Qardaşı maşınını əzdi, ona əsəbiləşib polisə yalan məlumat verdi
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
Qardaşına əsəbiləşərək polisə yalan məlumat verən şəxs məsuliyyətə cəlb edilib.
“Qafqazinfo” xəbər verir ki, hadisə sentyabrın 22-si Lənkəranda baş verib.
Belə ki, gecə saatlarında rayon sakini R.Qənbərov polisə müraciət edərək özünə məxsus “VAZ 2106” markalı avtomobilin qaçırıldığını bildirib. Müraciət əsasında polis əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı maraqlı məqamlar üzə çıxıb.
Məlum olub ki, o yaşadığı evin həyətində saxladığı avtomobilinin qardaşı tərəfindən idarə olunduğu zaman arxa buferinin əzildiyini öyrənib. Qardaşı avtomobili qısa zamanda təmir etdirəcəyini bildirsə də, sonradan tərəflər razılığa gələ bilməyiblər.
Bundan hiddətlənən R.Qənbərov polisə müraciət edərək avtomobilinin başqa şəxs tərəfindən qaçırılması barədə bilərəkdən yalan məlumat verib.
Hazırda faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.
Baxış sayı:114
Bu xəbər 24 Sentyabr 2025 14:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















