Azərbaycanın daxili işlər naziri Məhəmməd Əsədov, baş prokuror İsmət Qayıbov, Dövlət katibi Tofiq İsmayılov, onun köməkçisi Rafiq Məmmədov, SSRİ Ali Sovetinin deputatları Vəli Məmmədov, Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev, Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Cəfərov, jurnalist Alı Mustafayev, operator Fəxrəddin Şahbazov, işıqçı Arif Hüseynzadə, bundan başqa Rusiya və Qazaxıstan hərbi müşahidəçiləri də olublar.

Aradan 34 il ötsə də Qarakənd faciəsinin bütün qaranlıq məqamlarına hələ də işıq salmaq mümkün olmayıb. Çoxlu sayda şübhə dolu məqamlar var. Əvvala onu qeyd edək ki, faciə baş verən vaxtı hərbi vertalyotun vurulması ilə bağlı ictimaiyyətə yanlış məlumat verilib. Belə ki, vertalyotun pis hava şəraiti ilə əlaqədar qəzaya uğradığı bildilib. Sonradan bu məlumat təkzib edilib və vertalyotun vurulduğu etiraf edilib. Sual isə dəyişməz olaraq qalır: Faciə niyə gizlədilirdi? Bunun göstərişi haradan gəlmişdi?

Digər bir müəmma isə siyahının tərtib edilməsi, Azərbaycan cəmiyyətinin, necə deyərlər, qaymaqlarının eyni bir vertalyotla silahlı toqquşmalar baş verən  münaqişə bölgəsinə göndərilməsi ilə bağlıdır. Faciə ərəfəsində, daha dəqiq desək, 1991-ci il noyabrın 18-də Mixail Qorbaçovun şəxsi köməkçisi Kremldən Bakıya zəng vuraraq Təhlükəsizlik Şurasının növbəti iclasını Dağlıq Qarabağda keçirməyi xahiş edir. Əsl səbəb isə həmin ərazidəki torpaq iddiasında olan erməni liderlərinin və Moskva nümayəndələrinin də bu iclasda iştirakının planlaşdırılması idi. Bu telefon zəngindən sonra Bakıda iclasda iştirak edəcək şəxslərin siyahısı tərtib edilir. Rəsmi Moskva həmin vaxt Azərbaycanda böyük nüfuza malik şəxslərin, o cümlədən Dövlət katibi Tofiq İsmayılovun, baş prokuror İsmət Qayıbovun həmin siyahıda yer alması üçün xüsusilə israr edirdi. Siyahıya Viktor Polyoniçkonun başçılıq etməsi haqqında qərar qəbul olunsa da, faciədən bir gün əvvəl, gecə ikən “ölüm siyahısı” təcili qaydada yenilənir, Belə ki, Viktor Polyaniçkonun, güc nazirliklərindən seçilmiş şəxslərin adları siyahıdan çıxarılır. Yeni siyahını Ayaz Mütəllibov təsdiqləyir.

Bundan sonra digər bir müəmmalı hərəkət izlənilir.  Qaydalara görə, içərisində tanınmış dövlət xadimlərinin və ziyalıların olduğu helikopteri hərbi vertalyotlar mühafizə məqsədilə müşayiət etməliydilər. Bu da baş verməyib. Heç kim vertalyotun mühafizəsi barədə danışmayıb.

Uçaq qəzalarında “qara qutular” ümid yeri kimi görünür. Azərbaycan ictimaiyyəti gözləyrdi ki, “qara qutu” oxunduqdan sonra Qarakənd faciəsinin gizli qalan sirləri açılacaq. Ancaq gözləntilər əbəs idi. Diqqət yetirək: Faciə ilə bağlı 21 noyabr 1991-ci ildə Hərbi Qarnizon Prokurorluğu tərəfindən cinayət işi açılır və istintaqın davam etdirilməsi üçün Respublika Prokurorluğuna verilir. Lakin sonradan cinayət işi üzrə istintaq dayandırılır. Səbəb kimi hadisənin baş verdiyi ərazinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunması göstərilir. Bundan başqa, Xankəndidəki rus qarnizonunun hərbi prokuroru anası erməni olan İ.Lazukitin faciə ilə əlaqədar cinayət işi açır, amma cinayətin təsdiqlənməsi üçün əsas sübut olan vertolyotun “qara qutu”sunu da ələ keçirərək ona toxunmağı qadağan edir, bizim mütəxəssislərimiz qara qutuya yaxın buraxılmır. Bəhanə isə guya “qara qutu”nun partlayış nəticəsində əriyib sıradan çıxması göstərilib. Beləliklə, “qara qutu”nun hansı sirləri gizlətdiyini aşkarlamaq mümkün olmayıb. 

Müəmmaların siyahısı bununla da tamamlanmır. Hadisədən sonra cinayətlə bağlı müxtəlif iddialar səsləndirilib. Qəzaya uğrayan helikopterə yaxınlaşan maşın karvanını görən çobanın ifadəsinin silinməsi, azərbaycanlıların yerli özünümüdafiə dəstəsinə rəhbərlik edən “Qatır Məmməd” ləqəbli Yaqub Rzayevin qəza barədə müxtəlif fikirlər səsləndirdikdən sonra həbsxanada müəmmalı şəkildə ölməsi, vacib istintaq detallarının itməsi faciənin hələ də qaranlıq qalan müəmmalarıdır.

Ermənilərin havadarlarının dəstəyi ilə bu cinayətə əl atmalarında əsas məqsədləri azərbaycanlıların gözünü qorxutmaq və onların doğma yurd yerlərindən çıxıb getmələrinə nail olmaq idi. Bir neçə ildən sonra ermənilər öz niyyətlərinə çatdılar. Yenə də havadarlarının dəstəyi ilə Azərbaycanın ərazilərinin 20 faizini işğal altına almağa və bir milyondan artıq soydaşımızı tarixi yurd yerlərindən qovmmağa nail oldular. Ancaq bu “uğur” müvəqqəti idi. Qisas qiyamətə qalmadı. Müzəffər Ordumuz 44 günlük müharibəni və 23 saatlıq lokal xarakterli antiterror əməliyyatını böyük qələbələrlə tamamlayaraq düşmənin burnunu ovdu və tarixi ədaləti bərpa etdi. Bu gün Azərbaycanın bütün ərazilərində bayrağımız əzəmətlə dalğalanır, bizlərə sonsuz sevinc və qürur hissi yaşadır. Təsəlli yerimiz də elə bundadır. Şəhidlərimizin, o cümlədən də Qarakənd faciəsinin qurbanlarının qanı yerdə qalmayıb. İndi onların azad ruhları azad Vətənin göylərində uçur...

MÜBARİZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:253
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 Noyabr 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see349

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see345

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see333

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see292

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see262

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see243

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see224

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see208

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see189

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see187

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see186

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see186

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see184

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see175

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see172

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see171

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see169

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see160

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see160

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri