Qarik Martirosyandan etiraf: Birinci müharibədə Ağdamda, ikinci müharibədə Əsgəranda olmuşam
Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.
Martın 6-da Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Qarik Martirosyan sərbəst ifadəsində bəzi məsələləri etiraf edib.
AZƏRTAC xəbər verir ki, o, Birinci Qarabağ müharibəsində Ağdam rayonunda ön postlarda olduğunu etiraf edərək bildirib: "İkinci Qarabağ müharibəsində isə Əsgəran rayonunda olmuşuq. 44 günlük müharibə zamanı da orada olmuşam”.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi martın 10-da davam etdiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 06 Mart 2025 22:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















