Icma.az
close
up
RU
“Qardaşım doğum günündə dəfn edilir...”

“Qardaşım doğum günündə dəfn edilir...”

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın Əməkdar artisti Rəfael İsgəndərov uzun illərdir itkin-şəhid Mikayıl Əliyevin yolunu gözlədiklərini bildirib.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, o, 33 ildən sonra nəşi tapılan mərhumun dəfn mərasimində Mikayılın onlar üçün həmişə böyük qardaş olduğunu söyləyib:

“Mikayıl həmişə bizə böyük qardaş olub, öyüd-nəsihət verib. Biz dəcəllik edəndə qulaqburması da verirdi. Bizim qeyri-müəyyənliyimiz vardı. Şükürlər olsun ki, nəşi tapıldı və bu gün dəfn edilir”.

Şəhid bacısı Zülfiyyə Əliyeva isə qardaşı Mikayılın nəşinin qalıqlarının öz doğum günündə evlərinə gətirildiyini bildirib.

O, qardaşının şəhid olmasını elə o vaxt Xocalı sakinlərdən eşitdiyini vurğulayıb: “Mənə demişdilər ki, qardaşının olduğu yerə bomba düşüb və elə orada da şəhid olub. Lakin valideynlərim bunu qəbul etmirdi. Ümid edirdilər ki, nə vaxtsa gələcək. Özüm bu yaxınlarda Xocalıda olanda orada yol çəkildiyini gördüm. Təəssüflənmişdim ki, qardaşımın nəşi həmin yolun altında qalacaq. Həmin vaxt döyüşlərdə 5 dostu ilə birgə vuruşurdu və şükür ki, hamısının nəşi tapıldı. Bu gün qardaşımın doğum günüdür, 57 yaşı tamam olur. Elə bu gün də dəfn edilir. Bütün itkin ailələrinə arzu edirəm ki, bizim kimi sevinsinlər. Artıq qeyri-müəyyənliyimiz başa çatdı”.

Zülfiyyə Əliyeva həmçinin əlavə edib ki, babası Mirzəbala Əliyev də II Dünya müharibəsində itkin düşüb.

Qeyd edək ki, şəhid Mikayıl Əliyev 1968-ci ildə Bakıda anadan olub. O, Birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edib. M.Əliyev 26 fevral 1992-ci ildə Xocalıda itkin düşmüş hesab edilirdi. O, bu gün Xəzər rayonu Zirə qəsəbəsində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 31 Oktyabr 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhur reper Bakıya gəlir

30 Avqust 2026 01:52see323

İrana görə Misir Bankının filiallarında araşdırma başladı

30 Avqust 2026 10:46see294

Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı FOTO

30 Avqust 2026 01:13see294

Azərbaycan əsilli türk məşhurlar Siyahıda görün kimlər var (Fotolar)

30 Avqust 2026 06:06see289

Cem Yılmaz ürək probleminə görə xəstəxanalıq oldu

30 Avqust 2026 05:04see276

İkra yeməsəm, bu qədər gözəl ola bilərəm? (Video)

30 Avqust 2026 14:09see233

Hava kəskin DƏYİŞƏCƏK: Güclü yağış, sel, külək XƏBƏRDARLIQ

30 Avqust 2026 10:31see227

Niderland vətəndaşı ilə bağlı Dövlət Sərhəd Xidmətindən AÇIQLAMA

30 Avqust 2026 08:30see216

Zaur özü də bilmədən Elməddinin sirrini açdı

31 Avqust 2026 02:15see214

Boşanıb, ayrıla bilməyən məşhurlar

30 Avqust 2026 05:05see205

Tbilisidə Azərbaycan və gürcü rəqslərini birləşdirən yeni dərnək açılıb

30 Avqust 2026 02:08see202

Toyda Nəfəslə bəyin rəqsi gündəm oldu (Video)

30 Avqust 2026 12:17see196

Dağıstanda təxminən 33 min abonent işıqsız qalıb

30 Avqust 2026 14:34see195

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

31 Avqust 2026 04:04see194

Qızı Rüfət Axundovu sevindirdi ÖZƏL

30 Avqust 2026 19:48see187

Oksana Rəsulovanın azyaşlı ilə bağlı paylaşımı gündəm oldu VİDEO

30 Avqust 2026 14:52see185

Qırmızı və yaşıl almaların faydaları Hansını yemək daha yaxşıdır?

31 Avqust 2026 03:05see183

Trampdan sərt ittihamlar: Vicdansız media

30 Avqust 2026 23:54see183

Trampın nitqi üzərindən fırıldaq edən işçi ifşa edildi

30 Avqust 2026 01:28see183

“Kurtlar vadisi”nin “Deryası”ndan “Polat” haqda şok sözlər (Foto)

30 Avqust 2026 15:51see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri