Qardaş ölkədə qardaşlıq matçı: Turan Tovuz Traktor la qarşılaşacaq!
Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.
"Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev şəxsi "feysbuk" sosial şəbəkə hesabında etdiyi paylaşımla diqqət çəkib.
"Football-plus.az" xəbər verir ki, həm də "Huner Group"un təsisçisi və direktoru olan funksioner Təbriz təmsilçisi olan "Traktor"un loqosunu paylaşıb.
Azarkeşlər bunu haqlı olaraq "Turan Tovuz" və "Traktor" arasında yoxlama oyununun keçirələciyinin anonsu kimi başa düşüb.
Xatırladaq ki, "bozqurd" təlim-məşq toplanışı keçirmək məqsədilə bu gün Türkiyəyə yollanıb. Komanda 19-dək Ankaranın Qızılcahamam bölgəsində, iyulun 24-dən avqustun 6-dək isə Boluda olacaq. Qardaş ölkədəki toplanış çərçivəsində baş tutacaq 4 yoxlama oyunundakı rəqiblər hələ bəlli deyil.
Maraqlıdı ki, İran çempionu olan "Traktor" da iyulun 8-də təlim-məşq toplanışı keçmək məqsədilə Türkiyəyə yollanacaq. Görünür, komandalar arasında yoxlama matçı məhz Türkiyədə baş tutacaq.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 06 İyul 2025 18:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















