Qardaşım mənə ləkə yaxıb məhkəməyə verdi Efirdə AĞLADI VİDEO
Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Əməkdar artist Sonaxanım Əliyeva "Tarixin bir günü" verilişində duyğusal anlar yaşayıb.
Milli.Az xəbər verir ki, ailə qalmaqalları ilə sarsılan sənətçi qardaşı ilə yaşadığı gərgin münasibətlərdən danışarkən göz yaşlarına hakim ola bilməyib.
Müğənni bildirib ki, anasının vəfatı ilə bağlı xəbəri ona ailə üzvləri deyil, başqa bir şəxs çatdırıb:
"Anamın ölüm xəbərini mənə demədilər. Başqası zəng vurub dedi. Həyatımın şokunu yaşadım. O zaman qardaşımı ürəkdən bağışladım. Fikirləşdim ki, insandır, həmin an səhv edib. Qardaşdır, pisliyimi istəməz".
Sənətçi qeyd edib ki, hər zaman böyüklük göstərməyə çalışıb:
"Mən kiçik bacı olsam da, böyüklük göstərirdim. Amma sonra məni ləyaqətsiz vərəsə kimi məhkəməyə verdi. Halbuki hamı bilir ki, anamın yanında mən olmuşam, ona baxmışam. Ailə quranda da yanımda olub".
Sonaxanım Əliyeva məhkəmə proseslərinə qatılmadığını da vurğulayıb:
"Məhkəmələrə getmədim. Anamın sağlığında evi özlərinə götürdülər. Heç kim özü ilə o dünyaya nəsə aparmayacaq".
O, qardaşının övladlarının barışıq üçün təşəbbüs göstərdiyini, lakin yenidən məhkəməyə verildiyini deyib:
"Oğullarını qapıma göndərdilər, ağladı, dedi bəsdir, mehribanlıq olsun. Bağışladım. Ardınca yenə məhkəməyə verildim. Ona görə deyirəm ki, xəyanət edən yenə edəcək. Bu fikirlə razıyam".
Sənətçinin efirdə səsləndirdiyi sözlər studiyada və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Musa
Milli.Az
Baxış sayı:148
Bu xəbər 12 Fevral 2026 16:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















