Qaraməryəm İsmayıllı Şəki avtomobil yoluna ağac aşdı
Icma.az bildirir, Milli.az portalına istinadən.
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) müşahidə olunan hava şərait ilə bağlı sürücülərə bir daha müraciət edib.
Milli.Az xəbər verir ki, müraciətdə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 60-cı kilometrində küləyin təsirindən iri gövdəli ağac yolun hərəkət hissəsinə aşdığı bildirilib.
Qeyd olunub ki, əraziyə cəlb olunan YPX Alayının əməkdaşları tərəfindən zəruri təhlükəsizlik tədbirlər görülür, hərəkətin nizamlanması təmin edilir.
"Baş Dövlət Yol Polisi İdarəsi hazırda küləklə müşayiət olunan yağışlı hava şəraitini nəzərə alaraq sürücülərdən ehtiyatlı olmağı, nasaz avtomobillərlə yola çıxmamağı, ara məsafəsini normadan artıq saxlamağı, ötmə, manevr etmə qaydalarına əməl etməyi tövsiyə edir", - müraciətdə bildirilib.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 29 May 2026 23:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















