“Qarnaço “Çelsi”ni utancverici məğlubiyyətdən xilas etdi” İngiltərə mediası
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ötən gün Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turunda “Qarabağ”la qarşılaşan “Çelsi”nin Bakıda Azərbaycan təmsilçisi ilə 2:2-lik heç-heçə etməsi İngiltərədə təəccüb yaradıb.
“Qafqazinfo” xəbər verir ki, İngiltərənin məşhur mətbuat orqanları bu oyuna birmənalı yanaşmayıb.
Onların əksəriyyətinin nəticədən narazılığını oyun barədə yazılan yazıların başlıqlarında görmək mümkündür.
Həmin başlıqları təqdim edirik:
“The Sun”: “Qarnaço hesabı bərabərləşdirərək “mavilər”i zəif rəqibə qarşı utandırıcı məğlubiyyətdən xilas edib”.
“Daily Mail”: “Mavilər” zəif rəqiblə heç-heçə ilə kifayətləndi”.
“The Guardian”: “Qarnaço “Çelsi”ni şok məğlubiyyətdən xilas etdi”.
“The Telegraph”: “Qarnaço “Çelsi”ni “Qarabağ”a utancverici məğlubiyyətdən xilas etdi”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 06 Noyabr 2025 12:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















