Icma.az
close
up
RU
Qarının başını əzdilər, boğdular, su quyusunda izini itirdilər

Qarının başını əzdilər, boğdular, su quyusunda izini itirdilər

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün, sentyabrın 23-də Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə 1986-cı il təvəllüdlü Aypara Əsgərova və 1987-ci il təvəllüdlü Firuzə Seyidovanın cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək.

Müttəhimlər kürsüsünü bölüşən hər iki qadın tamah məqsədi ilə qəddar qətldə itttiham olunurlar.

Müttəhimlərin hər birinin 3 övladı var. Onlar bu ilin aprelində yaşadıqları Şərur rayonunun Oğlanqala kəndində 75 yaşlı Zeynəb İsmayılovanın başını əzməklə, sonradan isə boğmaqla qətlə yetirməkdə suçlandırılırlar.

Moderator.az Musavat.com-a istinadən xəbər verir ki, həbsdə olan hər iki qadına qarşı tamah məqsədi ilə qəsdən adam öldürmə maddəsilə ittiham irəli sürülüb.

İş üzrə hazırlıq iclasında Aypara Əsgərova ittiham üzrə özünü təqsirli bilib.

Firuzə Seyidova isə ittihama münasibətini açıqlamayıb, susmaq hüququndan istifadə edib.

İş üzrə 25 nəfər Oğlanqala kənd sakini şahid qismində tanınır. Bu gün keçiriləcək prosesdə şahidlər sərbəst ifadə verəcəklər.

Qanlı qətlə gəlincə, hadisə bu il aprelin 19-da baş verib. Şərurun Oğlanqala kəndində sakinlər sonuncu dəfə belə qəddar qətlin nə zaman törədildiyini xatırlamırlar. Həmin gün kəndə 1950-ci il təvəllüdlü Zeynəb İsmayılovanın itkin düşməsi xəbəri yayılıb. Bu barədə Şərur Rayon Polis İdarəsindən daxil olmuş məlumat əsasında araşdırmalar başlanıb. Lakin kənddə Zeynəb İsmayılovanın izi-tozu belə tapılmayıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, Zeynəb İsmayılova mənzilində tək yaşayıb, imkanları da pis olmayıb. Ona görə də qonum-qonşular ondan tez-tez borc alıblar. Pulqabısı daim boynundan asılı gəzən Zeynəb İsmayılova ondan borc istəyənlərə rahatlıqla borc verirmiş. Pulqabısında 4-5 min manat pul olurmuş. Aypara Əsgərova da bunu bilirmiş. Hadisədən bir neçə gün öncə rəfiqəsi Firuzə Seyidova ilə söhbət edərkən Aypara Əsgərova maddi vəziyyətlərinin çətin olmasından danışıb. 3 min 700 manat borcunun olduğunu deyib. Firuzə Seyidova da maddi durumunun çətinliyindən şikayətlənib.

Söhbət əsnasında Aypara Əsgərova Firuzə Seyidovaya deyib ki, bir müddət əvvəl Zeynəb İsmayılova onlara gəlib. Özündə 8 min manat pul olduğunu, həmin pulu banka qoymaq niyyətində olduğunu deyib. Onun qayınatasından xahiş edib ki, bu işdə ona kömək etsin. Lakin qayınatası bundan imtina edib. Aypara Əsgərova Zeynəb İsmayılovanın vaxtaşırı onlara gələrək paltaryuyan maşından istifadə etdiyini, növbəti gəlişində onun pullarını əlindən alacağını bildirib.

Qəddar plandan xəbərsiz olan Zeynəb İsmayılovaya aprelin 18-də Aypara Əsgərovanın evinə gəlib, paltarlarını yumaq istədiyini deyib. Aypara Əsgərova isə ona növbəti gün gəlməsini tapşırıb.

Bundan sonra Aypara Əsgərova yaşadığı evdəki alətlər yığılan sandıqdan dəmir lingi və çəkici seçərək paltaryuyan maşının olduğu otaqda gizlədib. Səhəri gün Zeynəb İsmayılova onu gözləyən aqibətdən xəbərsiz Aypara Əsgərovanın mənzilinə gəlib.

Zeynəb İsmayılova paltarlarını maşınına atıb və 1 saatlıq yuma rejiminə qoyub. Paltaryuyan maşının dayanmasına az qalsa da, Aypara Əsgərovanın uşaqları ona qəddar cinayəti törətməyə mane olublar. Buna görə də övladlarını həyətdə topla oynamağa göndərib, daha sonra Firuzə Seyidovanı evinə çağırıb. Zeynəb İsmayılova əyilib paltaryuyan maşından paltarlarını götürərkən arxadan çəkic və linglə başına ardıcıl zərbələr endiriblər. Zavallı qadın aldığı xəsarətlərin təsirindən yerdə xırıldayıb çabalamağa başlayıb.

Aypara Əsgərova da evdən qara rəngli yastıq və adyal gətirib, Zeynəb İsmayılovanın ağzına sıxıb, nəfəsini kəsməklə ölümünü tezləşdirib. Bundan sonra Zeynəb İsmayılovanın yaxasına qırmızı lentlə bağladığı torbanı açıb götürüblər.

Həmin vaxt torbanın içində 8 min manat pul, ümumilikdə 3 min manat dəyərində olan 3 dəst qızıl boyunbağı olub. Bundan sonra Zeynəb İsmayilovanın yudurtmaq üçün gətirdiyi paltarları, pul kisəsini, qırmızı lenti və meyitini adyalın içərisinə qoyaraq hamam otağına sürüyüb aparıblar.

Uşaqları meyiti görməsinlər deyə Aypara Əsgərova övladlarını Şərurun Qarxun kəndində yaşayan keçmiş ərinin evinə aparıb. Qayıdıb gəldikdən sonra isə Firuzə Seyidovanı evinə çağıran Aypara Əsgərova meyiti gizlətmək üçün hərəkətə keçib, onu həyətində olan su quyusuna atıb. Zeynəb İsmayılovaya məxsus pulu və qızıl-zinət əşyalarını bölüşdürüblər.

Cinayətin izini itirmək üçünsə müxtəlif söhbətlər yayıblar. Guya Zeynəb İsmayılova digər qonşuları Aytənin evindən çıxdığını, kəndin yuxarı tərəfinə getdini görüblər. Zeynəb İsmayılovanın itkin düşməsindən sonra hüquq-mühafizə orqanları onun tapılması üçün axtarışa başlayıblar. Bütün qonşuları sorğulayan istintaqçılar öyrəniblər ki, Zeynəb İsmayılova itkin düşən axşam Aypara Əsgərova mağazalara olan 3 min manata qədər borcunu qaytarıb. Bu məqam istintaqçıların cinayətin izinə düşməsinə imkan verib. Lakin Aypara Əsgərova Zeynəb İsmayılovanı görmədiyini, onun hara getməsindən məlumatsız olduğunu deyib, bunda israr edib.

İstintaqçılar əraziyə it gətirib, Zeynəb İsmayılovanın evindən götürülən paltarlardan iy götürən it istintaqçıları birbaşa Aypara Əsgərovanın həyətindəki su quyusunun üstünə aparıb. Orada itin dayanıb quyunun qapağına hürməsi Zeynəb İsmayılovanın orada olması versiyasını nəzərdə keçirməyi zəruri edib. 10 metrdən çox dərinliyi olan quyuya Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının köməyi ilə baxış keçirilib. Quyunun dibində qadın meyiti aşkar olunub.

Məhkəmə tibb ekspertizası zamanı qarının kəllə sümüyünün, xüsusilə gicgah nahiyəsinin çoxsaylı qəlpəli yaralarını təsbit edilib. Bu xəsarətlər isə ölümcül hesab edilir.

Elə həmin gün Aypara Əsgərova saxlanılıb, o, qəddar cinayəti qonşusu Firuzə Seyidova ilə planlaşdırıb həyata keçirdiklərini etiraf edib. Bundan sonra Firuzə Seyidova da saxlanılaraq istintaqa cəlb olunub.

Məlum olub ki, Aypara Əsgərova ələ keçməsəydi, 1 gün sonra Türkiyəyə qaçmaq niyyətində olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:208
embedMənbə:https://moderator.az
archiveBu xəbər 23 Sentyabr 2025 09:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see382

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see364

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see305

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see295

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see293

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see289

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see285

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see269

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see245

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see236

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see230

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see229

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see227

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see225

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see221

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see220

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see203

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see189

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri