Icma.az
close
up
RU
Qarşılıqlı əməkdaşlığın genişləndirilməsi əsas hədəflərdəndir

Qarşılıqlı əməkdaşlığın genişləndirilməsi əsas hədəflərdəndir

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dövlət başçısı İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasında səfərdədir. Bu il 56-cı iclasını keçirən Forum çərçivəsində qlobal iqtisadi gündəliyin aktual məsələləri üzrə geniş müzakirələr aparılır, müxtəlif mövzular ətrafında panel sessiyaları keçirilir, beynəlxalq ictimaiyyətə mühüm çağırışlar ünvanlanır. Yanvarın 19-dan 23-dək davam edəcək 56-cı Dünya İqtisadi Forumu “Dialoq ruhu - qlobal mürəkkəblik və bölünmə şəraitində fikir mübadiləsi və anlaşma daha vacibdir” devizi altında dünya liderlərini, dünyanın aparıcı iş adamlarını bir araya gətirib. Forumda 130-dan artıq ölkədən 3000 nümayəndə iştirak edir. Tədbirə 65 dövlət və hökumət başçısı daxil olmaqla 400 siyasi lider, 850-dən çox iri şirkət rəhbəri, eləcə də qabaqcıl texnologiya sahəsində fəaliyyət göstərən nüfuzlu liderlər qatılıb. İştirakçıların say tərkibi Forumun qlobal miqyasda dialoq və əməkdaşlıq üçün mühüm platforma olduğunu, müzakirəyə çıxardığı mövzunun aktuallığını bir daha təsdiqləyir.

Azərbaycan Davos Forumunda ilk dəfə 1995-ci ildə iştirak edib və həmin dövrdən bu ənənə davam etdirilir.  2007-ci ildən etibarən Prezident İlham Əliyevin bu tədbirlərdə mütəmadi iştirakı Azərbaycanın mövqeyini daha da möhkəmləndirir, ölkəmizin sosial-iqtisadi, siyasi, enerji, nəqliyyat və digər sahələrdə əldə etdiyi uğurları dünyaya təqdim edir. Ənənəvi keçirilən Forumun gündəliyi, əhatə etdiyi mövzu, panel iclasda müzakirəyə çıxarılan məsələlər hər bir dövrün çağırışlarını özündə ehtiva edir. Dövlət başçısı İlham Əliyevin Forum çərçivəsində keçirdiyi çoxsaylı  görüşlər, müsahibəsi, çıxışı ölkəmizin beynəlxalq təqdimatında əhəmiyyətli rol oynayır. Bu görüşlərdə Azərbaycanın malik olduğu iqtisadi imkanlara diqqət yönəldilərək əməkdaşlığın yeni prioritetləri müəyyənləşdirilir.

Dövlət başçısı İlham Əliyevin keçirdiyi görüşlərin say tərkibinə diqqət yetirdikdə  Azərbaycanın beynəlxalq nüfuzu, Prezidentimizə böyük etimad özünün aydın ifadəsini tapir. Belə ki, Braziliyanın aparıcı investisiya banklarından və aktivlərin idarə edilməsi şirkətlərindən biri olan “BTG Pactual” şirkətinin sədri Andre Esteves, “Vestas Wind Systems” şirkətinin marketinq, kommunikasiya, davamlılıq və ictimaiyyətlə əlaqələr üzrə qrupunun baş vitse-prezidenti Morten Dirholm, dünyanın ən böyük liman operatorlarından biri olan “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaim, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus, “Carlsberg Group” şirkətinin Baş icraçı direktoru Yakob Aarup-Andersen,  İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzani, Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb, dünyanın aparıcı qlobal maliyyə institutlarından biri olan Amerika Birləşmiş Ştatlarının “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru Ceymi Daymon, Çex Respublikasının Baş naziri Andrey Babiş  və digər ölkələrin, aparıcı şirkətlərin rəhbərləri  ilə görüşən Prezident İlham Əliyev bununla Azərbaycanın əməkdaşlıqda, dövlətlərarası münasibətlərdə əsas amillərdən olan qarşılıqlı etimad mühitinin qorunmasında nə qədər maraqlı olduğunu nümayiş etdirir.

Cənab İlham Əliyevin çağırışlarında daim  bu məqam xüsusi qeyd edilir ki, Azərbaycan yalnız sülh, əməkdaşlıq  gündəliyini təqdim etmir, buna nail olmaq üçün  davamlı,  qətiyyətli,  konkret addımlar atır. Bu gün tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda Azərbaycanın regionda dayanıqlı sülhün təmin edilməsi istiqamətində atdığı real addımlara və nəticələrə diqqət yetirmək kifayətdir.

Dövlət başçısı İlham Əliyevin Forum çərçivəsində “Euronews” televiziyasına müsahibəsində səsləndirdiyi fikirlərdə qeyd edib ki, bu gün Cənubi Qafqaz yeni inkişaf mərhələsinə daxil olur. Prezident İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsini otuz ildən artıq müddətdə qan tökülməsindən, münaqişə və müharibələrdən sonra Qafqazda sülhün qurulmasında səylərimizə verilən qiymət kimi qəbul etdi: “Biz beş-altı aydır sülh şəraitində yaşayırıq. Buna öyrəşirik. Öz müstəqillik tariximizdə heç zaman sülh şəraitində yaşamamışıq. Xüsusi hissdir və əlbəttə ki, böyük fürsətdir. Bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlər artıq əməkdaşlığa çevrilir. Biz Ermənistana gedən yüklərin daşınmasında bütün məhdudiyyətləri aradan qaldırdıq. Bundan əlavə, Ermənistanın böyük dərəcədə asılı olduğu əsas malların, ilk növbədə neft məhsullarının həmin ölkəyə təchizatına başlamışıq. Bu vəziyyətdən hamı udur. Ermənistan və Azərbaycanın, eləcə də vətəndaş cəmiyyətinin birgə səyləri ilə Qafqazda uzunmüddətli deyil, əbədi sülhə nail olacağıq. Məqsədimiz budur.

Həmçinin müsahibədə diqqət yönəldilən məsələlər sırasında Azərbaycanın malik olduğu enerji ehtiyatlarından, onların ölkələr arasında əməkdaşlıq əlaqlərinin möhkəmləndirilıməsində əsas amillərdən biri olmasından bəhs edib: “Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri dünyanın enerji xəritəsini yenidən tərtib edir. Ölkəmizin enerji sektorunda qazandığı uğurlar etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir. Əməkdaşlığın coğrafiyasının genişlənməsi də bunun bariz nümunəsidir. Dövlət başçısı İlham Əliyevin müsahibəsində vurğuladığı kimi, Avropa və Avropa İttifaqı ilə enerji əməkdaşlığımız artmaqdadır. Artıq 16 ölkəyə təbii qaz ixrac edirik və onların 10-u Avropa İttifaqının üzvüdür. Boru kəməri qazı ilə coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Azərbaycan təbii resurslara, nəqliyyat sisteminə və müasir boru kəmərlərinə malikdir. Bir çox Avropa ölkəsi ilə yaxşı münasibətlərimiz var və bu, onlar üçün öz enerji təhlükəsizliyini gücləndirmək imkanıdır. Azərbaycan üçün isə bu, premium bazarda ehtiyatlarımızı satmaq fürsətidir.

Prezident İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasda da çıxış etdi. Dövlətimizin başçısı çıxışında gələcəyi necə gördüyünü ətraflı şəkildə diqqətə çatdırdı. Bu məqam xüsusi vurğulandı ki, üç onillikdən artıq çəkən müharibəyə və qan tökməyə son qoymaqla tarixi nailiyyət əldə olundu. Sülh sazişinin nadirliyi ondan ibarətdir ki, o, son qanlı toqquşmadan sonra iki ildən az müddətdə paraflandı. Bu göstərir ki, əgər hər iki tərəfin güclü siyasi iradəsi, sülhə sadiqliyi olarsa, onda  kifayət qədər qısa müddət ərzində barışıq əldə edə bilərsiniz. 
Təhlillərdən də göründüyü kimi, Forumun  əsas hədəfi qlobal iqtisadi və geosiyasi problemlərin həlli yollarının müzakirəsi, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, dövrün çağırışlarının uğurla həyata keçirilməsidir. 

Malik Həsənov

Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 Yanvar 2026 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see373

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see358

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see317

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see283

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see271

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see231

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see223

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see220

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see218

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see196

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see195

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see187

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see186

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see185

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see180

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see180

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see179

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see170

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri