Icma.az
close
up
RU
Qardaşları həyat yoldaşları da ayıra bilmədi: Tarla, ev, bağ hər şey ortaqdır

Qardaşları həyat yoldaşları da ayıra bilmədi: Tarla, ev, bağ hər şey ortaqdır

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yozqatın Kadışehri rayonunda yaşayan Açıkel qardaşları 63 ildir ki, bir-birindən ayrılmır. Birlikdə alış-verişə çıxan, tarlada çalışan, heyvanlarına baxan qardaşlar həyat yoldaşları ilə də eyni evdə yaşayırlar.

Sherg.az xəbər verir ki, Kadışehri rayonunun Seyhan kəndində yaşayan 64 yaşlı Haydar Açıkel və 63 yaşlı Bayram Açıkel bütün həyatları boyu bir yerdə olublar. Uşaqlıqdan, gənclikdən və yetkinlik dövründən bəri daim yanaşı yaşayan qardaşlar tarlalarını birgə əkir, alış-verişə birlikdə gedir, təsərrüfat işlərini də birgə görürlər.

Evləndikdən sonra da həyat yoldaşları ilə bir evdə yaşamaya davam edən qardaşlar, xanımlarının da zamanla bu həyata alışdıqlarını bildirirlər.

“Atam “evlərinizi ayırım” dedi, qəbul etmədik”

Bayram Açıkel qardaşı ilə heç vaxt ayrılmadığını deyərək, əkiz kimi böyüdüklərini vurğulayıb:

“Yadıma gələn gündən bəri birlikdəyik. Əkinçiliklə məşğuluq. Arpa, buğda əkirik. Heyvanlarımız var, onlara baxırıq”.

O, uşaqlarının təhsil üçün başqa yerlərə getdiyini, indi isə evdə yalnız iki qardaşın və həyat yoldaşlarının yaşadığını qeyd edib:

“Rəhmətlik atam bir dəfə “vaxtım gəlib çatdı, sizi ayırım” dedi. Mən isə ‘biz bir yerdə xoşbəxtik’ söylədim. Xanımlarımız da ümidlərini kəsib bir-biri ilə səmimi oldular. Biz də rahatladıq, onlar da.”

“Onlar istəməyincə biz də istəmədik”

Bayram Açıkelin həyat yoldaşı, 53 yaşlı Halimə Açıkel, ərinin ayrılmaq istəməməsi səbəbilə özlərinin də eyni evdə yaşamağa alışdıqlarını deyib:

“Evlənəndən 36 il keçib, birlikdə yaşayırıq. Uşaqları böyüdərkən çətinlik oldu, amma sonra böyüyüb hərəsi öz yoluna getdi,” -deyə əlavə edib.

“Qürbətə belə birlikdə getdik”

Haydar Açıkel isə qardaşına sonsuz güvəni olduğunu bildirib:

“İstanbula qürbətə getdik, bir ilə yaxın qaldıq. O vaxt da birlikdə getmişdik. Anam 13-14 dəfə doğub, indi 5 bacı-qardaşıq. 3 bacımız var. Onlar da daim “yaxşı dolanın, ayrılmayın, Allahdan başqa kimsəniz yoxdur” deyirlər.”

“Biz razıyıq”

Haydar Açıkelin həyat yoldaşı Kadriyə Açıkel isə 40 illik evlilikləri boyu həmişə bir yerdə yaşadıqlarını söyləyib:

“Ayrılmaları üçün çox çalışdıq, amma ayrılmadılar. İndi yaxşıyıq, razıyıq. Həm ərimdən, həm qayınımdan, həm də baldızımdan razıyam. Allah ayırmasın,” - deyə o bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 Dekabr 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri