Icma.az
close
up
RU
Qarlı günlərin ən dadlı dostu: Xəngəl və düşbərənin faydaları

Qarlı günlərin ən dadlı dostu: Xəngəl və düşbərənin faydaları

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qış fəslinin gəlişi ilə birlikdə süfrələrimiz də dəyişir. Xüsusilə qar yağanda azərbaycanlıların ağlına ilk gələn yeməklərdən biri xəngəl və düşbərədir. Bu iki ənənəvi xəmir xörəyi soyuq havada həm dadlı, həm də doyumludur.

Bəs görəsən, qarlı havada bu yeməkləri yeməyin sağlamlığa təsiri nədir? News24.az qar yağanda xəmir xörəyi yeməyin faydalarını araşdırıb:

Soyuq havada orqanizm daha çox enerji sərf edir. Temperatur aşağı düşdükcə bədən öz istiliyini qorumaq üçün əlavə kalori yandırır. Xəngəl və düşbərə kimi yeməklər isə karbohidrat və zülalla zəngin olduğu üçün bədənə enerji verir. Bu, xüsusilə açıq havada çox vaxt keçirən insanlar üçün vacibdir.

Bu yeməklərin içərisində olan ət orqanizmin protein ehtiyacını qarşılayır. Mal və ya qoyun əti bədəni gücləndirən, immun sistemini möhkəmləndirən dəmir və B qrupu vitaminləri ilə zəngindir. Bu vitaminlər qış aylarında yorğunluğun və halsızlığın qarşısını almağa kömək edir.

Eyni zamanda, xəmirin tərkibindəki karbohidratlar enerji mənbəyi kimi çıxış edir. Xəngəl və düşbərə kimi yeməklər isti halda istehlak edildikdə, orqanizmi isinməyə kömək edir. Xüsusilə düşbərənin bulyonu soyuqdəymə və qripin qarşısını almaqda faydalıdır.

Buna baxmayaraq, qış aylarında bu yeməkləri həddindən artıq istehlak etmək çəki artımına səbəb ola bilər. Xüsusilə az hərəkət edən insanlar üçün çox miqdarda xəmir yemək maddələr mübadiləsini ləngidə bilər.

Həmçinin, yeməklərin yanında mütləq tərəvəz salatları və qatıq kimi həzmi asanlaşdıran məhsullar yeyilməlidir. Əgər sağlam qidalanmaya diqqət yetirirsinizsə, yeməyi az yağlı və az duzlu şəkildə hazırlamaq daha faydalıdır.

Xəngəl və düşbərə soyuq havada həm qidalandırıcı, həm də enerjiverici yeməklərdir. Düzgün porsiya və balanslı qidalanma ilə bu ləzzətli xörəklər həm qışın soyuğunu unudacaq, həm də bədəninizin güclü qalmasına kömək edəcək. O səbəbdən, qar yağan günlərdə bir boşqab isti düşbərə və ya xəngəl süfrənizə rəng qata bilər. /yenisabah.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://news24.az
archiveBu xəbər 22 Fevral 2025 08:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri