Icma.az
close
up
RU
Qaribaşvili istefası və döyülməsi xəbərlərini təkzib edib: “Bu, absurddur”

Qaribaşvili istefası və döyülməsi xəbərlərini təkzib edib: “Bu, absurddur”

Icma.az, Ayna portalına istinadən məlumat yayır.

“Xəyanətkar Baçiaşvili və ona bənzər satqın Qaxariyanın səsləndirdiyi absurd, iyrənc yalana cavab vermək istərdim”

Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının sədri, ölkənin keçmiş Baş naziri İrakli Qaribaşvili hakim partiyadan istefa verməsi ilə bağlı məlumatı təkzib edib.

“Mətbuatda ölkəmizin çox böyük problemlə üz-üzə qaldığı bir vaxtda, böhran yaşandığı zamanda partiyadan etiraz olaraq istefa verdiyim, hakim komandadan ayrıldığım, nəyəsə etiraz etdiyim barədə məlumatlar yayıldı. Bu, absurddur. Yəqin ki, məni tanıyan hər kəs bilir ki, bunlar mənə uyğun deyil. Mənim öz qaydalarım, prinsiplərim var”, – Qaribaşvili hökumətyönlü “Rustavi 2” telekanalına açıqlamasında deyib.

Siyasətçinin partiyanı tərk etməsi ilə bağlı söz-söhbətlər bir həftə əvvəl ortaya çıxıb. Bu söhbətləri Gürcüstan müdafiə nazirinin birinci müavini Levan Nikoleişvilinin istefası daha da şiddətləndirib. Çünki nazir müavini Qaribaşvilinin kadrı sayılırdı.

Lakin hakim partiya sədrin istefasını təkzib edib. Qaribaşvilinin adından qısa bəyanat “Gürcü Arzusu”nun “Facebook” səhifəsində yerləşdirilib.

Qaribaşvilinin özü ictimaiyyət qarşısına çıxmayıb və o, mediaya şərh verməyib. Bu, siyasətçinin partiyadan getməsinin yalnız müvəqqəti olaraq “təxirə salındığı” şübhələrinə səbəb olub.

Bu versiyanı müxalifətə keçən “Gürcü Arzusu”nun digər keçmiş Baş naziri Giorgi Qaxariya ortaya atıb. O, “Pirveli” TV-də hakimiyyətdə olan partiyanın görünməmiş parçalanma yaşadığını, komanda üzvləri arasında mübahisələrin əlbəyaxa döyüşə qədər getdiyini bildirib. Jurnalistlər Qaribaşvilinin davada yaralandığına eyham vurublar. Bidzina İvanişvilinin keçmiş maliyyəçisi Giorgi Baçiaşvili iddia edib ki, bu həftə Qaribaşvili Tiflis klinikalarından birinin travmatoloqu ilə əlaqə saxlayıb.

“Mən bir xəyanətkar Baçiaşvili və ona bənzər satqın Qaxariyanın səsləndirdiyi absurd, iyrənc yalana cavab vermək istərdim. Bilirsiniz, mən narahatam... Hər bir insanın həkimə müraciət etməsi lazım ola bilər. Məşq zamanı çox yüngül zədə aldım və buna görə də belə bir qalmaqal və iyrənc, təhqiramiz yalanlar ortaya çıxardılar”, iqtidar partiyasının sədri bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:199
embedMənbə:https://ayna.az
archiveBu xəbər 12 Dekabr 2024 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri