Qarpızın faydası ilə bərabər zərəri də var Həkimdən AÇIQLAMA
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
Qarpız nəinki istidə susuzluğunuzu yatırır, həm də bir sıra faydalı xüsusiyyətlərə malikdir. Ancaq bəzi sağlamlıq problemləri olan insanlar bu məhsuldan istifadə edərkən diqqətli olmalıdırlar.
Oxu.Az bildirir ki, bu barədə rusiyalı həkim-qastroenteroloqu Yevgeniya Melnikova gazeta.ru-ya müsahibəsində xəbərdarlıq edib.
"Qarpız vitaminlər və bioloji aktiv birləşmələrlə zəngindir: vitamin C, B vitaminləri, fol turşusu, beta-karotin, maqnezium - bütün bunlar immunitet sistemini dəstəkləyir, koqnitiv funksiyaları yaxşılaşdırır və ürək-damar sisteminə faydalı təsir göstərir. Yüngül sidikqovucu təsiri sayəsində o, duzların və böyrək çöküntülərinin yığılmasının qarşısını alır. Qarpız dəri üçün də faydalıdır", - deyə Yevgeniya Melnikova qeyd edib.
Lakin mütəxəssis hiperkalemiya (qanda yüksək kalium səviyyəsi) olan insanlara aritmiyaya səbəb olmamaq üçün qarpız istehlakını məhdudlaşdırmağı tövsiyə edib.
"Qarpızın tərkibində çoxlu miqdarda fruktoza, qaraciyərdə emal edilən sadə şəkər olduğunu da anlamaq lazımdır. Ona görə də qaraciyər xəstəlikləri, o cümlədən hepatit və sirrozu olan xəstələr qarpızla diqqətli olmalı və ondan çox istifadə etməməlidirlər", - deyə həkim bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 09 Avqust 2025 06:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















