“Qarbağ”ı gözləyən yenilik “Tofiq Bəhramov”da nə dəyişəcək?
Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Qarabağ”ın Misli premyer-liqasının 33-cü turunda “Sumqayıt”ı qəbul edəcəyi matçdan etibarən ev oyunlarını “Azərsun Arena”da keçirəcəyindən xəbərdarsız. Cari mövsümdə sonuncu dəfə sentyabrın 29-da “Sabah”la görüşü bu idman qurğusunda keçirən Ağdam təmsilçisi 7 aydan sonra bura qayıdacaq.
Xəbər verdiyimiz kimi, komandanın “Azərsun Arena”ya dönməsinin səbəblərindən biri də Tofiq Bəhramov adına Respublika stadionunun öt örtüyünün ideal vəziyyətə gətirilməsi üçün işlərə başlanacağıyla bağlıdı. Ona görə ki, “köhlən atlar” avrokubokların 2025/26 mövsümündə də ev oyunlarını bu idman qurğusunda keçirəcək.
Avrokuboklarda yeni “futbol ili”nin iyulda başlayacağını nəzərə alsaq, qarşıda azı iki ay vaxt var.
Bəs, bu vaxt ərzində “Tofiq Bəhramov”da başqa işlərin görülməsi də planlaşdırılırmı?
Bu sualla “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyevə müraciət etdik. Klub rəsmisi “Football-plus.az”a açıqlamasında planda yalnız ot örtüyü ilə bağlı çalışmaların olduğunu bildirdi.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 19 Aprel 2025 11:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















