Icma.az
close
up
RU
Qarın ağrısı zamanı bu vasitələrdən istifadə etməyin! Həkim məsləhəti

Qarın ağrısı zamanı bu vasitələrdən istifadə etməyin! Həkim məsləhəti

Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İnsanlara fiziki və psixoloji təsir göstərən ağrı bir çox xəstəliyin ilkin əlamətidir.

Demək olar ki, ağrı təbabəti inkişaf etdirən amillərdəndir. Təbabətin əsas nailiyyəti ağrının aradan götürülməyi ilə əlaqədardır.

Azertag.az bildirir ki, Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının həkim-qastroenteroloqu İlhamə Əmiraslanova abdominal (qarın) ağrılar barədə universitetin mətbuat xidmətinə məlumat verib.

İ.Əmiraslanova deyib: "Qarında ağrı sindromu, yəni abdominal ağrı kliniki praktikada qarın boşluğunda yerləşən orqanların əksər xəstəlikləri ilə bağlıdır. Abdominal ağrı müxtəlif səbəblərdən yarana bilər. Burada əsas məqsəd ağrını differensasiya etməkdir. Bu narahatçılıq adi köpmə nəticəsində yarandığı kimi ciddi patoloji prosesin simptomu da ola bilər. Adətən bir neçə saniyədən 2-3 dəqiqəyə qədər uzanan ağrı narahatçılığa səbəb olmamalıdır. Bu ağrılar əsasən visseral və somatik olur. Visseral ağrı boş orqanların divarlarında yerləşən sinir uclarının qıcığı nəticəsində əmələ gəlir. Bunlar həmin orqanın spazmı və ya genişlənməsi ilə bağlı ola bilər. Bu ağrıların intensivliyi və yayılma xarakteri müxtəlifdir. Somatik ağrı isə onurğa beynindən çıxan peritonu innervasiya edən sinir uclarının qıcıqlanması nəticəsində meydana çıxır. Visseral ağrılara əks olaraq somatik ağrılar mütəmadi, müəyyən lokalizasiyalı, peritonun ön divarının əzələ gərginliyi ilə müşayiət olunur, kəsici xarakter daşıyır, hərəkət və tənəffüs zamanı artır.

Qarın ağrısına səbəb olan narahatlıqlar və patoloji hallar bir sıra xəstəliklərlə əlaqəlidir. Bura qarın boşluğu orqanları, mədə və 12-barmaq bağırsaq, qaraciyər, öd yolları, mədəaltı vəz, bağırsaqlar və dalağın funksional və ya orqanik xəstəlikləri, eləcə də qida toksikoinfeksiyası, peritonun iltihabı, zədələnməsi, böyrək və sidik yollarının xəstəlikləri, qarın boşluğunda yerli arterial qan dövranının pozulması, bəzi sinir sisteminin, onurğa sütununun və birləşmə toxumanın diffuz xəstəlikləri, revmatizm kimi problemlər aiddir.

Qarında yaranan patologiyalardan ən çətin müalicə olunan və eyni zamanda ağrı verməyən xərçəng xəstəliyidir.

Qarın ağrısı zamanı ağrıkəsicilərdən, isidicilərdən, imalələrdən qəti istifadə etmək olmaz. Belə ki, bu simptomun həkim müayinəsindən əvvəl aradan götürülməsi səhv diaqnozun qoyulmasına və ciddi fəsadlara səbəb ola bilər. Lakin bunun əksinə ağrı hiss olunduqda buz tətbiq etmək olar.

Ümumiyyətlə qarın nahiyəsində ağrı hiss etdikdə ilk növbədə həkimə müraciət etmək məsləhətdir".

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see254

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see201

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see164

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see145

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri