Icma.az
close
up
RU
Qarpız təbii sidikqovucu və ödqovucudur

Qarpız təbii sidikqovucu və ödqovucudur

Icma.az, Saglamolun saytına istinadən bildirir.

Qarpız su (çəkinin 80%-nə qədər), fruktoza, saxaroza, mikroelementlər və təbii sellülozdan ibarətdir. Fruktoza qlyükozadan fərqli olaraq hətta şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanlara heç bir mənfi təsir etmir.

Qarpızı təbii sidikqovucu adlandırırlar ki, o insan orqanizmini daxildən sözün tam mənasında “yuyur” və bu səbəbdən ürək, damar və oynaq xəstəliklərindən əziyyət çəkən insanlara çox faydalıdır.

Qarpız qara ciyər üçün çox xeyirlidir. Qarpız şirəsi qara ciyərə orqanizmdən toksinləri yuyub aparmaq üçün kömək edir.

Qarpızın tumları bağırsaqları qurdlardan təmizləyir.

Tərkibində maqnezium mikroelementinın miqdarına görə qarpız badamdan sonra ikinci yer tutur. Qidada maqneziumun xroniki çatışmazlığı təzyiqinin artmasına gətirib çıxarır.

Bundan əlavə maqnezium böyrəklərdə daşların əmələ gəlməsinin qarşısını  alır, bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qanda xolesterinin səviyyəsini azaltmağa kömək edir və ödqovucu təsirə malikdir.

Maqneziumdan əlavə qarpız kalium elementi ilə də zəngindir. Kalium ürəyin normal fəaliyyəti üçün çox vacibdir.

Qarpızda dəmir mikroelementi da vardır. Bu səbəbdən qarpız qanazlığından əziyyət çəkən insanlara yaxşı kömək edir.

Arıqlamaq istəyənlər qorxmayaraq qarpız yeyə bilərlər. Qarpızda kalori az olduğuna baxmayaraq o, tez bir zamanda insanda toxluq hissi yaradır.

Bütün bu yaxşı xüsusiyyətlərə baxmayaraq düzgün seçilməmiş qarpız insanın səhhəti üçün əsl təhlükə ola bilər. Bunun səbəbi isə ondan ibarətdir ki, qarpız yetişdirilməsi zamanı tez-tez nitrat tərkibli gübrələrdən istifadə olunur. Bu nitratlar qarpızlarda yığılaraq insanların, xüsusən də uşaqların, orqanizmi üçün təhlükəlidir.

Qaydalara uyğun (yəni xeyirli) yetişdirilmiş qarpız seçmək üçün bizim məsləhətlərimizdən istifadə edə bilərsiniz:

- Qarpızı iyunda-iyulda yox, avqust – sentyabr aylarında almaq lazımdır.

- Yaxşı qarpız gün şüalarının altında parıldayır.

- Qarpızın üzərində çatlar və əzilmiş yerlər olmamalıdır. Bu zədələnmiş yerlərdən qarpıza təhlükəli mikroblar daxil ola bilər və bu mikroblar insanlarda kəskin bağırsaq infeksiyaları törədə bilərlər.

- Qarpız alanda heç bir halda onu kəsdirməyin.

- Qaprızın “quyruğu” sarı və bir qədər qurumuş olmalıdır, lakin tam quru olmamalıdır. “Quyruğu” olmayan qarpız almayın.

- Qarpızın üzərində sarı ləkənin olması onu sübut edir ki, qarpız tam və təbii qaydalara uyğun yetişib. Əgər belə ləkə çox yekə olarsa, deməli bu qarpıza gün şüaları çatmayıb və bunun dadı da yaxşı olmayacaqdır.

- Qarpız seçərək orta ölçüdə (5-7 kq) qarpızlara üstünlük verin.

- Qarpızı evə gətirdikdən sonra suya salın. Yaxşı dəymiş qarpız suyun üzərində üzəcək, dəyməmiş isə batacaq.

- Qarpızı yedikdən əvvəl yaxşı yumaq (sabunla da olar), qaynanmış su ilə yaxalamaq lazımdır.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:263
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 04:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see326

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see317

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see307

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see293

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see291

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see259

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see249

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see247

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see229

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see227

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see226

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see224

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see213

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see210

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see209

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see194

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see184

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see167

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see167

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri