Icma.az
close
up
RU
Qarışıq nikahların sayı artır

Qarışıq nikahların sayı artır

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Bu meyil milli genefondu dəyişə bilərmi?

Son illər ölkəmizdə başqa xalqların nümayəndələri ilə ailə quranların sayı artıb. Bu ilin 9 ayında Azərbaycan vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında 1 570 nikah bağlanıb.

Ədliyyə Nazirliyindən verilən məlumata görə, onlardan 858-i Azərbaycan vətəndaşı olan kişi, 712-si isə qadındır. Onu da qeyd edək ki, bir neçə il öncə əcnəbilərlə evliliklərdə əsasən Azərbaycan kişiləri üstünlük təşkil edirdisə, indi qadınların sayı onlara yaxınlaşıb. Statistikaya əsasən, nikahların çoxu Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Pakistan vətəndaşları ilə bağlanıb.

Ən çox müzakirə doğuran məqamlardan biri “genefondun dəyişməsi” təhlükəsidir. Bu iddianın tərəfdarları hesab edirlər ki, əcnəbilərlə evliliklər milli kimliyimizi, dilimizi və mədəni dəyərlərimizi zaman-zaman unutdura bilər. Maraqlıdır, həmyerlilərimizin əcnəbilərlə getdikcə daha çox ailə qurmasının səbəbi nədir? Artmaqda olan bu evliliklər, doğrudan da, demoqrafik balansın pozulmasına və milli adət-ənənələrimizin dəyişməsinə gətirib çıxara bilərmi?

10 ildən çoxdur Türkiyə vətəndaşı ilə nikahda olan həmsöhbətimiz Fatimə İsayeva dedi:

– Həyat yoldaşım Halitlə sosial şəbəkədə tanış olmuşam. Bir müddətdən sonra onun xasiyyətini o qədər bəyəndim ki, evlilik təklifini tərəddüdsüz qəbul etdim. Bu gün verdiyim qərara görə peşman deyiləm.

7 ildir ukraynalı xanımla ailə quran Natiq Rzayev də həyatından razı olduğunu söylədi:

– Məncə, problem başqa millətdən olan birisi ilə ailə qurmaqda deyil, problem insani hisslərdə, əxlaq və tərbiyədədir. Hər yenilik cəsarət istər, mən də qorxmadım və peşman olmadım.

Ekspertlərin fikrincə, belə evliliklərin çoxalmasına səbəb son dövrlər xaricdə təhsil alan və çalışanların sayının əhəmiyyətli dərəcədə artmasıdır. Bu isə onların müxtəlif millətlərdən olan insanlarla daha çox ünsiyyətdə olmalarına, nəticədə ailə qurmalarına gətirib çıxarır. Bundan əlavə, sosial media, beynəlxalq proqramlar, eləcə də turizm əlaqələri insanların fərqli millətlərdən olan şəxslərlə tanışlığını asanlaşdırıb. Bəziləri isə düşünür ki, əcnəbilərlə nikah həm dövrün tələbi, həm də iqtisadi problemlər və psixoloji amillərlə əlaqədardır. Mülki vətəndaşlar arasında əlaqələrin genişlənməsi və ölkəmizin beynəlxalq aləmə inteqrasiyası bu cür nikahların sayının artırır.

Həmsöhbətim psixoloq Vəfa Fazilova qarışıq nikahlara səbəb olan bir neçə amili misal gətirdi:

– Müasir dövrün tələbi ilə təhsil və iş imkanlarının artması, səyahətlərin, beynəlxalq layihələrin çoxalması nəticəsində fərqli mədəniyyətlərdən olan insanlar bir-biri ilə daha sıx münasibət qururlar.

Bu da, təbii olaraq, emosional və mədəni əlaqələrə çevrilir. Burada seçimlər artıq “millətə görə” deyil, daha çox düşüncə tərzinə, emosional və intellektual uyğunluğa görə edilir. Bəzi hallarda isə bu evliliklər qadının emosional təhlükəsizlik, dəyər görmək və şəxsiyyətinə hörmət ehtiyacı ilə bağlı olur. Yəni qadın yerli mühitdə bu hissləri tapmadığı halda onu başqa mədəniyyətlərdə axtarır.

Qızlarımız, xanımlarımız daha çox cazibəli, istiqanlı, ailəcanlı, şəfqət və incəliyi ilə seçilirlər. Əcnəbilərin əksəriyyətini bu xüsusiyyətlər cəlb edir. Çünki bir çox Qərb mədəniyyətlərində qadın və kişi rolları daha sərt, fərqlənməz hala gəlib. Qadınlarımız baxımlılığı, geyim tərzi ilə diqqət çəkir. Bəzən isə fərqli mədəniyyətdən olan insanları elə fərqlilik cəlb edir.

Gənc nəsil artıq yeni dəyərlərlə böyüyür – sərbəst düşünür, fərqli mədəniyyətlərə açıqdır. Onlar sevgini qarşılıqlı anlayışda görürlər. Bu səbəbdən qadınlar çox vaxt münasibətdə “hakimiyyət” deyil, “harmoniya” istəyirlər. Əlbəttə ki, artan belə evliliklər bir tərəfdən müasir dünya ilə uyğunlaşmanı göstərsə də, digər tərəfdən bəzi risklər daşıyır.

Psixoloq onu da qeyd etdi ki, milli mentalitet baxımından zəngin adət-ənənələrimiz, ailə dəyərlərimiz fərqli mədəniyyətlərin təsiri ilə dəyişə bilər. Təbii ki, bəzi dəyişikliklər qaçılmazdır. Əsas odur milli ailə və mənəvi dəyərlərimiz qorunsun.

Sosioloq Naib Niftəliyev isə dedi ki, belə evliliklərin çoxalması demoqrafik balansın dəyişmə riskini artıra bilər:

– Ailə qurub xaricə gedənlərin müəyyən qismi orada məskunlaşır və demoqrafik struktur dəyişir. Statistikaya görə, daha çox xanımlar xarici vətəndaşlarla ailə qurur; bu nisbət, təxminən, birə üçdür. Türkiyə və qismən Pakistan bu prosesdə ön sıradadır, postsovet ölkələrində isə göstərici bir qədər aşağıdır. Son illərdə azərbaycanlı xanımların Türkiyə vətəndaşları ilə evliliyi kütləviləşib, bu isə demoqrafik və gender balansı baxımından arzuolunan deyil.

Sosioloqun sözlərinə görə, qarışıq nikahlar genetik saflığı, dil, mədəniyyət və milli kimliklə bağlı münasibətləri dəyişə, qloballaşmanı sürətləndirə bilər:

– Bunun qarşısını almaq üçün milli ailə modelinin təbliği, ailə institutunun sosial-iqtisadi dəstəklənməsi və yerli ailələrə güzəştlərin göstərilməsi vacibdir. Qloballaşma dövründə qarışıq ailə modeli dünyada üstünlük qazanır və buna hazır olmaq lazımdır. Burada əsas mexanizm məsələnin milli maraqlar çərçivəsində həllidir ki, bu da ailə siyasətinin vacib amildir. Düşünürəm ki, düzgün ailə siyasəti və rasional yanaşmalarla bu məsələlərin həlli mümkündür.

Sosioloq Üzeyir Şəfiyev isə mövzuya başqa bir yöndən yanaşdı:

– Keçmişdə belə bir fikir formalaşmışdı ki, Azərbaycan kişisi başqa millətdən olan qadınla evlənməz, Azərbaycan qadını da əcnəbi kişi ilə ailə qurmaz. Bu, əslində, ənənəvi cəmiyyətin qoruyucu miflərindən biri idi. Lakin zamanla cəmiyyətin qapalı xarakteri dəyişdi, liberal dəyərlərin təsiri artdı. Xarici ölkələrlə əlaqələr genişləndi, internet və sosial media insanların dünyagörüşünə təsir edərək mədəni sərhədləri aradan qaldırdı. Bunun nəticəsində cəmiyyətin fərd üzərindəki nəzarəti xeyli azaldı, sosial stereotiplər və arxetiplər funksionallığını itirdi. İnsanlar daha çox fərdi, bəzən isə eqosentrik və liberal seçimlər etməyə başladılar.

Statistika göstərir ki, bu gün Azərbaycan qadınları da əcnəbilərlə nikah bağlamaqda kişilər qədər meyilli olublar. Əcnəbilərlə ailə qurmağın müxtəlif səbəbləri var. Onlardan biri xarici ölkədə daimi yaşamaq, orada oturum və ya vətəndaşlıq əldə etmək istəyidir. Digər səbəb isə seçim azadlığı ilə bağlıdır. İnsanlar artıq kiminlə evlənəcəklərinə dair qərarı daha çox öz istəklərinə əsasən verirlər, ictimai rəyə o qədər də bağlı deyillər. İmkanlı xaricilərlə ailə qurub maddi durumunu yaxşılaşdırmaq istəyənlər də olur.

Sosioloq bu tendensiyanın müəyyən mənada narahatedici cəhətlərinin də olduğunu vurğuladı:

– Düşünürəm ki, əcnəbilərlə evliliklərin artması çox da ürəkaçan hal deyil. Bu proses dinamik şəkildə yüksələrsə, gələcəkdə xoşagəlməz hal yarana bilər. Burada bir neçə təhlükə var. Əvvəla, genefondun qorunması baxımından müəyyən təhlükə gözlənilir. Çünki əcnəbilərlə qurulan ailələrdə tərbiyə, dəyərlər sistemi və ailədaxili münasibətlər fərqli olur. Nəticədə, ailə institutumuz özünəməxsus xüsusiyyətlərini, milli özəlliyini itirə bilər.

Mütəxəssislərdən bəziləri hesab edir ki, genefond təkcə bioloji deyil, həm də mədəni, mənəvi və sosial anlayışdır. Əgər ailə sağlam əsaslara qurulubsa, uşaqlar Azərbaycan dilində tərbiyə alırsa və milli kimliklə böyüyürsə, burada təhlükədən çox, mədəni zənginlikdən danışmaq olar.

Bütün bunlar onu deməyə əsas verir ki, milli mentaliletin min illər boyu hifz etdiyi özünəməxsus adət-ənənələrimiz bu gün yavaş-yavaş dəyişikliyə uğrayır. Görünən odur ki, sivilizasiyalar, mövcud siyasi, iqtisadi, mədəni və sosial durum digər xalqlar kimi azərbaycanlılardan da təsirsiz ötüşmür.

Elenora HƏSƏNOVA
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Oktyabr 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın NATO ölkəsi olan Polşaya hücum etmək ehtimalı çox aşağıdır

17 İyul 2026 13:00see485

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see315

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see251

İlyas Yalçıntaş həbs edildi

17 İyul 2026 06:41see231

KVN nin rejissoru vəfat etdi

17 İyul 2026 17:14see215

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see214

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see212

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see179

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see176

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see173

Arayikgilin çıxışları başa ÇATDI

17 İyul 2026 21:25see170

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see169

SEPAH İranın cənubunda MQ 9 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

18 İyul 2026 06:37see168

ADNSU gənc alimləri işə dəvət edir 3500 manatadək maaş TƏKLİFİ FOTO

17 İyul 2026 20:27see164

“Atalanta” Edersonla müqaviləni uzadıb

18 İyul 2026 01:49see163

DÇ 2026: Finalın hakimləri açıqlandı

17 İyul 2026 08:20see162

Məhəmməd Salah və “Beşiktaş” əməkdaşlıq şərtləri barədə razılığa gəliblər

18 İyul 2026 06:19see159

Joni Montiel “Qarabağ”ın heyətindən çıxarıldı

17 İyul 2026 17:16see154

İran İraq Kürdüstanındakı ABŞ bazalarına zərbələr endirdiyini açıqlayıb

18 İyul 2026 03:35see153

Ana və qızı eyni anda məzun oldular: Mən onun qədər çox oxumamışam VİDEO

17 İyul 2026 06:10see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri