Qarğa qarıldaması nəyə işarədir? Dünyanın ən ağıllı quşunun səsində gizlənən HƏQİQƏTLƏR
Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan folklorunda qarğanın qarıldaması təsadüfi səs kimi yox, əlamət və ya işarə kimi qəbul olunub. Bu inanc həm atalar sözlərində, həm də xalq arasında dolaşan yozumlarda özünü göstərir. Qarğa qarıldayanda insanlar adətən belə deyiblər: “Pis xəbər ya hadisə ola bilər”, “İstənməyən qonaq gələcək” .
Bəzi bölgələrdə qarğanın neçə dəfə qarıldamasına da fikir verirlər: bir-iki dəfə qarıldasa adi xəbər, dəfələrlə, uca səslə pis xəbər, dava-dalaş, xəstəlik ehtimalıdır.
Qarğa evin damında qarıldayanda ev sahibinə xəbər var. Səhər tezdən səsi gəlirsə, yol xəbəri, axşam isə kədərli xəbərdir.
Qarğa həm də ağıllı quş sayılır. “Qarğa 40 il yaşayır” inancı var – uzunömürlülüyün simvolu sayılıb.
Qarğanın parlaq əşyalar yığıb saxlaması isə onu sirr saxlayan quş kimi simvolizə edib.
Elmi əsaslara görə, qarğalar dünyanın ən ağıllı quşlarıdır. Onlar insan üzlərini tanıyır və illərlə yadda saxlayırlar. Alət istifadə edə bilirlər, məsələn, çubuqla yem çıxarırlar. Ölüyə yas saxlayırlar. Yəni bir qarğa öldüsə, cəsədinin ətrafına yığışıb səssiz dayanırlar. Qısqanc və qisascıldırlar.
Şəfiqə Şəfa, Bizim.Media
Baxış sayı:119
Bu xəbər 02 Yanvar 2026 15:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















