Icma.az
close
up
RU
Qarayaranın qeydə alınması ilə bağlı daha bir rəsmi açıqlama

Qarayaranın qeydə alınması ilə bağlı daha bir rəsmi açıqlama

Icma.az bildirir, Axar.az portalına istinadən.

Samux rayonunda bir şəxsdə qarayara xəstəliyinin laborator müayinələrlə təsdiqlənməsi ilə bağlı aparılan ilkin epidemioloji araşdırmalar zamanı həmin şəxsin iribuynuzlu heyvanla təmasda olduğu müəyyən edilib.

Axar.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Səhiyyə Naziriyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Aytəkin Qurbanova bildirib.

Onun sözlərinə görə, hadisə ilə əlaqədar təmasda olan şəxslər müəyyənləşdirilərək tibbi müşahidəyə götürülüb, zəruri laborator müayinələr aparılır və epidemioloji tədbirlər həyata keçirilir:

“Hazırda əhali arasında qarayaranın yayılması müşahidə olunmur. Qarayara, əsasən, heyvanlardan insana keçən zoonoz xəstəlikdir və adi şəraitdə insandan-insana asanlıqla yayılan infeksiya deyil. Bu baxımdan Samuxda qeydə alınmış hadisə ilə əlaqədar əhali arasında narahatlığın yaranmasına əsas yoxdur. Bununla belə, xəstə və ya tələf olmuş heyvanlarla, eləcə də şübhəli heyvan mənşəli məhsullarla təmasdan çəkinmək vacibdir”.

Şöbə müdiri deyib ki, qarayara “bacillus anthracis” bakteriyasının törətdiyi zoonoz infeksion xəstəlikdir:

“Qarayaranın əsas təhlükəsi bəzi hallarda ağır klinik gedişə malik olması və infeksiyanın orqanizmə yayılaraq həyati təhlükəli fəsadlara səbəb ola bilməsidir. Bununla yanaşı, xəstəlik vaxtında aşkarlandıqda və müvafiq müalicəyə başlanıldıqda müalicə oluna bilər. Qarayara ciddi, lakin vaxtında aşkarlandıqda müalicə olunan xəstəlikdir. Müalicə olunmadıqda infeksiyanın qana yayılması, sepsis, meningit və digər həyati təhlükəli ağırlaşmalar inkişaf edə bilər. Lakin xəstəliyin vaxtında müəyyənləşdirilməsi və müalicəyə başlanılması ağırlaşma riskini əhəmiyyətli dərəcədə azaldır. Bu səbəbdən xəstəliyə şübhə yaradan əlamətlər olduqda tibbi yardıma vaxtında müraciət etmək mühüm əhəmiyyət daşıyır”.

Aytəkin Qurbanova qeyd edib ki, insanlar qarayaraya, əsasən, xəstə və ya tələf olmuş heyvanlarla, onların yoluxmuş toxumaları və məhsulları ilə təmas zamanı yoluxurlar:

“Bakteriyanın sporları dəri üzərindəki kəsik və sıyrıqlardan orqanizmə daxil ola bilər. Yoluxmuş heyvanın çiy və ya kifayət qədər bişirilməmiş ətinin qəbul edilməsi də risk yaradır. Qarayaranın insandan-insana ötürülməsi olduqca nadir haldır. İnsanlarda qarayaranın əsasən dörd klinik forması ayırd edilir: dəri, mədə-bağırsaq, ağciyər və septik formalarıdır. Diaqnostika zamanı epidemioloji anamnez – şəxsin hansı qidanı qəbul etməsi, heyvanla təmasının olub-olmaması, heyvanın sağlamlıq vəziyyəti və digər məlumatlar mühüm əhəmiyyət daşıyır. Zəruri hallarda laborator müayinələr aparılır. Xəstəliyin inkubasiya dövrü yoluxma formasından və yoluxma şəraitindən asılı olaraq dəyişə bilər. Əksər halda xəstəliyin əlamətləri yoluxmadan bir neçə gün sonra meydana çıxır”.

O vurğulayıb ki, diaqnoz klinik əlamətlər, epidemioloji məlumatlar və laborator müayinələrin nəticələri əsasında müəyyən edilir:

“Xəstəliyin formasından asılı olaraq dəridə olan yaradan, qandan və digər klinik materiallardan nümunələr götürülə bilər. Laborator diaqnostikada törədicinin müəyyənləşdirilməsi üçün bakterioloji, o cümlədən PCR müayinəsindən istifadə edilə bilər. Qarayara müalicə olunan xəstəlikdir. Xəstə mütləq şəkildə hospitalizasiya olunmalıdır. Müalicənin əsasını həkim tərəfindən təyin olunan antibiotik terapiyası təşkil edir”.

Aytəkin Qurbanova onu da bildirib ki, qarayara xəstəliyindən qorunmaq üçün əhali müəyyən qaydalara əməl etməlidir:

“Baytarlıq nəzarətindən keçməmiş heyvan və ət məhsullarından istifadə etməmək, xəstə və ya səbəbi məlum olmayan şəkildə tələf olmuş heyvanlara toxunmamaq, kəsilməsinə və ətinin istifadəsinə yol verməmək, çiy və kifayət qədər bişirilməmiş ət qəbul etməmək, heyvanlarla təmas zamanı şəxsi gigiyena qaydalarına riayət etmək və müvafiq qoruyucu vasitələrdən istifadə etmək, heyvanın qəfil xəstələnməsi və ya tələf olması barədə baytarlıq xidmətinə məlumat vermək, şübhəli simptomlar yarandıqda dərhal tibb müəssisəsinə müraciət etmək lazımdır”.

Şöbə müdiri əlavə edib ki, respublikada istifadə olunan profilaktik peyvənd təqvimində qarayaraya qarşı peyvənd mövcud deyil:

“Onu da qeyd edək ki, Samux rayonunda qeydə alınmış hadisə ilə əlaqədar təmasda olan şəxslər müəyyənləşdirilib, tibbi müşahidəyə cəlb olunub və laborator müayinələr aparılır. Hazırda əhali arasında yayılma müşahidə olunmur və hadisə aidiyyəti qurumların nəzarətindədir. Əhali xəstə və ya tələf olmuş heyvanlarla və şübhəli heyvan mənşəli məhsullarla təmasdan çəkinməlidir. Eyni zamanda, təsdiqlənməmiş məlumatlara deyil, yalnız aidiyyəti dövlət qurumlarının rəsmi açıqlamalarına istinad etmək vacibdir. Qarayara ciddi, lakin qarşısı alına və müalicə oluna bilən xəstəlikdir. Samuxda bir yoluxma halının təsdiqlənməsi əhali arasında qarayaranın yayılması demək deyil. Hazırda əhali arasında xəstəliyin yayılması müşahidə olunmur və hadisə aidiyyəti qurumların nəzarətindədir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://axar.az
archiveBu xəbər 13 Avqust 2026 19:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see385

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see371

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see328

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see299

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see291

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see239

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see235

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see230

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see211

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see208

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see197

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see196

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see195

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see195

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see189

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see188

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see188

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see178

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri