Icma.az
close
up
RU
Qaro kimi xəstə, xam xəyallar quran ermənilərin sayı çoxdur ŞƏRH

Qaro kimi xəstə, xam xəyallar quran ermənilərin sayı çoxdur ŞƏRH

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Ona görə də, nə qədər ki, Ermənistan Konstitusiyasında dəyişikliklər etməyib, sülh müqaviləsini imzalamaq olmaz"


Erməni əsilli sabiq deputat Qaro Paylanın açıqlamaları Türkiyə və Azərbaycan ictimaiyyətində ciddi narahatlıq yaradıb. Paylan Ermənistanda verdiyi açıqlamada "Azərbaycanın Qarabağ üzərində tam nəzarəti bərpa etməsini qəbul etmədiklərini" bildirib. O, Ermənistanın Bakıya sülh əli uzatmasının yalnız vaxt qazanmaq üçün bir taktika olduğunu və revanş üçün 3-5 il lazım gəldiyini açıq şəkildə bəyan edib. 

Məsələ ilə bağlı Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri Aygün Attar da sərt reaksiya verib. O, Qaro Paylanın Türkiyədə yaşamasına və burada siyasi fəaliyyət göstərməsinə baxmayaraq, daim Türkiyə və türk dünyasının əleyhinə iş apardığını bildirib. Attar, Paylanın Ermənistanın keçmiş prezidenti, Xocalı soyqırımında əli olan Serj Sarkisyan tərəfindən medalla təltif edildiyini xatırladaraq, onun Ermənistanın maraqlarına xidmət etdiyini vurğulayıb. Qaro Paylanın Ermənistanda iştirak etdiyi bir proqramda Azərbaycan əleyhinə işlətdiyi ifadələr qəbuledilməzdir. Onun bu açıqlamaları Ermənistanın sülhə yönələn siyasətinin nə dərəcədə səmimi olduğunu bir daha sual altına qoyur. Ermənistanın hakim “Mülki Müqavilə” partiyasının deputatı Hakob Aslanyan da daha əvvəl bildirmişdi ki, Ermənistana “belini düzəltmək” üçün 1-1,5 il vaxt lazımdır və bundan sonra “türklərlə başqa cür danışacaqlar”. Aydın məsələdir ki, Ermənistan daxilində və xaricdəki erməni diasporu revanşist mövqedən çıxış edir. Fransa, ABŞ və Rusiyadakı erməni lobbisi də Azərbaycanın tarixi qələbəsini qəbul etməyə bilmir və Ermənistanı yeni qarşıdurmaya təhrik edir. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Ermənistanın sülh müqaviləsini imzalamaqdan yayınmasını, ölkə daxilində revanşist qüvvələrin gücləndiyini və onların qarşısının qətiyyətlə alınacağını bəyan edib. 


Milli Məclisin üzvü Nəsib Məhəməliyev "Sherg.az"a açıqlamasında deyib ki, erməni əsilli sabiq deputat Qaro Paylanın Ermənstanda səsləndirdiyi fikirlər haqlı olaraq Azərbaycan və Türkiyə ictimaiyyətinin  narazılığına səbəb olub. Bu, bir daha göstərdi ki, ermənilər tarixdən düzgün nəticə çıxarmaq istəmir. Deputat bildirib ki, Paylan və onun kimi daşnaklar xəstə ideologiyadan əl çəkmirlər: 

"Onlar qonşularla konfrantasiya yolunu tutmaqla, xoşbəxtliklərini gah ruslara, amerikalılara, fransızlara sığınmaqda görürlər. Hər dəfə də burunları əzilib, özləri ziyan çəkiblər. Bu zat, Türkiyə Böyük Millət Məclisində PKK-nın siyasi qanadı hesab olunan HDP-nin siyahısı ilə millət vəkili olub. Deputat olduğu vaxtlarda da, xarici ağalarının təhriki ilə, Türkiyə dövlətçiliyinə, ərazi bütövlüyünə yönəlik provakativ çıxışları ilə yadda qalıb. Xatirimdədir, belə çıxışların birində, qardaş ölkənin o zamankı xarici işlər naziri, Azərbaycanın dostu Mövlud Çavuşoğlu Paylanın cavabını layiqli şəkildə vermişdi. Doğulub, boya-başa çatdığı, bütün imtiyazlarından istifadə etdiyi dövlətə qarşı xəyanətkar mövqe tutan xəyanətkarlardan hər şey gözləmək olar. Yeri gəlmişkən, belə davranışlar Türkiyə ermənilərində genetik xarakter daşıyır. Uzun illər ərzində, saxta “genosid” ideyasını əllərində bayraq tutaraq, ən kiçik məsələlərlə belə Avropa Şurasına, BMT-na və digər beynəlxalq təşkilatlara şikayət etməklə, Türkiyə dövlətini təzyiq altında saxlamaq ermənilərin həyat tərzinə çevrilmişdi. Bu gün də, həmin siyasət aparılır. Ermənilər tarixi missiyalarını "şərəflə" yerinə yetirirlər".


Parlament üzvü vurğulayıb ki, Qaronun, “Ermənistanın Azərbaycanla sülh müqaviləsinin imzalamasının, sadəcə 3-5 il vaxt qazanmaq və revanş götürmək üçün lazımdır” kimi sərsəm fikirlərini səsləndirməsi təsadüfi deyil: 

"Hər kəsə bəllidir ki, sülh müqaviləsinin əsasını təşkil edən 17 bənddən 15-i artıq razılaşdırılıb və yerdə qalan iki bəndlə də bağlı mövqelər uzlaşdırılır. Bu da, daxildəki daşnak-millətçiləri ilə yanaşı, xaricdəki diasporaları, lobbi təşkilatlarını ciddi şəkildə narahat edir. Söhbət böyük pullardan gedir. "Erməni məsələsi"nin gündəmdən çıxarılması, milyardlarla çirkli pulun əldən çıxması deməkdir. Ona görə də, Qaro Paylan kimi yaramazların əli ilə prosesi pozmağa cəhd edirlər. Əminəm ki, arzuları ürəklərində qalacaq. Toparlanıb, yenidən müharibəyə başlasalar, daha ağır məğlubiyyətə uğrayacaqlar. Burada, bizim çıxaracağımız bir nəticə var. Dünyada Qaro kimi xəstə, xam xəyallar quran ermənilərin sayı kifayət qədər çoxdur. Ona görə də, nə qədər ki, Ermənistan Konstitusiyasında dəyişikliklər etməyib, sülh müqaviləsini imzalamaq olmaz".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 Fevral 2025 07:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri