Qarın ağrısıyla xəstəxanaya getdi, 7 aylıq hamiləliyi üzə çıxdı
Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Böyük Britaniyada qarın ağrısı səbəbiylə həkimə gedən 25 yaşlı qadın yeddi aylıq hamilə olduğunu öyrənib.
Lent.az xarici mediaya istinadla bildirir ki, 2023-cü ilin avqustunda Bez Krouder çoxdan gözlənilən oğlu Brodini dünyaya gətirib. O, başqa uşağa hamilə qalmazdan əvvəl iki il gözləməyi planlaşdırıb, lakin hər şey başqa cür olub. Qadın doğuşdan 8 ay sonra qarnında ağrılar hiss etməyə başlayıb və bununla bağlı xəstəxanaya müraciət edib. Həkimlər Krouderi müayinə edərkən onun hamilə olduğu ortaya çıxıb.
Krouder etiraf etdiyi kimi, bu onun üçün sürpriz olub. O, heç bir simptom hiss etməyib. Qadının sözlərinə görə, qarın yalnız hamiləliyinin səkkizinci ayında nəzərə çarpmağa başlayıb. Krouder ikinci övladını belə tez dünyaya gətirə biləcəyindən narahat idi. Üstəlik, pulla bağlı çətinlikləri olub. Onun sözlərinə görə, o, maaşla dolanır və ardıcıl olaraq ikinci analıq məzuniyyətini düşünməyib.
İyul ayında Krouder gözləmədiyi ikinci oğlunu dünyaya gətirdi və ona Beyli adını verdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 06 Dekabr 2024 15:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















