Qaregin təslim oldu: istefa veməyə HAZIRLAŞIR
Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bütün ermənilərin katolikosu II Qaregin tezliklə istefa verəcək.
Modern.az xəbər verir ki, bu barədə “Joğovurd” qəzeti Ermənistan hökumətindəki mənbələrə istinadən məlumat yayıb.
Nəşrin mənbələrinin sözlərinə görə, hakim elita əmindir ki, katolikos tezliklə istefa verəcək.
"Qəzetimizin hökumətdəki mənbələri iddia edirlər ki, katolikosun başqa çıxış yolu yoxdur, o, Baş nazir Nikol Paşinyana təslim olmaq məcburiyyətində qalıb. Hökumət mənbələri deyirlər ki, təzyiqlər günbəgün artdıqca onun çıxış yolu olmayacaq”.
Bundan əvvəl Paşinyan bütün ermənilərin katolikosu II Qaregini subaylıq andını pozmaqda ittiham edib. Paşinyanın sözlərinə görə, subaylıq andını pozaraq övlad sahibi olan Qaregin artıq Erməni Apostol Kilsəsinin rəhbəri ola bilməz.
O, Erməni Apostol Kilsəsinə yeni katolikosun seçilməsi üçün seçkilərə və koordinasiya qrupunun yaradılmasına çağırıb.
Baxış sayı:75
Bu xəbər 11 İyun 2025 10:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















