Qardaşını itirən tanınmış futbolçu karyerasını dayandırdı
Icma.az bildirir, Footbal-plus portalına istinadən.
Kevin Kampl futbol dünyasında yetərincə tanınmış simalardandı.
"Football-plus.az" xəbər verir ki, Almaniyada doğulan 35 yaşlı futbolçu “Bayer-04”ün yetirməsidi və “Zaltsburq”da oynadığı 2012-14-cü illəri saymasaq, bütün karyerasını Almaniyada keçirib. Dortmund “Borussiya”sı və “Bayer-04” kimi klublarda top qovan təcrübəli yarımmüdafiəçi 2017-dən bəri “Leyptsiq”in şərəfini qoruyurdu. Bir tərəfi sloveniyalı olduğu üçün bu ölkəni seçən Kampl bu komandada (2012-18) 28 oyuna çıxaraq 2 qol vurmuşdu.
Yanvarın əvvəllərində “Leyptsiq” Kampl ilə bağlı sürpriz bir bəyanat yaydı. Belə ki, futbolçu ilə müqavilənin qarşılıqlı şəkildə ləğv olunduğu açıqlandı. Bu qərar yanvarın 31-dən qüvvəyə minəcək. Kampl “öküzlər”in aparıcı futbolçularından sayılırdı. Ona görə də əvvəlcə fanatlar bu qərarı anlamadılar. Çünki müqavilənin ləğvinin səbəbləri barədə heç nə qeyd olunmamışdı.
Futbolçu özünün vida paylaşımında ictimaiyyətə kiçik bir ipucu verdi. O, müqavilənin ləğvinin şəxsi səbəblər üzündən baş verdiyini, son aylarda psixoloji durumunun qaydasında olmadığını və bundan sonra ailəsinə daha çox vaxt ayıracağını vurğuladı. Həqiqət bir müddət sonra üzə çıxdı. Sən demə, oktyabrın sonlarında Kevinin 51 yaşlı böyük qardaşı Seki Kampl ürəktutmasından qəfil dünyasını dəyişibmiş. Bu hadisədən böyük psixoloji sarsıntı keçirən sloveniyalı futbolçu bir müddət karyerasında fasilə götürmək qərarına gəlib. Onun nə vaxt futbola dönəcəyi barədə məlumat yoxdu. Elə o özü də karyerasını bərpa edib-etməyəcəyini bilmir. Kamplın ailəsi ilə daha çox vaxt keçirmək istəyinin digər səbəbi isə atasının yataq xəstəsi olmasıdı.
Kampl 2017-nin sentyabrından bəri “Leyptsiq”də 283 rəsmi oyuna çıxmış və bu klubla 2 dəfə ölkə kubokunu, bir dəfə ölkə superkubokunu qazanmışdı. Bu üzdən klubun onunla təmtəraqlı şəkildə vidalaşması başadüşülən oldu. Şənbə günü “Bavariya” ilə oyundan öncə Kampl meydana dəvət olundu. Klub ona xüsusi hədiyyələr verdi. Fanatlar isə tribunada onun şərəfinə gözəl performans sərgilədilər. Kevinin bu görüntüdən sonra duyğusal anlar yaşaması və göz yaşlarını saxlaya bilməməsi diqqəti çəkdi.
Maraqlıdı ki, o da fanatlara xüsusi hədiyyə hazırlamışdı. Belə ki, tribunadakı fanatlara 4444 litr pivə paylanıldı! Bu da futbolçunun klubda “44” nömrəli forma ilə oynamasından irəli gəlir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 24 Yanvar 2026 12:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















