Icma.az
close
up
RU
“Qarşıdurmanın uzun müddət aşağı intensivlikli formada davam edəcəyi görünür” POLİTOLOQ DANIŞDI

“Qarşıdurmanın uzun müddət aşağı intensivlikli formada davam edəcəyi görünür” POLİTOLOQ DANIŞDI

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Hazırkı geosiyasi reallıq göstərir ki, Orta Şərqdə baş verən proseslər artıq ənənəvi “kölgə müharibəsi” mərhələsini geridə qoyaraq daha mürəkkəb, çoxsəviyyəli və strukturlaşmış qarşıdurma formasına keçib”.

Bu sözləri SİA -ya açıqlamasında politoloq Aytən Qurbanova bildirib.

Onun sözlərinə görə, fevralın 28-dən başlayan hərbi toqquşmalardan sonra əldə olunan 14 günlük atəşkəs regionda nisbi sabitlik görüntüsü yaratsa da, bu fasilə daha çox tərəflərin qüvvələrini yenidən toplaması və növbəti mərhələyə hazırlaşması kimi qiymətləndirilə bilər:

” Çünki mövcud atəşkəs münaqişənin dondurulması və ya sülh prosesinin başlanğıcı deyil, taktiki xarakter daşıyan müvəqqəti fasilədir. Bu baxımdan atəşkəs sülhə aparan mərhələdən daha çox, daha geniş qarşıdurma ehtimalı öncəsi yaranmış aralıq dövr təsiri bağışlayır.

Mövcud vəziyyətin təhlili qarşıdurmanın inkişafını üç əsas ssenari üzrə proqnozlaşdırmağa imkan verir.

Birinci ssenari aşağı intensivlikli, lakin uzunmüddətli qarşıdurmanın davam etməsidir. Hazırkı şəraitdə ən real görünən variant tərəflərin birbaşa müharibədən yayınaraq proksi qüvvələr və hədəfli əməliyyatlar vasitəsilə rəqabəti davam etdirməsidir. Bu model İranın asimmetrik cavab strategiyasına uyğun gəlir, İsrailə texnoloji üstünlüyündən istifadə edərək seçilmiş hədəflərə zərbələr endirməyə imkan yaradır və ABŞ üçün regionda balansı qorumaqla yanaşı genişmiqyaslı müharibədən kənarda qalmaq fürsəti verir. Bu ssenari nisbətən idarəolunan görünsə də, davamlı qeyri-sabitlik enerji bazarlarına və regional iqtisadiyyata mənfi təsirlər göstərə bilər.

İkinci ssenari regional eskalasiya və çoxmərkəzli müharibə ehtimalıdır. Atəşkəsin pozulması və ya genişmiqyaslı hərbi insidentlərin baş verməsi vəziyyətin sürətlə nəzarətdən çıxmasına səbəb ola bilər. Belə halda Livan istiqamətində Hizbullah–İsrail qarşıdurması yenidən aktiv mərhələyə keçə, ABŞ hərbi qüvvələrinə qarşı hücumlar arta, Yəməndə husilərin Qırmızı dənizdəki fəaliyyəti isə beynəlxalq ticarət marşrutları üçün ciddi risk yarada bilər. Bu ssenari regiondakı böhranı daha da dərinləşdirərək klassik dövlətlərarası münaqişədən çoxsaylı aktorların iştirak etdiyi mürəkkəb müharibə modelinə çevirə bilər.

Üçüncü və ən təhlükəli ssenari genişmiqyaslı regional müharibədir. Tərəflərdən hər hansı birinin strateji “qırmızı xətt”in keçildiyini bəyan etməsi, məsələn İranın nüvə obyektlərinə geniş hücumların həyata keçirilməsi və ya İsrail ərazisinə kütləvi raket zərbələrinin endirilməsi vəziyyəti kəskin şəkildə dəyişə bilər. Belə şəraitdə ABŞ-ın birbaşa hərbi əməliyyatlara qoşulması, İranın isə bütün regional müttəfiq və proksi şəbəkəsini aktivləşdirməsi ehtimalı yaranır. Bu isə yalnız region üçün deyil, qlobal iqtisadiyyat və beynəlxalq təhlükəsizlik sistemi üçün də ciddi nəticələr doğura bilər.

Münaqişənin mahiyyətini yalnız regional kontekstdə qiymətləndirmək artıq kifayət etmir. Qarşıdurma getdikcə qlobal güc balansının mühüm elementlərindən birinə çevrilir. ABŞ üçün əsas məqsəd Orta Şərqdə strateji təsir imkanlarını və müttəfiqlərinin təhlükəsizliyini qorumaqdır. Çin enerji təhlükəsizliyi və tədarük zəncirlərinin sabitliyində maraqlıdır. Rusiya isə Qərbin diqqət və resurslarının müxtəlif istiqamətlərə bölünməsini öz geosiyasi maraqları baxımından əlverişli hesab edir. Məhz bu amillər münaqişənin lokal xarakterdən çıxaraq daha geniş geosiyasi məzmun qazanmasına səbəb olur.

Hazırkı mərhələdə tammiqyaslı müharibə qaçılmaz görünməsə də, 14 günlük atəşkəsin davamlı sülhə çevrilməsi üçün yetərli siyasi və institusional mexanizmlər mövcud deyil. Əksinə, mövcud dinamika qarşıdurmanın uzun müddət aşağı intensivlikli formada davam edə biləcəyini göstərir. Bununla yanaşı, eskalasiya riski yüksək olaraq qalır və təsadüfi hərbi insidentlərin daha geniş münaqişəyə çevrilməsi ehtimalı da istisna edilmir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 İyun 2026 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see569

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see527

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see368

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see273

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see271

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see247

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see246

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see239

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see236

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see234

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see215

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see213

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see210

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see209

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see206

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see205

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see204

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see203

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see198

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri