Icma.az
close
up
RU
Qarşılıqlı etimad və qardaşlıq prinsiplərinə asaslanan əməkdaşlıq

Qarşılıqlı etimad və qardaşlıq prinsiplərinə asaslanan əməkdaşlıq

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistan Respublikasına növbəti dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyması baxımından mühüm siyasi hadisə kimi yadda qaldı. Daşkənddə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşdən sonra dövlət başçıları mətbuata bəyanatlarla çıxış etdilər. Prezident İlham Əliyev çıxışında Azərbaycan-Özbəkistan münasibətlərinin yüksək səviyyəsindən, mövcud əməkdaşlığın nəticələrindən və gələcək perspektivlərdən geniş bəhs etdi.

Cənab Prezident İlham Əliyevin bəyanatında iqtisadi əməkdaşlıq xüsusi yer tutdu. Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsinin yaxın illərdə 1 milyard ABŞ dollarına çatdırılması istiqamətində konkret hədəflərin müəyyənləşdirildiyi diqqətə çatdırıldı. Dövlət başçısı bildirdi ki, iki ölkə arasında əməkdaşlıq artıq yalnız ticarətlə məhdudlaşmır. Energetika, nəqliyyat, investisiya, turizm, dağ-mədən sənayesi, avtomobil sənayesi, kənd təsərrüfatı, emal və bankçılıq kimi çoxsaylı sahələrdə birgə layihələr həyata keçirilir.

Bəyanatın mühüm məqamlarından biri də Azərbaycan və Özbəkistan arasında investisiya əməkdaşlığının genişləndirilməsi ilə bağlı fikirlər oldu. Prezident İlham Əliyev qeyd etdi ki, iki ölkənin qarşılıqlı investisiyaları artıq mühüm nəticələr verməkdədir. Azərbaycan şirkətlərinin Özbəkistanda, Özbəkistan şirkətlərinin isə Azərbaycanda həyata keçirdiyi layihələr iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, ölkələr arasında neft-qaz kəşfiyyatı sahəsində əməkdaşlığın da yeni mərhələyə keçdiyi bildirildi.

Azərbaycan-Özbəkistan münasibətlərində nəqliyyat və tranzit əməkdaşlığı da xüsusi əhəmiyyət daşıyır. Möhtərəm Prezident çıxışında Trans-Xəzər nəqliyyat dəhlizinin imkanlarının genişləndirilməsinin vacibliyi vurğulandı. Azərbaycan və Özbəkistanın Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında nəqliyyat və logistika əlaqələrinin inkişafında mühüm rola malik olduğu qeyd edildi. Bu istiqamətdə görüləcək işlər hər iki ölkənin beynəlxalq nəqliyyat və ticarət imkanlarının daha da genişlənməsinə şərait yarada bilər.

Ölkə başcısı çıxışında humanitar və mədəni əlaqələrin də Azərbaycan-Özbəkistan münasibətlərinin mühüm hissəsi olduğunu qeyd etdi. Bu baxımdan Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin Daşkənddə yeni binasının açılması xüsusi əhəmiyyət daşıyır. Həmçinin iki xalqın böyük mütəfəkkirləri Nizami Gəncəvi və Əlişir Nəvainin ədəbi irsinə həsr olunmuş birgə layihələrin həyata keçirilməsi mədəni əlaqələrin daha da dərinləşdirilməsinə xidmət edir.

Bəyanatda Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilən quruculuq işlərində Özbəkistanın iştirakı da yüksək qiymətləndirildi. Cənab İlham Əliyev Özbəkistanın Füzulidə Mirzə Uluqbəy adına məktəbin tikintisinə və Xankəndidə tikiş fabrikinə investisiya yatırmasına toxundu. Bu layihələr iki qardaş ölkə arasındakı həmrəyliyin və qarşılıqlı dəstəyin konkret nümunələri kimi qiymətləndirilə bilər.

Prezident İlham Əliyevin bəyanatında Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında münasibətlərin genişlənməsinin strateji əhəmiyyəti də xüsusi vurğulandı. Dövlət başçısı Azərbaycanla Mərkəzi Asiyanın böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi məkan olduğunu bildirdi. Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin gücləndirilməsi ölkəmizin beynəlxalq və regional mövqelərinin daha da möhkəmlənməsinə imkan yaradır.

Beləliklə, 23 avqust 2026-cı il tarixində Azərbaycan  Prezidenti İlham Əliyevin Özbəkistanda mətbuata verdiyi bəyanat Azərbaycan-Özbəkistan münasibətlərinin strateji xarakterini bir daha nümayiş etdirdi. Səfər çərçivəsində əldə olunan razılaşmalar, imzalanan sənədlər və müəyyənləşdirilən yeni layihələr iki qardaş ölkə arasında siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar və mədəni əlaqələrin daha da inkişaf etdirilməsi üçün möhkəm zəmin yaradır. Bu səfər Azərbaycan və Özbəkistanın qarşılıqlı etimad və qardaşlıq prinsiplərinə əsaslanan münasibətlərinin gələcəkdə də yüksələn xətt üzrə inkişaf edəcəyinə əminlik yaradır.

Nazim Bünyatov

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 27 Avqust 2026 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see355

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see309

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see304

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see292

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see276

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see274

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see268

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see257

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see253

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see252

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see247

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see238

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see236

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see233

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see227

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see225

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see221

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see218

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see215

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri