Icma.az
close
up
RU
Qaranlıq enerji dəyişir: Kainat Böyük çöküş lə sona çata bilər

Qaranlıq enerji dəyişir: Kainat Böyük çöküş lə sona çata bilər

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Yeni astronomik müşahidələr alimlərə qaranlıq enerjinin təbiətini anlamaq və fundamental suala cavab tapmaq üçün açar verir: kainat sürətlənərək genişlənməyə davam edəcək, yoxsa sonda bu proses dayanacaq. 

Qaynarinfo "Interesting Engineering"ə istinadən xəbər verir ki, təxminən üç onillik ərzində elmi ictimaiyyət kainatın getdikcə daha sürətlə genişləndiyini və soyuq, tənha sonluğa məhkum olduğunu düşünür. Lakin yeni araşdırma bu mənzərəni şübhə altına alır və kosmik "spidometrin” başlanğıcdan yanlış oxunmuş ola biləcəyini irəli sürür.

Xüsusilə Cənubi Koreyalı astronomlar əbədi genişlənmə nəzəriyyəsinə meydan oxuyan bir hipotez irəli sürüblər: kainat "Böyük çöküş” (Big Crunch) kimi tanınan qravitasiya kollapsına məhkum ola bilər. Seulda yerləşən Yonsei Universitetində aparılan tədqiqat iddia edir ki, kainatın genişlənməsi artıq sürətlənmir. Hətta bu prosesin yavaşıma mərhələsinə keçmiş ola biləcəyi bildirilir.

"Tədqiqatımız göstərir ki, kainat artıq yavaşıyan genişlənmə fazasına daxil olub və qaranlıq enerji əvvəl düşünüləndən xeyli sürətlə təkamül edir", deyə araşdırmanın rəhbəri, professor Yonq-Vuk Li bildirib.

Onun sözlərinə görə, bu nəticələrin təsdiqlənməsi 27 il əvvəl qaranlıq enerjinin kəşfindən bəri kosmoloji paradiqmada köklü dəyişiklik demək olardı.

Qeyd edilir ki, 1998-ci ildən bəri astronomlar kosmik məsafələri ölçmək üçün Ia tipli fövqəlnovalardan istifadə edirlər. Bu partlayışların daxili parlaqlığının eyni olduğu güman edilir və buna görə də onlar "standart şamlar” adlandırılır. Daha tutqun "şam” daha böyük məsafə demək idi. Həddindən artıq tutqunluq isə qaranlıq enerjinin təsiri ilə kainatın sürətlənən genişlənməsinin sübutu kimi qəbul olunurdu.

Lakin professor Linin komandası bu metodikada "nasazlıq” aşkar edib. 300 qalaktika-sahibini təhlil edən tədqiqatçılar müəyyən ediblər ki, fövqəlnovaların parlaqlığı ulduz-sələflərin yaşı ilə əlaqəlidir. Yaşlı ulduz populyasiyaları daha parlaq partlayışlar yaradır, gənc ulduzlar isə sistemli şəkildə daha tutqun olur.

Bu isə o deməkdir ki, əvvəllər kainatın sürətli genişlənməsi ilə izah edilən tutqunluq, əslində ulduzların yaşı ilə bağlı ola bilər. Başqa sözlə, "standart şamlar” zamanla dəyişir.

"Məhz 300 qalaktikadan ibarət geniş nümunə əsasında bu effekti son dərəcə yüksək statistik əhəmiyyətlə – 99,999 faiz səviyyəsində təsdiqlədik", deyə tədqiqat müəllifləri bildiriblər.

Standart kosmoloji model qaranlıq enerjinin sabit və dəyişməz olduğunu qəbul edirdi. Yeni məlumatlar isə bunu təkzib edir. "Yaş sürüşməsi” nəzərə alındıqdan sonra sabit qaranlıq enerjiyə əsaslanan klassik model artıq işlək deyil. Düzəliş edilmiş məlumatlar qaranlıq enerjinin sabit təzyiq olmadığını, zamanla zəiflədiyini göstərir.

Bu yanaşma relikt şüalanmanın – Böyük partlayışın "sonrakı işığı”nın – və baryon akustik osillasiyalarının müstəqil ölçmələri ilə də yaxşı uzlaşır. Bunlar məkanda "donmuş” səs dalğaları kimi xarakterizə olunur.

Bu məlumatların birləşməsi faktiki olaraq "kosmoloji sabit” anlayışını istisna edir və kainatı hərəkətə gətirən qüvvənin tədricən tükəndiyini göstərir.

"Yaş amilini nəzərə alan analizimiz göstərir ki, kainat artıq bu gün yavaşıma mərhələsindədir. Bu nəticə BAO və CMB əsasında aparılan müstəqil proqnozlarla təəccüblü dərəcədə yaxşı uyğunlaşır”, deyə Li vurğulayıb.

Nəticələri qəti şəkildə təsdiqləmək üçün Yonsei komandası "təkamülsüz test” adlandırılan yanaşma aparır və yalnız eyni yaşlı qalaktikalardan olan fövqəlnovaları analiz edir. Bildirilir ki, yekun cavabı böyük ehtimalla Çilidə yerləşən Vera Rubin rəsədxanası verəcək. Dünyanın ən güclü rəqəmsal kamerası ilə təchiz olunan bu rəsədxana qarşıdakı beş il ərzində fövqəlnovalı təxminən 20 min yeni qalaktika aşkar etməlidir. Məhz bu məlumatlar müasir elmin ən böyük sirlərindən birinin – kainatın gələcəyinin taleyini həll edə bilər.

Xatırladaq ki, kainatdakı ən qəribə obyektlərdən biri qara dəliklərdir. Bəzi mütəxəssislərin fikrincə, biz holografik kainatda yaşayırıq və burada hər şey kainatımızın sərhədində ikiölçülü (üstəgəl zaman) kainatın üçölçülü (üstəgəl zaman) təsviri kimi kodlaşdırılıb. Hətta belə bir ehtimal da var ki, bizim kainat daha böyük bir kainatın qara dəliyinin içində yerləşir.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:245
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 31 Dekabr 2025 02:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see371

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see353

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see322

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see303

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see282

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see272

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see265

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see255

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see250

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see239

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see239

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see238

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see236

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see235

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see226

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see214

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see210

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see205

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri