Icma.az
close
up
RU
Qarlı ərazidə batan maşını necə çıxartmaq olar? Sürücülərə TÖVSİYƏ

Qarlı ərazidə batan maşını necə çıxartmaq olar? Sürücülərə TÖVSİYƏ

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qarlı və palçıqlı hava şəraitində avtomatik ötürücülü avtomobillərin ilişib qalması sürücülər üçün tanış problemdir. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, belə hallarda qaz pedalını sona qədər basmaq çıxış yolu deyil, əksinə, ötürücü sistem üçün ciddi və baha başa gələn nasazlıqlara səbəb ola bilər.

Avtosfer.az xəbər verir ki, avtomobil palçıqda və ya qarda ilişdikdə sürücülərin instinktiv olaraq qazı artırması təkərlərin sürüşməsini daha da gücləndirir. Fizika qanunlarına görə, yüksək sürətlə fırlanan təkərlər altındakı qarı əridir, yaranan su isə dərhal buz qatına çevrilir. Nəticədə avtomobil daha sürüşkən və dərin bir çuxura “oturur”.

Ən böyük risk isə avtomatik transmissiyalarda yaranır. Mexaniki ötürücüdə muftanın yanma qoxusu sürücüyə xəbərdarlıq etsə də avtomatik ötürücülər səssiz şəkildə sıradan çıxır. İlişib qalmış avtomobildə bir təkərin boş fırlanması diferensial daxilindəki dişlilərə və yağ sisteminə həddindən artıq yük salır. Bu isə diferensialın, ötürücü valların və hətta transmissiya korpusunun sıradan çıxması ilə nəticələnə bilər.

Xüsusilə CVT tipli ötürücülər belə hallara daha həssas hesab olunur. Təkərin qəfil bərk səthlə təması zamanı yaranan zərbə kəmərin və ya dişlilərin zədələnməsinə səbəb olur. Klassik avtomatik ötürücülərdə isə fırlanma anı çeviricisində yağın həddindən artıq qızması sürtünmə lövhələrinin yanmasına və sonradan ötürmədə sarsıntıların yaranmasına gətirib çıxarır.

Mütəxəssislər bildirirlər ki, qarda və ya palçıqda ilişib qaldıqda ən doğru addım sakit qalmaq və avtomobili “yelləmə” üsulu ilə çıxarmağa çalışmaqdır. Ötürücü rejimləri yalnız avtomobil tam dayandıqdan sonra dəyişmək, qazı az vermək, ehtiyac olduqda ESP sistemindən düzgün istifadə etmək tövsiyə olunur. Təkərlərin altına rezin ayaqaltı, qum və ya dartmanı artıran materialların qoyulması da kömək edə bilər.

Qısa desək, qarlı havada bir anlıq panika və artıq qaz, sürücüyə sonradan minlərlə manatlıq təmir xərci kimi qayıda bilər. Avtomatik ötürücülü avtomobillərdə səbr və düzgün texnika ən ucuz və təhlükəsiz çıxış yoludur.

Eltac Zülfüqaroğlu

Oxunub 0

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 29 Yanvar 2026 21:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see313

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see313

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see312

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see306

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see289

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see273

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see269

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see264

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see262

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see259

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see257

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see256

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see252

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see250

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see240

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see236

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see229

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see209

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri