Icma.az
close
up
RU
Qarsda Azərbaycan icması ilə görüş keçirildi FOTOLAR

Qarsda Azərbaycan icması ilə görüş keçirildi FOTOLAR

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyəyə səfəri çərçivəsində Qars şəhərində olub.

"Unikal" xəbər verir ki, əvvəlcə Heydər Əliyev adına parkda Ümummilli Liderin abidəsi ziyarət olunub, xatirəsi ehtiramla yad olunub və abidə önünə gül dəstələri qoyulub. Ardınca komitə sədri Qars Qafqaz Universitetinin rektoru Hüsnü Kapu ilə görüşüb. Görüşdə ali təhsil ocağının fəaliyyəti, eləcə də burada çalışan azərbaycanlı müəllimlər və təhsil alan soydaşlarımız barədə ətraflı məlumat verilib.  Universitetə Azərbaycanın tarix və mədəniyyətinun rəmzi olan hədiyyələr təqdim olunub.

Komitə sədri daha sonra Qars Qafqaz Universitetinin nəzdindəki “Heydər Əliyev Təhsil Mərkəzi”nin fəaliyyətilə yaxından tanış olub, universitetin azərbaycanlı müəllimləri və icma üzvləri ilə görüşüb.

Görüşdə Azərbaycanın Qars şəhərindəki Baş Konsulu Zamin Əliyev iştirak və çıxış edib, bu görüşü Azərbaycan dövlətinin xaricdə yaşayan soydaşlarımıza yüksək diqqəti kimi qiymətləndirib. 

Universitetin rektoru qonaqları salamlayıb, iki ölkə arasındakı müxtəlif sahələrdə əməkdaşlığın inkişafına diqqət çəkib, mərkəzin işi barədə məlumat verib. 

Komitə sədri ölkəmizin diaspor siyasətindən və belə toplantıların əhəmiyyətindən danışıb, azərbaycanlı alim və pedaqoqların Türkiyə elminə verdikləri töhfələri, yeni nəslin yetişdirilməsindəki əvəzsiz xidmətlərini yüksək qiymətləndirib. Eyni zamanda komitənin elmi mübadilə, tələbə mübadiləsi və kitab çapı sahəsində universitetə töhfələr verə biləcəyi nəzərə çatdırılıb, ali təhsil ocağının kitabxanasına ölkəmizin tarixi və mədəniyyəti ilə bağlı kitablar hədiyyə olunub. 

Görüşdə həmçinin görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan elminin uğurlu inkişafı sahəsindəki xidmətlərindən bəhs edilib, ölkədə və xaricdə yaşayan elm adamlarına Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin  yüksək diqqət və qayğısı bir daha nəzərə çatdırılıb.

Görüşdə xaricdə yaşayan azərbaycanlı alimlərin forumlarının təşkili, yaradılan ortaq müzakirə platformaları, ana dilimizin qorunması, Azərbaycanla bağlı həqiqətlərin təbliği və s. barədə danışılıb, azərbaycanlı alimlərin dünya elminin inkişafı yolunda qazandıqları uğurlar dilə gətirilib. 

Sonda Türkiyənin Qars Qafqaz Universitetinin xarici əlaqələr şöbəsinin rəhbəri, Qafqaz və Orta Asiya Tədqiqat Mərkəzinin və qeyri-üzvü kimya kafedrasının müdiri, professor Hacalı Nəcəfova “Diaspor fəaliyyətində xidmətə görə” AR medalı təqdim edilib. Professor yüksək medala layiq görülməsinə və göstərilən diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib, bu əlamətdar hadisəni Azərbaycan elminə və alimlərinə göstərilən dövlət qayğısının bariz nümunəsi adlandırıb.
 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://unikal.az
archiveBu xəbər 19 Yanvar 2025 23:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see328

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see328

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see325

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see265

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see259

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see257

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see255

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see251

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see250

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see237

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see215

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see209

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see209

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see208

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see208

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see205

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see205

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see203

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see201

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri