Icma.az
close
up
RU
“Qaregin məsələsi” seçkidən sonraya qalıb

“Qaregin məsələsi” seçkidən sonraya qalıb

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Paşinyan həssas mərhələdə “fasilə” götürüb

Erməni Apostol Kilsəsi ilə ölkə hakimiyyəti arasında münasibətlər ümumən gərgin olaraq qalır. Bununla belə Nikol Paşinyan iqtidarı iyunun 7-də keçiriləcək seçkiqabağı dövrün həssaslığını nəzərə alaraq kilsədə islahatlar, eləcə də bütün ermənilərin ali patriarxı, katolikos II Qareginin başqa bir şəxslə əvəzlənməsi məsələsində əvvəlki kimi israrlı davranış nümayiş etdirmir.

Əslində, bu, gözlənilən idi. Bir sıra ekspertlər aylar öncə bildirirdilər ki, hakimiyyət seçkiqabağı dövrdə kilsə ilə bağlı məsələdə fasilə götürəcək. Çünki kilsə tarixən xalq arasında böyük nüfuza malik institutdur. Ermənistan konstitusiya baxımından dünyəvi dövlət olsa da, ölkə konstitusiyasında (18.1-ci maddə) “erməni xalqının mənəvi həyatında, milli mədəniyyətinin inkişafında və milli kimliyinin qorunmasında milli kilsə kimi Erməni Apostol Müqəddəs Kilsəsinin müstəsna missiyası” təsbit edilib. Bu mənada, Paşinyan da ehtiyatlı davranış nümayiş etdirməyə üstünlük verir. Baş nazir indiki həssas dönəmdə kilsə, katolikosla bağlı məsələləri qabartmamağa çalışır. Nikol son vaxtlar bu istiqamətdə, demək olar ki, heç bir açıqlama vermir. Görünür, bu yanaşmanın əks-təsirə səbəb olacağından ehtiyatlanır. Ancaq bu o demək deyil ki, Paşinyan kilsədə islahatlar həyata keçirmək, katolikosu dəyişdirmək istəyindən vaz keçib, yaxud II Qareginin taxtdan getmədiyini görüb vəziyyətlə barışıb. Xeyr! Baş nazirin rəhbərlik etdiyi “Mülki müqavilə” partiyasının seçki platformasında “Erməni Apostol Kilsəsinin islahatı” məsələsi ilə bağlı müddəa da yer alıb. Aprelin 3-də Nikolun “Facebook” səhifəsində dərc olunan platformada Erməni Apostol Kilsəsində mərhələli islahat – kilsənin faktiki rəhbəri kimi katolikosun vəzifədən kənarlaşdırılması, əvvəlcə müvəqqəti rəhbərin seçilməsi, yeni kanonik qaydanın (nizamnamənin) qəbulu və daha sonra bütün ermənilərin yeni katolikosunun seçilməsi təklif olunur.

Öz növbəsində kilsə bununla bağlı ayrıca açıqlama ilə çıxış edib. Açıqlamada hakim partiyanın proqramında kilsəyə aid müddəalar qınanıb: “Mülki müqavilə” partiyasının seçkiqabağı proqramında Erməni Apostol Müqəddəs Kilsəsinə dair qəbuledilməz müddəaların daxil edilməsini sərt şəkildə pisləyirik. Partiyanın seçki proqramında kilsənin islahatı, onun nizamnamənin yenidən nəzərdən keçirilməsi, bütün ermənilərin katolikosunun taxtdan uzaqlaşdırılması və yeni katolikos seçkilərinin keçirilməsi ilə bağlı məcburedici gündəmin təsbit olunması ölkənin konstitusiya quruluşunun, kilsənin özünüidarəetmə hüququnun, eləcə də din və vicdan azadlığına dair fundamental beynəlxalq prinsiplərin açıq şəkildə pozulmasıdır. Seçkiqabağı vədlərdə kilsəyə qarşı bu açıq-aşkar qanunsuz hərəkətlərin davam etdiriləcəyinin bildiril¬məsi hakim siyasi partiyanın ideologiyasının mövcud anti-kilsə mahiyyətini və məqsədlərini bir daha ortaya qoyur”. Qeyd olunub ki, Erməni Apostol Kilsəsinin “minillik missiyası, onun müqəddəs ənənələri və mənəvi həyatı” (?) siyasi spekulyasiya mövzusuna çevrilməməlidir: “Ana Taxtın dəfələrlə bildirdiyi kimi, katolikosun seçilməsi və kilsə daxilində istənilən islahat yalnız mənəvi-kanonik səlahiyyətlər çərçivəsindədir və buna görə də siyasi partiyaların və dövlət hakimiyyətinin müdaxilə sferasından tam kənardadır. Qanun pozuntusu əsasında qəbul olunmuş fəaliyyət tərzi milli maraqlara ziddir və tamamilə qəbuledilməzdir”.

* * *

Qeyd etmək lazımdır ki, kilsənin hər yeni islahat təşəbbüsünə kəskin etiraz etməsi də ilk deyil. Eçmiədzin son illər hökumətin atdığı addımlara ardıcıl şəkildə qarşı çıxır, olan-qalan nüfuzunu qorumağa çalışır. Lakin məsələnin daha dərin səbəbləri var. Erməni cəmiyyəti artıq anlayır ki, kilsə sadəcə, dini mərkəz deyil. O, ölkədə hakim olmuş köhnə siyasi güclərin dayaqlarından biri kimi hər zaman proseslərə müdaxilə edib. Xüsusilə də 2018-ci ildən sonra baş verən dəyişikliklərlə barışmayan dairələr kilsənin arxasında gizlənərək hakimiyyətə təzyiq göstərməyə cəhd ediblər. Bu səbəbdən kilsə bu gün də islahatlara qarşı çıxarkən, əslində, öz mövqeyini deyil, revanşist qüvvələrin mövqeyini müdafiə edir. Paşinyanın islahat istəyini haqlı edən məqam da budur. Ermənistan yeni dövrə qədəm qoyub və ölkə daxilində keçmiş düşüncənin hakim olmasına imkan vermək mümkün deyil. Əgər kilsə həqiqətən xalqın həyatında müsbət rol oynamaq istəyirsə, dəyişiklikdən qaçmamalıdır. Əks halda, illərlə siyasi fikirlərə yön vermək cəhdləri davam edəcək. Bu isə nə Ermənistanın bugünkü reallığına, nə də bölgədə yaranmış yeni şəraitə uyğundur.

Kilsənin mövqeyi təkcə daxili siyasətdə deyil, Ermənistan–Azərbaycan münasibətlərində də daim özünü göstərib. Tarix boyu qarşıdurmaların mənəvi dayaqlarından biri məhz kilsədə yaradılan təsəvvürlər olub. Ermənistanda formalaşmış düşmən obrazının əsas mənbələrindən biri kimi çıxış edən bu yanaşma çoxlu qanlı hadisələrin ideya əsasını təşkil edib. Birinci və İkinci Qarabağ müharibəsində, onlardan çox-çox illər öncə baş verən və tarixə azərbaycanlıların soyqırımı kimi düşən hadisələrdə kilsənin tutduğu mövqe qırğınların daha da genişlənməsinə yol açıb. Bu gün də kilsənin dəyişiklikdən imtina etməsi həmin köhnə baxışların qorunmasına xidmət edir.

Paşinyanın məqsədi kilsəni dağıtmaq deyil, onun dövlətin inkişafına mane olan təsirlərini azaltmaqdır. Kilsə bu prosesdən qorxmaq əvəzinə, öz daxilində yenilənməyə çalışmalıdır. Çünki Ermənistanın gələcəyi köhnə qapalı düşüncə ilə deyil, sülhə və normal qonşuluğa əsaslanan yanaşma ilə mümkündür. Əgər kilsə doğrudan da “milli dəyərlərin qoruyucusu” olmaq istəyirsə, əvvəlcə bu dəyərləri nifrət üzərində deyil, real həyatın tələbləri üzərində qurmalıdır. Bu mənada islahatlar qaçılmazdır. Ermənistanın gələcək inkişafı üçün kilsənin siyasətə təsir imkanları məhdudlaşdırılmalı, dini mərkəz xalqın mənəvi həyatı ilə məşğul olmalı, siyasi proseslərin alətinə çevrilməməlidir. Paşinyanın qarşılaşdığı müqavimət isə göstərir ki, dəyişikliklər sadəcə dini çevrələrin deyil, uzun illərdən bəri köhnə düşüncə ilə yaşayan dairələrin narahatlığıdır. Lakin dəyişiklik nə qədər çətin olsa da, Ermənistan üçün zəruridir.

Politoloq Ramiyə Məmmədova mövzu ilə bağlı XQ-yə açıqlamasında bildirdi ki, “Mülki müqavilə”nin seçki platformasındakı kilsənin fəaliyyətinə dair dəyişikliklərə Eçmiədzinin sərt reaksiyası bu qurumun uzun illərdir qoruduğu mövqelərin sarsılacağından narahat olması ilə bağlıdır. Onun sözlərinə görə, əslində, Paşinyanın bu sahədə islahat təşəbbüsü onsuz da gecikmiş addım hesab oluna bilər: “Çünki son illər Ermənistan cəmiyyətində kilsənin siyasi proseslərə həddindən artıq müdaxilə etdiyi barədə narazılıq artıb. Bu narazılığın kökü təkcə daxili məsələlər deyil. Tarix boyu kilsə Ermənistanın region ölkələri ilə münasibətlərində də iqtiqamətverici rol oynayıb və bir çox hallarda gərginliyə səbəb olan mövqelər nümayiş etdirib. Xüsusən də Azərbaycanla münasibətlərdə dini mərkəzdən yayılan fikirlər cəmiyyətdə düşmən obrazının möhkəmlənməsinə xidmət edib. Bu yanaşma indi də davam edirsə, Ermənistanın gələcək sülh gündəmini xeyli zəiflədə bilər”.

Ekspert qeyd etdi ki, Paşinyanın hədəfi kilsəni siyasiləşmədən uzaqlaşdırmaq və onun cəmiyyət üçün mənəvi mərkəz kimi qalmasını təmin etməkdir: “Kilsənin buna qarşı çıxması isə göstərir ki, köhnə düşüncə tərzindən əl çəkmək hələ də asan görünmür. Bununla belə, Ermənistanın yeni reallıqları artıq fərqli seçim tələb edir. İslahatlar təkcə dövlət idarəçiliyi deyil, ictimai münasibətlərin sağlamlaşması üçün də vacibdir. Bu baxımdan hökumətin başladığı proses uzunmüddətli sabitlik üçün zəruri addım kimi dəyərləndirilə bilər”.

Səxavət HƏMİD
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Aprel 2026 02:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see312

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see296

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see281

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see280

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see253

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see236

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see232

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see225

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see218

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see217

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see212

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see212

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see210

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see200

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see197

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see189

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see189

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see186

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri