Icma.az
close
up
RU
Qarayev narkotik və seks partiləri keçirən övlad atası Video

Qarayev narkotik və seks partiləri keçirən övlad atası Video

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xəbər sadə şəkildə budur. Hansısa “Məshəti” filmi beynəlxalq film festivalının proqramından silinib. Amma xəbərin mürəkkəb şəklində ciddi mədəni, siyasi, ictimai, hətta kəşfiyyat xarakterli təhdidlər var.

Axar.az xəbər verir ki, bu sözləri Real TV-nin sahibi Mir Şahin Bakı Film Festivalında nümayişinə qadağa qoyulan Suad Qaranın “Məhsəti” qısametrajlı bədii filmi ətrafında mübahisələrə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, film nəinki Azərbaycanın, bütün Şərqin böyük şairi Məshəti Gəncəvinin ismət və ləyaqətini hədəf alır:

“İkincisi, bu filmi Məshətinin soydaşı azərbaycanlı çəkib. Üçüncüsü, bu filmi Məshətinin soydaşı azərbaycanlı qadın çəkib. Dördüncüsü, filmi 16 il Azərbaycanın mədəniyyət naziri olmuş Əbülfəs Qarayevin qızı Suad Qara çəkib. Beşincisi, altıncısı, yeddincisi və sair də var. Amma mən elə bu dörd müddətdən çıxış edəcəm.

Suad Qaranın təqdim və təlqin etdiyi budur ki, Məshəti Gəncəvi müasirimiz olsaydı, əxlaqsız biri olardı. Barlarda sərxoş vaxt keçirər, yatağını, qucağını hər fürsətdə paylaşardı. Əyyaşların, seksual azlıqların içində dolaşardı... və bu o Məshəti Gəncəvidir ki, UNESKO onun 900 illik yubileyini dünya səviyyəsində qeyd etmişdi. Şərqin ən böyük qadın şairinin “Dün kaşi-kuzəmi daşlara çaldım, Sərxoşdum, bilmədim əlimdən saldım/ Kuzə dilə gəlib dedi ki, mən də, Sənin kimi idim, bu günə qaldım” misralarını isə ən böyük mütəfəkkirlər ömrün mənası barədə ən mükəmməl kəlamlar adlandırıblar.

Suad Qara isə belə bir şəxsiyyətin, o cümlədən azərbaycanlının, Şərqin ruhunu təhqir edib. Mən ondan danışmaq istəmirəm ki, filmdə öz arzularını, seksual fantaziyalarını Məshətinin vücuduna açıq-saçıq səhnələrdə, erotik planlarda proyeksiya edib və milli-mənəvi əmanətlərimizə xəyanət edib. Mən ondan danışmaq istəmirəm ki, Məshəti xanımın belə təqdimatı milli-ədəbi tariximizi, xüsusilə gənclərə antiəxlaq yönündən göstərməkdir. Mən ondan danışmaq istəmirəm ki, Suad Qara həm də şərəfli bəstəkar Qara Qarayevin adını, soyadını, üzünü qara, qapqara etməyə növbəti cəhd edib. Və Məshəti Gəncəvini ildırımli yollarla yox, sürüşkən yollarla, əyri yollarla aparıb. Mən ondan danışmaq istəmirəm ki, Suad xanım atası Əbülfəsin mənliyini daim qalmaqallarla daşqalaq edib. Valideyninin adını Londonda əxlaqsız həyat keçirən, atasının pulları ilə narkotik və seks partiləri təşkil edən övlad atasıtək çıxarıb. Mən ondan danışmaq istəmirəm ki, Suad Qarayeva Londonun göylə gedən moda klublarının sədaqətli və səxavətli qonağı olub. Çünki kişilər seksual görünən qadınları çox sevirlər”.

Ətraflı videoda:

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://axar.az
archiveBu xəbər 05 Dekabr 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri