Icma.az
close
up
RU
Qarın köpü. Meteorizmin səbəb və növləri

Qarın köpü. Meteorizmin səbəb və növləri

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Yeməkdən sonra yəqin ki, bir çox insan köplə rastlaşır. Tibb elmində bunun adı meteorizmdir.   

Köpün yaranma səbəbi pis həzm olunmuş qidanın mədədən bağırsağa keçməsidir. Çünki bağırsaqda böyük miqdarda qazın yaranması ilə nəticələnir.

Beləcə, qarın yaranan qazlar, maye və fekal kütlə səbəbindən şişir (köp yaranır) . Yeməkdən sonra qarın köpü, onun səbəbi və müalicəsi, bu məqalədə bu məsələlərdən bəhs ediləcək.

Orta yaşlı insanların bağırsağından hər gün 700 ml qaz çıxır. Qalan qaz isə bağırsaq divarından keçir. Qaz bağırsaqda əsasən atmosferdəki havanın udulması, mikroorqanizmlərin yaranması, qan damarlarından sızma nəticəsində yaranır.

Sağlam orqanizmdə qaz bağırsaqdakı plazmada olan stabil təzyiq hesabına sanlıqla qan və bağırsaq arasında dövr edir. Qazın bir hissəsi qan tərəfindən sovrulur və ağ ciyər vasitəsilə ifraz edilir.

Qida qəbulundan sonra qarın köpünün fizioloji səbəbləri aşağıdakılardır:

- Qaz yaranmasına səbəb olan qida qəbulu,

- Həddən artıq yemək,

- Yemək zamanı tələsmək, siqaret çəkmək, danışmaq-bu zaman hava qəbul edilir və mədəyə ötürülən havanın 30 faizi bağırsağa düşür,

- Mədə yanmasına görə soda qəbulu,

- Qazlı suları çox qəbul etmək,

- Adət edilən rasionu dəyişmək (başqa ölkəyə səfər),

- Hamiləlik.

Aşağıdakı qidaları isə qaz yaranmasını sürətləndirən qidalar siyahısına daxil etmək olar:

- Süd və dondurma,

- Dənli bitkilər, çörək, düyü sıyığından başqa digər sıyıqlar,

- Lobya, paxlalı bitkilər, qarğıdalı, soya məhsulları,

- Qoz, yerfıstığı, fındıq, keşyu,

- Kələm və çuğundur, soğan,

- Göbələk,

- Ananas, üzüm, armud və şaftalı.

Qarının patoloji köpünün səbəbləri aşağıdakılar ola bilər:

- Disbakterioz,

- Həssas bağırsaq sindromu,

- Polip, bitişmələr, divertikul, bağırsaqda bəd və xoşxassəli şişlər,

- Qastrit və mədə xorası,

- Xroniki pankreatit,

- Kron xəstəliyi,

- Bağırsaq qripi.

Nevrotik və allergik meteorizm də patologiyaya aid edilir. Qida qəbulu zamanı yaranan köp orqanizmdə gelmint və infeksiya səbəbindən ola bilər.

Meteorizmin bir neçə növü var:

- Alimentar - Qazlı su, pivə, un məhsulları, meyvələri həddən artıq qəbul edəndə yaranır,

- Dinamik - Bağırsaq dinamikası və qidanın həzmolma sürəti pozulanda yaranır. Adətən mədə-bağırsaq sistemində keçirilən əməliyyatlardan sonra üzə çıxır.

- Psixogen - uzun müddət davam edən stressdən sonra yaranır.

- Digetstiv - Həzm prosesi pozulanda yaranır.

- Disbiotik - Bağırsağın mikroflorası dəyişəndə yaranır və qastrit, pankreatit üçün xarakterikdir.

- Mədə-bağırsaq orqanlarının xəstəliyi arasında əlaqə var. Bu səbəbdən bir sıra müayinələrdən keçmək, sizi narahat edən patologiyanın səbəbini müəyyən etmək lazımdır./milli.az

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see367

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see308

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see290

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see264

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see254

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see248

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see237

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see231

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see223

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see222

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see214

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see203

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see191

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see187

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see186

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see182

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see178

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see165

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri