Icma.az
close
up
RU
Qaranlıq enerji düşündüyümüz kimi deyil: Kainatın sonu yaxınlaşır?

Qaranlıq enerji düşündüyümüz kimi deyil: Kainatın sonu yaxınlaşır?

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Alimlər kainatın taleyini birbaşa müəyyən edən sirli qüvvə - qaranlıq enerjinin mahiyyətini anlamağa çalışırlar. Bu möhtəşəm qüvvə kainatın təxminən 70%-ni təşkil edir, ulduzları və qalaktikaları fasiləsiz olaraq bir-birindən uzaqlaşdırır və hətta bu genişlənmə sürətlənir.

Qaynarinfo "APNews"a istinadən xəbər verir ki, indi isə alimlər qaranlıq enerjinin davranış modelini daha dəqiq başa düşməyə bir addım daha yaxınlaşıblar. Əsas sual budur: Qaranlıq enerji alimlərin uzun müddətdir düşündüyü kimi sabit bir qüvvədirmi, yoxsa son bir ildə ortaya atılan və onun zamanla zəifləyə biləcəyini irəli sürən təəccüblü fikir doğrudurmu?

Çərşənbə günü Amerika Fizika Cəmiyyətinin konfransında təqdim olunan yeni nəticələr qaranlıq enerjinin zəiflədiyini göstərən nəzəriyyəni dəstəkləyir. Lakin alimlər hələ də dəqiq nəticəyə gələ bilməyib və bunun kainat anlayışımıza necə təsir edəcəyini araşdırırlar.

Bu son tədqiqat kainatın 11 milyard illik tarixində qalaktikaların necə yayıldığını və qruplaşdığını göstərən üçölçülü bir xəritə yaratmaq üçün beynəlxalq alimlər qrupunun apardığı araşdırmalar nəticəsində əldə edilib. Qalaktikaların hərəkətinin diqqətlə öyrənilməsi, onların hansı qüvvələrin təsiri altında olduğunu anlamağa imkan yaradır.

Qaranlıq enerjinin dəyişən təbiəti?

"Qaranlıq Enerji Spektroskopik Aləti" ("DESI") adlı beynəlxalq tədqiqat qrupu ötən il 6 milyon qalaktika və kvasarın ilk təhlilini yayımlamışdı. İndi isə əlavə məlumatlarla bu rəqəm təxminən 15 milyona çatıb. Partlayan ulduzlar, erkən kainatdan qalan işıq və qalaktikaların formasında baş verən dəyişikliklər kimi müxtəlif ölçmələrə əsaslanan bu yeni nəticələr, qaranlıq enerjinin azalmaqda ola biləcəyini irəli sürən əvvəlki nəzəriyyəni təsdiqləyir.

Tədqiqatda iştirak etməyən Pensilvaniya Universitetinin kosmoloqu Bhuvneş Cain bu nəticələrin "çox təəccüblü" olduğunu və əgər təsdiqlənərsə, "kosmologiya haqqında bildiyimiz hər şeyi yenidən düşünməyə məcbur edə biləcəyini" qeyd edib.

Lakin qaranlıq enerjinin sabit olduğu fikrini tamamilə rədd etmək üçün hələ tezdir. Çünki yeni tapıntılar hələ də fizikanın tələb etdiyi dəqiqlik səviyyəsində statistik sübutlarla təsdiqlənməyib. "DESI" tədqiqat qrupu 2026-cı ilə qədər təxminən 50 milyon qalaktika və kvasarın xəritəsini çıxarmağı hədəfləyir. Bununla yanaşı, "Avropa Kosmik Agentliyi"nin "Euclid" missiyası və Çilidəki "Vera C. Rubin Rəsədxanası" kimi digər beynəlxalq layihələr də qaranlıq enerji üzərində araşdırmalar aparır və yaxın illərdə öz nəticələrini dərc etməyi planlaşdırırlar.

Araşdırmada iştirak etməyən, Cənubi Kaliforniya Universitetinin kosmoloqu Kris Pardo isə belə bir nəticəyə gəlmək üçün "eyni standartlara uyğun aparılmış bir neçə fərqli tədqiqatın bu nəticəni təsdiqləməsini" gözlədiklərini vurğulayıb.

Kainatın sonu necə olacaq?

Əgər qaranlıq enerji sabit qüvvə olaraq qalarsa, alimlər hesab edir ki, kainat sonsuza qədər genişlənəcək və zamanla daha soyuq, daha tənha və daha hərəkətsiz bir hala gələcək.

Lakin əgər qaranlıq enerji zamanla zəifləyirsə – ki, hazırda bu ehtimal daha real görünür – kainat bir gün genişlənməni dayandıra və nəhayət, "Böyük Çöküş" (Big Crunch) adlanan hadisə ilə öz üzərinə çökə bilər. Dallasdakı Texas Universitetinin kosmoloqu və araşdırmanın əməkdaşlarından biri olan Mustafo İşak-Buşaki bu ssenarinin "ən xoşbəxt son" kimi görünmədiyini, lakin bir növ "tamamlanma" hissi verdiyini qeyd edib.

"İndi hər şeyin sona çatma ehtimalı var", deyən İşak-Buşaki, sonda belə bir sual qoyub: "Bunu yaxşı, yoxsa pis bir şey kimi qiymətləndirməliyik? Hələ bilmirəm".

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 23 Mart 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see173

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see154

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see154

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see140

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see138

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri