Icma.az
close
up
RU
Menu

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Flik “Barselona”dan ayrıla bilər

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

Azərbaycan futbolunun əfsanəsi

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

Bir dəqiqə ərzində demensiyanı müəyyənləşdirməyə imkan verən sadə test açıqlandı

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

Qardaşım Rövşənə təbrik əvəzi...

Qardaşım Rövşənə təbrik əvəzi...

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Jurnalistikaya gəlişimin səbəblərini bir dəfə yazmışam. Məni AXC "ideologiya şöbəsi”nin müdüri təyin etmişdilər. Çox fikirləşdim ki, nə edə bilərəm? Ağlıma gələn bu oldu ki, mətbuatla əlaqə yaratmalıyam. O vaxt mətbuat nəinki böyük, az qala, həlledici institut idi. 

Nə isə, ilk məqaləmi götürüb yollandım "Azadlıq” qəzetinə. Mənə Rövşəni məsləhət bilmişdilər. Aparıb yazını verdim ona, bir–iki gündən sonra da çap olundu. 

Bir detalı da deyim, AXC ilə "Azadlıq” qəzeti arasında münaisbətlər həmişə "sərin” olmuşdu, bunu mən hətta yazamağa başlayandan əvvəl bilirdim: AXC funksionerləri daim qəzetdən narazılıq edirdi. Ona görə bir müddət AXC-dəki statusumu gizlədirdim. Amma gülməli idi: AXC ilə "Azadlıq” arasındakı məsdafə nə qədır idi ki?.. 

Əlbəttə, bildilər ki, mən kiməm, amma çox sağ olsunlar, deyəsən, başa düşdülər ki, onların gördükləri "cəbhəçi”lərdən deyiləm və məni də öz "kruq”larına qəbul etdilər. Təkrar deyirəm ki, sağ olsunlar... 

Bir məsələni də demək istəyirəm. O vaxt böyük bir "problem” yaranmışdı: AXC-yə hansı status verilsin? Təşkilat o vaxt ictimai-siyasi institut hesab olunurdu. Guya bu, kimin üçünsə əngəl-problem yaradırdı, Halbuki o vaxt deyirdik ki, AXC-ni bu statusda saxlasaq, heç bir dövlət bizə nota verməyəcək, müharibə elan etməyəcək! Hər ölkənin öz siyasi ənənələri, təcrübəsi var, dünyadakı dövlətlərin sayı qədər partiya, siyasi təşkilat modelləri var. 

Bunlar biri-birinə bənzəmirlər. ABŞ-ın iki əsas partiyası, ümumiyyətlə, bizim üçün anlaşılmaz institutlardır, daha çox seçki institutları kimi bir şeydirlər! Belə götürəndə, partiya nəyə lazımdır? Seçkidə iştirak etmək üçün, "kadr bankı” yaratmaq üçün, bir də gələcək hakimiyyətinin ideoloji-siyasi konsepsiyasını hazırlamaq üçün! 

Məsələn, Tramp Respublikaçılar Partiyasının sədri-filan deyil ki! Adam öz namizədliyini verəndə respublikaçılar hətta tərəddüd edirdi... 

O vaxt bizdə nə oldu? Pis-yaxşı təşkilatın ldieləri sayılan adamlar onu verdilər "uşaqların” əlinə! Hamısı qaçdı vəzifəyə! Bu da günah deyldi, insanlar vəzifəyə getməlidi! Amma bütün məmurlar başladılar özlərinə partiya yaratmağa, özü də AXC-nin bazasında! Axı bir hakimiyyətdə neçə lider ola billərdi? Nə başınızı ağrıdım, bu adamlar anlamırdılar ki, AXC artıq hakimiyyət təşkilatıdır və bu, böyük məsuliyyətdir! Bunların məntiqinə görə, hakimiyyət rəhmətlik Əbülfəz bəydən və bir də "uşaqların” idarə etdyi AXC-dən ibarətdir! 

O vaxt təşkilatın hakimiyyətdən getdiyi ilk aylarda bir yazıda yazmışdım ki, hakimiyyət yetim uşaq kimi küçəyə atılmışdı, heç kim yaxın durmurdu: biri deyirdi, hakimiyyətdə AXC-dir, digərisə ərz edirdi ki, yox, "Müsavat”dır! O vaxt bir nəfər ağzı sulana-sulana özünü çatdırmışdı ki, bəs bu nədir yazmısan? Amma anlayanlar da vardı, deyirdilər ki, çox düz yazmısan! 

Hətta bu gün də o fikirdəyəm ki, AXC hakimiyyətinin süqutunun bəlkə də on səbəbi vardı, amma biri də alnında üç barmaq yerləşməyən şəxslərin ambisiyaları idi!    

İndi "Elçibəyə xəyanət”dən çox danışırlar. Amma bəlkə ən birinci "xəyanət” bu idi! Sanki hamı hər şeyi bir adamın belinə yükləmək istəyir, heç kim onunla birlikdə çiyinini bu məsuliyyətin altına vermək istəmirdi, bunlar bir liderin komandası ola bilməzdilər, hamısı yorğanı öz üstünə çəkirdi!

Çox yazmayacağam, ikinci "xəyanət” bu idi ki, Əbülfəz bəyə özünün PEŞƏKAR-İNTELLEKTUAL siyasi komandasını yaratmağa imkan vermədilər, bunun üçün şərait yaratmadılar. Bilirsniz, birinci adam – prezident Reyqan kimi artist, Valensa kimi elektrik də ola bilər! Amma onun güclü ətrafı olmalıdır. Valensa "montyor” idi, amma iqtisadi islahatları Mozavetski, Baltseorviç kimi az qala, Harvard məktəbindən çıxmış iqtisadçılar aparırdı! Reyqan özü iqtisadiyyat bilirdi? Amma hələ də "reyqanomika” termini qalır! Əsl "kabinet”-hökumət, komanda haqqında yazmışdıq, onda da "ağzı köpüklənənlər” oldu...   

Həm də məşhur bir kəlam var: deyir, sən ağa, mən ağa, bəs inəkləri kim sağa?

Heç kim fərqində deyldi ki, hətta hakimiyyətdə olan partiyanın funksioneri olmaq, özü də aparıcı funksionerlərindən biri olmaq özü böyük vəzifə və hətta məsuliyyətdir: axı hamı məmur, diplomat və ya deputat olmalı deyil ki! 

Amma bununçün partiya funksionerinin ağlı və təcrübəsi olmalıdır, durub öyünməmlidir ki, İranın səfirini partiyaya dəvət edib qarşısına "konyaklı şokolad” qoydum və ya Rusiya səfirini xeyli danladım!   

Bir məmurun, diplomatın, deputatına sıyasi ömrü beş-on il ola, ya olmaya! Amma görün, dünyanın siyasi partiyalarının ömrü nə qədərdir? 

ABŞ-da Demokratlar da, Respublikaçılar da iki yüz ildən çoxdur mövcuddurlar! Görün, onların əlindən nə qədər prezident, deputat, diplomat gəlib keçib! Elə qardaş Türkiyənin Cümhuriyyət Xalq Partiyasını götürün. Səhv etmirəmsə, onu böyük Atatürük yaradıb. Amma görün, nə qədər adam çıxıb onların əlindən! 

Hələ onu demirəm ki, bütün dünyada böyük siyasi məsələləri həll edən siyasi texnoloqlar, ideoloqlar var, onların böyük əksəriyyəti kölgədə qalır, insanların çoxu heç tanımr da onları, amma bu adamlar nə qədər böyük iş görürlər!

Qardaşım Rövşən, belə böyük girişə görə bağışla məni. Ürək partlamasın neyləsin? Rövşən, mən yaşamadığım məsələləri yaza bilımirəm. Odur ki, bir daha üzürlü say. Bir də bilirsən, nə demək isytəyirəm? İndi hamı tarix yazır, o adamlara de ki, Hüseynbalanı görün, o, sizə hətta doğum şəhadətnamənizdə nə yazıldığını danışar...

Rövşən, qardaşım, mən sənə nə deyim, nə yazım? Qardaşım, bu ölkədə nəinki təriflənmək, hətta söyülmək böyük imtiyazdır! Bu "xoşbəxtlik” heç də hamıya qismət olmur: bəzi adamları hətta ona görə söymürlər ki, birdən məşhurlaşar! Bu insanların haqqında bir hökm var: eşitməmişik, tanımırıq, oxumamışıq və bilmirik! İstəyirsən, lap Danko ol, heç xeyri yoxdur, onlar sənə yenə nifrət edəcəklər ki, niyə sən Danko ola bilirsən, bizsə ola bilmirik?..

Bu haşıyəni də mənə bağışla, Rövşən, soruşmuşam, öyrənmişəm ki, sənə qarşı şükür, belə sanskiya yoxdur! Odur, yaşa qardaşım, halal haqqını yaşa...

Mən "Azadlıq”la sıx əməkdaşlıq etməyə başlayanda sən məsul katiblik edirdin məncə. İndi çox şeylər deyilir, amma "Azadlıq” da mürəkkəb kollektiv idi, orada ideya da vardı, hətta intiriqa da! Amma iki nəfər vardı ki, bunlar haqqında heç kim neqativ söz demirdi. Bunlardan birincisi sən idin, qardaşım, digəri Xaliq. 

Hətta Xaliq bəyə münasibət bir azca fərqli idi, burada da "siyasi çalarlar” vardı. Sənsə tamam başqaydın, Rövşən! Azı buna görə sağ ol, qardaşım.

O vaxt "Bahadur kişinin oğlanları” adlı bir deyim də vardı. Ənnağı müəllim məmur-hüquqşünas idi, bizdən yaşlı idi, ona görə ona bir balaca rəsmiyyətlə yanaşırdıq. Amma mənim müşahidəm... Xaliqlə Ənnağı müəlim arasında fərq bilirsənmi nə idi? Xaliq yazan felyetonçu idi, Ənnağı müəlimsə danışan. Hər ikisinə Allah uzun ömür versin.     

Mən AXC-AXCP-ni yuxarıdan aşağıya, sağdan-sola tanıyan adam olmuşam. Təşkilatda Şamil kimi ikinci bir səmimi rayon lideri, adamı yox idi, sanki o vaxtki siyasi intiriqaların buna dəxli yoxdu, özü də olduqca fədakar, ağıllı insandı. Mən onu ilk dəfə tanıyanda ağlıma gəldi ki, bəs nə əcəb bu adamı rayonların birinə başçı qoymayıblar? Özü də deyəsən, Moskvada təhsil almışdı, səhv etmirəmsə, Qorki institunu bitirmişdi! Məgər onda rayonlarda belə adamlar çox idi?    

Rövşən, çox çətin dövrandır, qardaşım, mən indi anlamağa başalayıram ki, insanlar tək maddi səbəblərdən çərləmir, intihar etmirlər, yox, Avropa kimi tox ölkələrdə insanların çoxu mənəvi səbəblərdən intihar edir! 

Rövşən baxıram, bir "düdük” digəri haqqında elə tərif yazır! Neçəsi haqqında yazmaq istəmişəm ki, FİLANKƏSDƏN OĞRAŞ ADAM yoxdur bu ölkədə! Amma yaza bilmirəm. Bilirsən niyə, hər şeyi məhkəmədə subut etmək olmur, qardaşım! Heç demək də olmur ki, axı şahidlər hələ tam ölməyib, heç olmasa, onların ölümünü gözləyin...

Rövşən, bu günlərdə görüşdük. Dedim ki, Rövşən, elə gün olsun, biz də bütün yaşlılar kimi görüşəndə güldən-çiçəkdən, kitabdan–dəftərdən, ən əsası da, nəvə-nəticədən danışıb ayrılaq! Qismət olacaqmı?.. 

Rövşən, qardaşım, bilirsən, ən xoşbəxt adam kimdir? Keçmişini xatırlayanda gülümsəyə bilən!..

Belədəsə, daha nə deyim, nə yazım sənə? Allahdan sənə daha bir 65 arzulayıram! Heç nəyin də fərqində olma, acı yaşama: bir jurnalist bir ölkə üçün nə edə bilərdisə, hamısını etmisən! Qalan ömrün halalındır, necə istəyirsən, necə bilirsən, yaşa! Hərdən də kefinə düşəndə nəsə yaz – bu, səndən həm də oxucu kimi ricamdır.

Bilmirəm, sözlərim sənə necə təsir edəcək? Dəxli yoxdur, mən çoxdan insanlara onların mənə göstərdiyi münasibətdən asılı olmadan münasibət göstərməyə alışmışam. Belədəsə, mən səni həmişə səmimiyyətinə görə sevmişəm, qardaşım. 

Bir daha sənə ən azı yarım əsrlik ömür arzulayıram. Özümüzə isə bilirsən, nə arzulayıram? Yəqin baxmısan, bir Amerika filmi var, deyəsən, adı "Payız əfsanələri”di. Bir fermer polkovnikin üç oğlundan bəhs edir. Üç oğulun ən istəklisi, ən kiçiyi səhv etmirəmsə, Tristan idi. Sözüm nədir? Tristanın necə ölməsindən danışan qoca hindu bir söz deyir: "Bu, həqiqətən də GÖZƏL ÖLÜM idi”. 

Başağırsı olmasın, mən özüm bunu Ekzüperi haqqında oxumuşdum: adam bir gün sadəcə, yoxa çıxdı...

Daha nə yazım sənə, qardaşım? Bir onu xahiş edəcəm ki, imkanın olsa, bu yazı sənə məktub olsun: dəmir-dümürə heç etibar yoxdur, yenə nəsə qalırsa, kağız üzərində qalır.

Başağrısı, uzunçuluq oldusa, bağışla, qardaşım...

Hüseynbala Səlimov


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 25 Dekabr 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see486

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see298

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see294

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see288

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see238

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see235

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see229

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see226

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see222

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see218

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

02 Sentyabr 2026 17:43see211

Bir dəqiqə ərzində demensiyanı müəyyənləşdirməyə imkan verən sadə test açıqlandı

02 Sentyabr 2026 05:49see204

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

02 Sentyabr 2026 20:16see191

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

02 Sentyabr 2026 20:20see184

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see181

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

02 Sentyabr 2026 21:50see177

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see168

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

02 Sentyabr 2026 17:42see161

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

02 Sentyabr 2026 18:21see160

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

03 Sentyabr 2026 00:41see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri