Icma.az
close
up
RU
Qarşılıqlı əməkdaşlığa əsaslanan maraqlar mövcuddur Abbas Əraqçi

Qarşılıqlı əməkdaşlığa əsaslanan maraqlar mövcuddur Abbas Əraqçi

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Əvvəlcə cənab Ceyhun Bayramov, Azərbaycanın hörmətli xarici işlər nazirinə bu səfərə dəvət etdikləri və səfərim zamanı mənimlə birgə olan nümayəndə heyətinə göstərdikləri qonaqpərvərliyə görə təşəkkür edirəm. Bu səfərin çox münasib bir zamanda həyata keçdiyinə inanıram". SİA-nın verdiyi məlumata görə, bu sözləri Xarici İşlər Naziriliyində keçirilən mətbuat konfransı zamanı İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi deyib.

Onun sözlərinə görə, iki ölkə arasındakı münasibətlərin gözdən keçirilməsi və regional, beynəlxalq məsələlərlə bağlı məsləhətləşmələrin davam etdirilməsi baxımından çox önəmlidir: "Cənab Bayramov tam şəkildə izah etdi ki, aramızda müzakirə olunan məsələlər çox geniş əməkdaşlıq sahələrini əhatə edir, siyasi, iqtisadi, mədəni, regional və beynəlxalq sahələr daxil olmaqla.

Bu gün cənab Prezident İlham Əliyevlə çox yaxşı və konstruktiv görüşlər keçirdim və mənə ayırdığı dəyərli vaxt və apardığımız məhsuldar müzakirələr üçün təşəkkür edirəm. Azərbaycanla münasibətlərimizdə həmişə açıq, səmimi və konstruktiv atmosferdə müzakirələr aparmışıq. Məncə, bu gün cənab nazir Bayramovla əldə etdiyimiz ən mühüm razılaşma, danışıqların, məsləhətləşmələrin davam etdirilməsi və səfərlərin, təmasların sayının artırılması barədə oldu.

Təbii ki, ortaq maraqlarımız çoxdur, qarşılıqlı əməkdaşlığa əsaslanan maraqlar mövcuddur. Əlbəttə, fikir ayrılıqları və anlaşılmazlıqlar da var ki, bunlar yalnız dialoq yolu ilə həll olunmalıdır və biz münasibətlərdə belə anlaşılmazlıqları aradan qaldırmaq üçün bu yolu seçmişik. Bu gün qərara aldıq ki, iki ölkənin müxtəlif səviyyələrdəki rəsmiləri arasında görüşlər və iclaslar başlasın və davam etsin ki, Azərbaycan-İran münasibətləri heç bir problem və fikir ayrılığı olmadan inkişaf etsin və diqqətimiz yalnız iki ölkənin mənafeyinin irəlilədilməsinə yönəlsin.

Siyasi sahədə yüksək səviyyəli səfərlər davam edib. Cənab Prezident Məsud Pezeşkian son bir il ərzində Azərbaycana iki dəfə səfər edib – biri ikitərəfli rəsmi səfər çərçivəsində, digəri isə İƏT dövlət başçılarının Zirvə toplantısında iştirak məqsədilə. Bu gün də mən Azərbaycanda səfərdə oldum və biz inşallah yaxın gələcəkdə cənab Prezident İlham Əliyevi Tehranda qəbul etməyə hazırıq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 Dekabr 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri