Icma.az
close
up
RU
Qarderob Olqa Tokarçukun hekayəsi

Qarderob Olqa Tokarçukun hekayəsi

Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kulis.az Əli Çağlanın tərcüməsində polyak yazıçı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Olqa Tokarçukun "Qarderob" hekayəsini təqdim edir.


Bu evə gələndə qarderob aldıq. Qara rəngdə, köhnə idi. Onu brokerin ikinci əl dükanından evə gətirməyimiz, almaqdan baha başa gəldi. Qarderobun iki qapısı budaq-yarpaq naxışları ilə bəzədilmişdi. Üçüncü qapıya şüşə qoymuşdular. Biz onu, kirayə götürdüyümüz yük maşınında daşıyanda, şüşə bütün şəhərin təsvirini geri verirdi. Yol boyu açılmasın deyə onu iplə sərt bağlamışdıq. O vaxt, qarderobun yanında dayanıb, əlimdə həmin bağlanmış ipin parçası ilə, ilk dəfə özümün absurd mənasızlığımı hiss edirdim. “R”, sanki təsərrüfatına yeni inək almışdı, qarderobun taxta belini incə-incə oxşayaraq dedi: “Mebelimizə, ev əşyalarımıza uyğundur.”

Qarderob, yataq otağımızın dünyasına girməzdən əvvəl, karantin dövrü yaşasın deyə öncə onu dəhlizə qoyduq. Onun güclə görünən xırda deşiklərinə damcı-damcı terebentin yağı yedirtdim. Gecələr qarderob, təzə sakin olduğu yerində dayanmış halda qıcırdanaraq inildəyirdi. Qabıq altında gizlənən, ölüm astanasında çırpınan böcəklər isə vızıldayırdı.

Ondan sonrakı günlər, qədim tikili olmasına baxmayaraq bizə yeni görünən evimizin təmizliyi ilə keçdi. Evinin döşəməsinin arasından dəstəyində xaç həkk olunmuş bir çəngəl tapdım. Lövhələrlə örtülmüş divarın arxasından köhnə bir qəzet parçası çıxmışdı, üzərində yalnız bir sözü ayırd etmək mümkün idi: “Əzabkeş fəhlələr”.
“R”, pərdələri yerindən asmaq üçün pəncərələri açanda gecələr şəhərə enən mədən fəhlələrinin "orkestr sədaları" evə doldu.
Qarderob, ilk gecə yuxumuzun şəriki olduğu zaman xeyli müddət yuxulaya bilmədik. “R”nin əli, narahat, təlaşlı halda qarnımın üstündə nəyisə axtarırdı. Nəhayət, yuxuya getdik. O andan sonra həmişə ortaq yuxular gördük. O gecə bir qatı sükutun yuxusunu görmüşdük. Dükan vitrinlərinin bəzək əşyaları kimi, hər şeyi - onun içində asılı qalan bir qatı sükutu görmüşdük. İkimiz də o sükutun içində özümüzü xoşbəxt hiss edirdik. Çünki o bizi başqa yerlərdə olmağın məcburiyyətindən azad edirdi. Səhər oyandığımızda o yuxunun necə olduğunu bir-birimizə danışmağa ehtiyac qalmırdı, bir işarə belə kifayət edirdi. O vaxtdan bəri yuxularımızı bir-birimizə danışmırıq.
Nəhayət, evimizdə görüləsi başqa işin qalmadığı gün gəldi. Bütün əşyalar səliqəli, təmiz, öz yerində idi. İsti sobaya söykənmişdim, toxunma stolüstü örtülərinə diqqətlə baxırdım. Təəssüf ki, o sapların içində heç bir nizam tapılmırdı; kimsə maddənin möhkəmliyini iynə ilə deşmişdi. Bir anlıq o ipliklərin dəliklərindən qarderoba baxdım. Gördüyüm yuxu yadıma düşdü. O qatı sükut, qarderobdan ilham alırdı. Qarderob ilə üz-üzə dayanmışdım.

Bu anda kövrək, hərəkətli olan mən idim. Qarderob, nə idisə, elə o idi. Barmağımın ucu ilə parlaq dəstəyi sığalladım. Qarderob qəfildən qapısını üzümə açdı. Gözüm birdən-birə köynəklərin kölgəsinə sataşdı. Qaranlıqda onları bir-birindən ayırmaq mümkün deyildi, hər şey eyni görünürdü. Qarderobda mənim qadınlığım ilə “R”nin kişiliyi arasında heç bir fərq yox idi. Birinin yumşaq, digərinin kobud; birinin oval, digərinin dairəvi; birinin yaxın, digərinin uzaq; birinin yad, digərinin tanış olması heç bir əhəmiyyət daşımırdı.

Qarderobun içindən uzaq diyarların qoxusu gəlirdi, qəribə dövrlərin qoxusu; amma, ey Tanrım, yox, bu qoxu elə tanış, elə yaxın şeyləri xatırladırdı ki, onları adlandırmaq üçün sözlər natəvandır (çünki ad vermək üçün sözlərin məsafəyə ehtiyacı var). Bədənim, qarderobun iç tərəfdən arxasında olan güzgünün çərçivəsində göründü.

Bir qaralmış qorxunun içində idim, qarderobdan asılan köynəklə çox da fərqim yox idi. Demək, qarderobun güzgüsündə belə görünürdüm. Yalnız addım atıb içəri girməyim kəm idi. Həmin işi də gördüm. İçi toxunma paltarlarla dolu olan plastik kisələrin üstündə oturdum. Qapalı məkanda nəfəsimin səsinin daha da gur olduğunu eşitdim.
Beyin, özü-özü ilə xəlvətə çəkildiyi zaman zikr-dua etməyə başlayır. Beynin mahiyyəti elə budur. “Müqəddəs Allahın mələyi, mənim qoruyucum...” Mələyim, gözlərimin önündə canlandı. O qədər gözəl, o qədər parlaq idi ki, süni görünürdü; “...Həmişə yanımda ol...” Mum qanadları ətrafımı sevgi ilə qucaqladı; “...Səhər...” Qəhvə qoxusu, işıqlı pəncərələr, yuxu ilə dolu gözləri oyatdı; “...Axşam...” Zaman, ağır addımları ilə gün batımına tərəf süründü; “...Gün boyu...” Hərəkət, təcrübə, səs-küylər gündəlik min işlə bərabər oldu; “...Gecə...” Hərəkətsiz, cansız bədən hər şeydən uzaq, qaranlığa qərq oldu; “...Mənim qoruyucum ol...” Uşaqların dərəyə addımladığı zaman onları qoruyan mələk; “...Ruhumu, bədənimi bütün vəsvəsələrdən uzaq saxla...” Kiçik karton paketlərinin üzərində yazılmışdı: Qırılır, diqqətlə daşıyın! “...Bu aciz bəndəni əbədi dünyaya yönəlt. Amin...” Asılmış köynəklər qarderobun ala-toranlıq kölgəsində...
O andan etibarən qarderob hər gün məni udurdu. Yataq otağımızda bir nəhəng qara çuxura çevrilmişdi. Əvvəlcə yalnız axşamları qarderobun içində vaxt keçirirdim – hava qaralanda, hələ “R” evə qayıtmayanda.

Tədricən səhərlər yalnız ən vacib işləri görürdüm: Alış-veriş, çirkli paltarları paltaryuyan maşına qoymaq, telefon zəngləri; sonra isə qarderoba girib qapısını arxamca, yavaşca bağlayırdım. Qarderobun içində indi hansı fəsil, hansı il, günün hansı vaxt olduğunun heç bir əhəmiyyəti yox idi; mən öz nəfəsimlə qidalanırdım.
Bir dəfə gecənin qaranlığında, boğucu, isti havada ağır yuxudan oyandım. Qadın kişini ehtirasla istədiyi kimi ürəyim qarderobu istədi. Yerimdə qala bilim deyə, əllərimi, ayaqlarımı “R”nin bədəninə sarıb ona yapışmalı idim. “R”, yuxuda anlaşılmaz halda pıçıldayırdı.
Nəhayət, bir gecə “R”ni yuxudan oyatdım. Yataqdan enməyə hövsələsi yox idi, amma arxamca onu qarderoba tərəf sürüklədim. Sonunda hər ikimiz qarderobun qarşısında dayandıq.

Qarderob nəhəng, möhkəm, cazibədar idi! Parlaq tutacağına toxundum, özünü bizə açdı. İçində bütün dünya üçün kifayət qədər yer var idi. Qarderobun içindəki güzgü bizim ikimizin də bədənlərimizi, formamızı qaranlıqdan sakitcə açıb əks etdirdi. “R” ilə mənim nəfəsim əvvəlcə kəsik-kəsik, uyğunsuz idi. Tədricən ortaq ritm tapdı, aramızda heç bir fərq qalmadı.
Qarderobun içində üz-üzə oturduq. Asılmış paltarlar üzümüzü örtmüşdü. Qarderob, arxamızca qapısını bağladı. Beləcə onun içində həyatımızı davam etməyə başladıq. Əvvəllər “R” ara-sıra qarderobdan işə, alış-verişə, bir şeyə görə çıxırdı. Sonralar isə bu iş ona çox ağır gəldi. Günlər uzandı. Pəncərənin arxasından vaxtaşırı mədən fəhlələrinin "orkestr sədaları" eşidilirdi.

Günəş gedir, gəlirdi. Gəlişi zamanı pəncərələr onu evə çəkib gətirmək üçün boşuna çalışırdılar. Ev əşyaları, stolüstü örtüklər, qab-qacaq üzərindəki tozlar daha da qalınlaşmışdı. Evimiz hələ də qaranlıq içində idi...

İlber Ortaylıdan məscid restavrasiyasına sərt reaksiya "Google" süni intellektə görə məhkəməlik oldu Con Lennonun qatilinə şərti azadlıq verilmədi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://kulis.az
archiveBu xəbər 11 Oktyabr 2025 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see309

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see281

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see252

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see241

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see240

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see232

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see229

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see225

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see220

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see214

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see214

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see212

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see206

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see204

59 yaşlı Nikol qırmızı xalıya şəffaf geyimdə çıxdı

01 Sentyabr 2026 13:37see202

Xalq artisti: Məni ad gününə, toylarınıza da çağırmayın (Video)

01 Sentyabr 2026 15:15see199

Haber Global Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib

01 Sentyabr 2026 21:51see189

Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...

01 Sentyabr 2026 21:52see185

Azərbaycanda Səhiyyə Menecmenti Forumu keçiriləcək

01 Sentyabr 2026 13:31see181

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri