Icma.az
close
up
RU
Qarşıda hələ çox işimiz var Yuri Vernidub

Qarşıda hələ çox işimiz var Yuri Vernidub

Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasının IV turu çərçivəsində doğma meydanda "Şəfa"nı qəbul edən "Neftçi" 4:1 hesablı qələbə qazanıb.

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Neftçi"nin baş məşqçisi Yuri Vernidub matç haqda fikirlərini bildirib:

- "Şəfa"ya qarşı çətinlik çəkdiniz. Bu fakt sizi narahat etmir?

- Futbolçularım bu oyunda bütün güclərini ortaya qoydular. “Şəfa”nın Premyer Liqanın debütantı olması ümumi mənzərəni əks etdirmir. Bu, intizamlı və yaxşı təşkilatlanmış komandadır. Onlar 5-3-2 sxemi ilə oynayırlar və bu səbəbdən müdafiələrini yarmaq çətindir. İlk hissədə də məhz bunu gördük. Rüfət Abbasovun möhtəşəm qolu sayəsində hesabı açdıq. Bu, üzərində işləməli olduğumuz məsələləri başa düşdüyümüzü göstərir. Əslində, qarşıda hələ çox işimiz var. İkinci hissənin əvvəlində standart vəziyyətdən qol buraxdıq, amma futbolçularımızın reaksiyasından razı qaldım. Qoldan sonra onlar intensivliyi artırdılar və daha üç qol vurdular. Artıq neçə dəfə qapı tirinə və dirəklərinə zərbə vurduğumuzu saya bilmirəm, amma qələbə qazandığımız üçün şadam. Yolumuza davam edəcəyik.

“Zirə” ilə müqayisədə start heyətində dəyişikliklər oldu. Bu, əvvəlki oyunda uğursuz çıxış edən futbolçular üçün cəza idi? Şevelin debütü barədə nə düşünürsünüz?

Qapıçılar istisna olmaqla, sərəncamımızda 22 futbolçu var. Ştoqrinin də adını qeyd etmək lazımdır. Hazırda zədəlidir, amma tezliklə sıraya qayıdacaq. Elvin Bədəlov isə qırmızı vərəqəyə görə aldığı diskvalifikasiya səbəbindən bu oyunu buraxdı. Qalan futbolçular tam gücü ilə məşq edirdilər. Mən futbolçuları cəzalandırmıram, sadəcə konkret oyundan asılı olaraq qərarlar qəbul edirəm. “Zirə” ilə matçda gözlədiyimiz oyunu görə bilmədik və mən də buna reaksiya verdim. Əslində, həmin görüşdə çox az qol epizodu yaratdıq. Bu dəfə isə “Zirə” ilə oyunda lazımi səviyyədə tətbiq edə bilmədiyimiz pressinqə üstünlük verməyə qərar verdik. Bu gün futbolçularımız bunun öhdəsindən əla gəldilər. Şevelə gəlincə, biz onu çoxdan izləyirdik. O, çox maraqlı bir çempionat olan Şotlandiya liqasından gəlib və orada hətta ən yaxşı mərkəz yarımmüdafiəçisi seçilmişdi. Onu komandaya cəlb etmək istəyirdik, bunu bacardıq və indi o, buradadır.

- Rüfət Abbasov barədə nə düşünürsünüz?

- O, gəncdir və milli komandada çıxış edir. Onunla biz ondan nə gözlədiyimizi və nəyə ehtiyacımız olduğunu danışmışıq. Məşqlərə və toplanışlara necə yanaşmalı olduğunu da müzakirə etdik. Bundan əlavə, o, möhtəşəm qol vurdu. Sol ayaqlı olmasına baxmayaraq, topu sağ ayağı ilə qapıya göndərdi. İkinci qolu da vura bilərdi, amma zərbəsi dirəyə dəydi.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://sportal.az
archiveBu xəbər 05 Sentyabr 2026 23:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see398

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see394

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see363

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see350

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see320

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see292

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see275

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see268

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see252

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see247

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see240

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see233

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see222

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see220

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see213

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see211

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see202

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see199

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see198

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri