Icma.az
close
up
RU
Qardaşının bir ayağını neyləyirəm? Bakıdakı dəhşətli qətlin TƏFƏRRÜATI VİDEO

Qardaşının bir ayağını neyləyirəm? Bakıdakı dəhşətli qətlin TƏFƏRRÜATI VİDEO

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Nəsimi rayon sakinini yatarkən qətlə yetirdikdən sonra cinayəti gizlətmək məqsədilə meyiti hissələrə ayırmaqda təqsirləndirilən Fazil Feyzullayev və Ülvi Abasovun cinayət işi üzrə məhkəmənin baxış iclası baş tutub.

Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən proses təqsirləndirilənlərin sərbəst ifadələri ilə işini davam etdirib.

Fazil Feyzullayev ifadəsi zamanı bildirib ki, birlikdə kirayədə qaldığı İsgəndər Əliyevə yatdığı yerdə yox, mübahisə zamanı xəsarət yetirib.

"Qardaşının bir ayağını neyləyirəm?" - Bakıdakı dəhşətli qətlin TƏFƏRRÜATI - VİDEO

"Əvvəllər İsgəndərlə birlikdə qaldığımız otağı təmizləməyə görə mübahisələrimiz düşmüşdü. Həmin ərəfədə isə ev yiyəsi kirayə pulunu istəyirdi, o pulunu verməmişdi. Buna görə mübahisəmiz düşdü, söyüş söydü mənə. Ondan sonra evdə köhnə çarpayının ayaq hissəsi var idi, onunla vurdum bir neçə dəfə başından. Huşunu itirib yıxıldı yerə".

Təqsirləndirilən İsgəndər Əliyevi qətlə yetirəndən sonra ona məxsus hər hansı pulunu götürmədiyini deyib. O, meyiti doğramasının səbəbini isə belə izah edib:

"Evdə heç kim yox idi, onu öldürəndən sonra meyiti gizlətmək üçün aparmaq istəsəm də, götürə bilmədim. Getdim bir neçə bazar çantası aldım. Əl-ayağını yığıb çantaya qoymaq istədim, edə bilmədim. Sonra onun ayaq hissələrini bədənindən ayırıb üç çantaya qoydum. Üstünə də yorğan yığdım ki, şübhələnən olmasın".

Fazil Feyzullayev ifadəsində daha sonra qeyd edib ki, o, həmin çantaları kirayədə qaldığı evdən çıxaranda digər təqsirləndirilən Ülvi Abbasovu da köməyə çağıraraq, çantalardakı əşyaların, tikintidə istifadə etdiyi elektrik alətlərin olduğunu deyərək rayona aparmaq istədiyini və lazım olmadığını deyib. Təqsirləndirilən vurğulayıb ki, Ülvi Abbasovun onun törətdiyi cinayətdən xəbəri olmayıb.

Bundan sonra o, həmin çantaları taksi ilə apararaq Ağsu aşırımından dərəyə atıb.

Mərhumun qardaşı təqsirləndirilənin dediklərinə etirazını bildirib. O deyib ki, Ağsuda qardaşının cəsədinin hissələrini aşkar olunarkən onun bir ayağı həmin ərazidə tapılmayıb:

"Həmin əraziyə hər hansı bir heyvanın da düşməsi qeyri-mümkündür. Orda 3 yox, 4 çanta olub. Bədəninin bütün hissələri orda olsa da, bir ayağı tapılmadı".

Hüquqi varis təqsirləndiriləndən qardaşının ayağının harada olduğunu soruşsa da, o, cavabında "mən qardaşının ayağını neyləyirəm, hamısını ora atmışam" deyib.

Növbəti proses aprelin 8-nə təyin edilib.

Araşdırmalarla avqustun 4-də gecə saat 4 radələrində Fazil Feyzullayev və Ülvi Abasovun qabaqcadan əlbir olaraq tamah niyyəti ilə kirayədə birlikdə yaşadıqları İsgəndər Əliyevi yatarkən onun başına çəkiclə zərbələr vuraraq onu qətlə yetiriblər. Onlar bundan sonra otaq axtarış apararaq İsgəndər Əliyevə məxsus 300 ABŞ dollarını ələ keçirərək mənimsəyiblər. Fazil Feyzullayev cinayəti gizlətmək məqsədilə meyiti hissələrə ayırıb sellofan paketlərə yığaraq Ağsu rayonuna gedib müxtəlif yerlərə tullamasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.5 (tamah məqsədilə adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) və 245-ci (meyit üzərində təhqiredici hərəkət) maddələri ilə cinayət işi istintaq olunur.

Toplanmış sübutlar əsasında Fazil Feyzullayev və Ülvi Abasov təqsirləndirilən şəxs qismində cəlb olunub, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Elgün Həsənli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://oxu.az
archiveBu xəbər 04 Mart 2026 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see746

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see578

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see328

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see321

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see290

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see288

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see282

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see272

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see270

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see269

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see267

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see255

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see240

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see237

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see230

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see220

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see213

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see211

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri