Icma.az
close
up
RU
Qarın ağrısı və ishal hansı xəstəliklərin əlaməti ola bilər

Qarın ağrısı və ishal hansı xəstəliklərin əlaməti ola bilər

Icma.az bildirir, Saglamolun portalına istinadən.

Əgər insanda gün ərzində 3 dəfədən artıq defekasiya (bağırsaq boşalması) varsa və yanaşı olaraq xaric olan kütlə duru və formalaşmamışdırsa, bu ishal sayılır.

İshalı yaradan əsas səbəblər nədir?

1. İnfeksiyalar (bakteriya, virus, qurd invaziyaları)

2. Antibiotik mənşəli (geniş təsirli antibiotiklərin uzun müddət ərzində qəbulu)

3. Nevroloji səbəb (stress və s.)

4. Nazik və yoğun bağırsağın xəstəlikləri (bağırsaq limfoması, Çölyak xəstəliyi, 12 barmaq bağırsağı xorası və s.)

5. Qaraciyər, öd kisəsi və mədəaltı vəzi xəstəlikləri

6. Endokrinoloji səbəblər (zob, şəkərli diabet )

7. Bəzi qarın boşluğu əməliyyatlardan sonra (öd daşı əməliyyatı, mədə rezeksiyası) və s.

İshal kəskin və xroniki formada özünü biruzə verir. 3 həftədən artıq davam edən ishal xroniki ishal hesab olunur. İnsan buna çox diqqətli və məsuliyyətli yanaşmalıdır!!!

Xroniki ishal Enteral (Nazik bağırsaq mənşəli ) və Kolitik (Yoğun Bağırsaq mənşəli) olur. Xəstədə ilk növbədə bunu ayırd etmək lazımdır!

Nazik bağırsaq mənşəli ishal zamanı insanda günlük defekasiya sayı az olur (gündə 2-3 dəfə), lakin xaric olan nəcis kütləsinin miqdarı çox olur. Bəzən nəcisdə qida qalıqları aşkar olunur. Yağlı nəcis ifrazı (Steoteroya) müşahidə edilir. Bu hal əsasən mədəaltı vəzin fermentativ pozğunluğu və ümumi öd axarının daşı zamanı rast gəlinir.

Yoğun bağırsaq mənşəli ishal zamanı isə günlük defekasiya sayı çox olur (gündə 4-10 dəfə ), lakin xaric olan nəcisin miqdarı az olur. Həmçinin nəcisdə bol selik, bəzən qan müşahidə edilir.

İshalın digər çox rast gəldiyimiz bir növü "hiperkinetik tipli ishaldır". Bu cür ishal əsasən "Həssas bağırsaq sindromu" olan insanlarda rast gəlinir. Əsas səbəbi psixonevroloji pozğunluqdur. Xəstəliyin  3 əsas əlaməti var:

- qarında göbəkətrafı sancılar

- köp

- ishal.

Praktiki olaraq qeyd edim ki, uzun müddət davam edən ishal "ÇÖLYAK XƏSTƏLİYİ" əlaməti ola bilər! Xəstəliyin digər adı Qlüten enteropatiyasıdır. Qlüten bağırsağa zərərli təsir edən təbii maddədir. Əsasən buğda, arpa, çovdar və yulaf məhsullarında olur. İnsan bu dənli bitkilərin məhsullarından istifadə etdikdə qlüten nazik bağırsaqlara toksiki təsir edir və bağırsağın divarı zədələnir.

Xəstəliyin əsas əlaməti kəskin qarın ağrısı və ishaldır. Bəzən çəki azlığı və anemiya (qanazlığı) da müşahidə edilir.

Bu xəstəlik uşaqlarda daha çox rast gəlinir. Qlüten enteropatiyası xüsusən uşaq süddən kəsilib sıyıqlar, suxarı, çörək və s. bu kimi qidalarla qidalandırılmağa başladıqda yaranır!

Bir sözlə, əgər istənilən şəxsdə xroniki ishal yaranıbsa mütləq bunun səbəbi və mənşəyi araşdırılmalıdır!

Tərlan Qasımov

Qastroenteroloq-İnvaziv Endoskopist

.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see182

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see154

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see144

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see140

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see137

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see132

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see132

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see131

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see128

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see128

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see127

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see126

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see126

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see124

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see123

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see123

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see123

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see122

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri