Icma.az
close
up
RU
Qarında qurultu: aclıqdan, yoxsa xəstəlikdən? Hansı halda həkimə getməli

Qarında qurultu: aclıqdan, yoxsa xəstəlikdən? Hansı halda həkimə getməli

Saglamolun saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qarında qurultu həzm sistemində əmələ gəlmiş qaz və havanın bağırsaq peristaltikası nəticəsində dövr etməsidir.

Qurultu üçün yer, vaxt, aclıq, yemək, az, çox fərqi yoxdur. Onun qarşısını insan ala bilmir. Çox insan deyir aclıqdan qarın quruldayır. Amma elə insan var, elə yeməkdən sonra qurultu başlayır. Medicina.az xəbər verir ki, əgər qarından səs nadir halda, az və zəif olarsa, bu aclıqdan ola bilər. Əgər qurultu tez-tez və möhkəmdirsə, deməli, siqnaldır. İnsanı narahat edən bu anomal gurultunun çarəsini qastroenteroloqla birgə tapmaq lazımdır.

– Yemək yedikdən sonra qurultunun səbəbi: bir neçə saat aclıqdan sonra dərhal çox və ağır yemək qəbul etdikdə, bağırsaqlar yüksək aktivliklə işləyir. Peristaltika sürətləndikcə qazlar da çox dövr edir və qurultu yaranır.

– Bundan başqa, yağlı, ağır yeməyin həzmi üçün bakteriyaların dəstəyi lazımdır, bakteriyalar çoxaldıqca da qazlar çoxalır.

– Yemək zamanı çox hava udmaq. Tələskən yeyənlərdə, ayaqüstü qidalanmada, danışaaq yeyəndə mədəyə çox miqdar hava da daxil olur. Həmçinin əsəbi, stresli insanlar da artıq hava udurlar. Bu zaman hava qarında burulğan yaradır. Saqqız çeynəmək də çox hava udmağa səbəb olur.

– Qazların yaranması: Mədədə qida pepsin fermenti vasitəsilə həll olunur, bu da turş mühitdə baş verir. Qida kütləsi mədədən bağırsağa ötürüləndə artıq turşu neytrallaşmalııdr. Əgər bir insanda turşu sintezi yüksəkdirsə, onu tam neytrallaşdırmaq mümkün deyil. Bu zaman CO2 adlı qaz əmələ gəlir, o bağırsaqlara keçərək, qurultu yaradır.

– Aşağı, yoxsa yuxarı? Əgər qaz mədədə, 12 barmaq bağırsaqda dövr edirsə, o zaman qarında burulğan və qurultu qarının yuxarı hissəsində, döş qəfəsinə yaxın hissələrdə hiss olunacaq. Əgər qurultu, qaz dövrü qarının aşağı hissəsində hiss olunursa, deməli qazlar nazik və düz bağırsaqda daha çox toplanır.

– Bakteriyalar da günahkardır. Bağırsaqlarda yaşayan bakteriyalar da qazların yaranmasında rol oynayır. Hesablamalara görə, 12 barmaq bağırsaqda bir dəfə yemək qəbulundan sonra 4 litr CO2 qazı yığılır. Turşuluq aşağı, zəif olanda bu qaz daha da artır və zərərli mikroorqanizmlər mədədə məhv edilmir. Bu adamlarda bakteriya və göbələklər o qədər çoxalır ki, mikrloflora və balans pozulur.

– Yatanda, yoxsa gəzəndə?

Əgər sizdə gurultu yalnız uzananda, yatanda eşidilirsə, o zaman öd axarı, öd dövranı pozulub, həzm normal getmir.
Əgər həm uzananda, həm ayaq üstdə qurultu varsa, siz tam müayinə olunub, həzm sistemini yoxlatmalısız.

– Hansı qidalar qurultu yaradır?

Ən sağlam insan belə bir oturuma çox miqdarda meyvə və ya şirniyyat qəbul edirsə, normadan artıq qaz yaranacaq və qarında gurultu qaçılmazdır. Çox şəkər və şirniyyat bağırsaq mikroflorasını pozur, maya göbələkləri yaradır ki, bu da bağırsaqlarda çox qaz toplayır.

– Qazlı içki, alkoqol, pivə – artıq qaz yaradır.

Bəs hansı xəstəliklərdən qarın quruldayır:

– Sinir sistemi xəstəlikləri

– Qıcıqlanmış bağırsaq sindromu

– Nevroz, psixi pozuntular

Güclü həyəcan, stress vaxtı mədə şirəsi ifrazı artır, bağırsaq hiperaktiv olur, spazmlar qurultu verir

– Mədə-bağırsaq sisteminin kəskin və xroniki xəstəlikləri-qastrit, xora, pankreatit, xolesistit, hepatit, öd yolları diskineziyası, öd daşı və s.

– Bakteriya və göbələklərin çoxalması

– Qida allergiyası

– Ferment çatışmazlığı

Əgər qarında qurultu aylarla davam edirsə, yanaşı olaraq köp, diareya, ürəkbulanma, qarında sancı varsa terapevt və qastroenteroloqda müayinə olunun.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 18 Noyabr 2024 06:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see245

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see196

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see143

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri