Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Ən çox qazanan televiziya aktyorları...

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Qarşılıqlı münasibətlərin mahiyyəti də genişlənir, məzmunu da

Qarşılıqlı münasibətlərin mahiyyəti də genişlənir, məzmunu da

Newscenter.az saytına istinadən Icma.az xəbər verir.


Son illərin siyasi hadisələri Azərbaycana böyük etimad göstərildiyini təsdiqləyir. Bu münasibətlər istər siyasi proseslərdə qarşılıqlı tərəfdaşlıq kimi, istər bu və ya digər dünyəvi təşəbbüslərin gerçəkləşməsində siyasi güvənc kimi, istərsə də qlobal proseslərin həllində söz sahibi olmaq kimi bir etimada əsaslanır. Dünyanın böyük dövlətləri xarici siyasətini bu baxımdan Azərbaycanla qarşılıqlı əlaqələrin daha geniş siyasi müstəvidə davam etdirilməsinə istiqamətləndirir.
ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri də belə niyyətlərin davamıdır. Görüş zamanı mətbuata verdiyi bəyanatda Azərbaycana çox müsbət münasibətə görə Tramp-Vens administrasiyasına minnətdarlığını bildirən, Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmağın böyük şərəf olduğunu deyən Azərbaycan Republikasının Prezidenti cənab İlham Əliyev Tramp-Vens administrasiyasının regionumuzdakı səylərinin mühüm nəticələrindən birinin Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsi olduğunu da qeyd etdi:
“Biz bu cür böyük töhfəyə görə ABŞ Hökumətinə çox minnətdarıq. Biz Azərbaycan vasitəsilə Ermənistana gedən yüklərin tranzitinə nəinki bütün məhdudiyyətləri qaldırmışıq, o cümlədən özümüz Ermənistana neft məh¬sullarının təchizatına başlamışıq. Beləliklə, ticarətin və əməkdaşlığın başlanğıcı reallaşır. Tramp-Vens administrasiyasının regionumuzdakı səylərinin mühüm nəticələrindən biri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsidir ki, o, nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, o cümlədən Azərbaycan, Ermənistan və digər qonşuların ərazisi vasitəsilə Asiya ilə Avropanı birləşdirəcək çox etibarlı, təhlükəsiz və böyükmiqyaslı daşımalar dəhlizidir. Beləliklə, regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir. Bu gün Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyur”.
Hər rəsmi səfər ikitərəfli münasibətlər sistemində yeni bir layihənin yaranması, formalaş¬ması, daha geniş formatda davam etdirilməsi ilə nəticələnir. Bu, hər iki dövlətin xarici siyasəti üçün prioritet hesab edilir. İkinci Qarabağ müharibəsindən sonra ABŞ Cənubi Qafqazda dayanıqlı sülhün yaran¬ması üçün tarixi fəaliyyət göstərməyə başladı və bu fəaliyyət öz bəhrəsini verməkdədir. ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri də bu baxımdan xarakterikdir. Bu səfər zamanı Siyasi Xartiya imzalanması tarixi hadisə hesab edilə bilər. Dövlət başçımız bu ba¬xım¬dan bəyanatında dedi: “Əziz qonaqla imzaladığımız Xartiyada əməkdaşlığımızın müxtəlif istiqamətləri əks olunur. Biz təhlükəsizlik və antiterror əməliyyatları məsələləri üzərində işimizi davam etdirəcəyik. Bu gün Azərbaycan öz təbii qazı ilə 16 ölkənin enerji təhlükəsizliyini təmin edir. Onların 11-i NATO-nun üzvü, ABŞ-ın müttəfiqidir. Bağlantılara gəldikdə, artıq qeyd etdiyim kimi, TRIPP layihəsi regionda sülhün inkişafına və əməkdaşlığa növbəti töhfə olacaq. Biz müdafiə məhsullarının satışı sahəsində yeni səhifə açırıq və bu, həmçinin perspektivlidir. Əlbəttə ki, süni in-tellekt mərkəzlərinin yaradılması bu gün ikitərəfli gündəliyimizin bir hissəsidir və Amerikanın aparıcı şirkətləri ilə işbirliyi quraraq artıq ilkin nəticələrimiz var. Başqa sözlə, Vitse-prezident Ven¬sin bugünkü səfəri imzalanmış Strateji Xartiya, danışıqların mahiyyəti, dostumuz və qonağıməıın qəbulu baxımından tarixidir”.
Strateji Xartiyada ikitərəfli münasibətlərin əsası kimi bir-birinin suverenliyinin, müstəqilliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının dəstəkləndiyi, regional bağlantılar, iqtisadi sərmayə və təhlükəsizlik əməkdaşlığı da daxil olmaqla, qarşılıqlı maraq və ortaq fayda doğuran sahələrdə strateji tərəfdaşlıqların əhəmiyyəti təsdiqləndi, Azərbaycan Respublikası və Ame-rika Birləşmiş Ştatları Orta Dəhlizin inkişafına xüsusi diqqət ayırmaqla enerji, nəqliyyat və rəqəmsal infrastruktur sektorlarında, o cümlədən TRIPP və digər layihələrin inkişaf etdirilməsi vasitəsilə iqtisadi artımı, regional bağlantıları təşviq etmək üçün əməkdaşlığı genişləndirəcəyini, enerji və nəqliyyat sektorlarına, rəqəmsal infrastrukturun inkişafına dövlət və özəl sektor sərmayələrini səfərbər etmək imkanlarını araşdıracağını, Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatlarının mülki nüvə əməkdaşlığını dərinləşdirəcəyini planlaşdırır.
Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında müdafiə sənayesi məhsullarının satışı da daxil olmaqla, müdafiə və təhlükəsizlik əməkdaşlığının əhatə dairəsinin genişləndirilməsi, Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında müdafiə sənayesi məhsullarının satışı da daxil olmaqla, müdafiə və təhlükəsizlik əməkdaşlığının əhatə dairəsinin, terrorizm təhdidinə qarşı birgə mübarizə aparmaq öhdəliklərini nəzərə alaraq, mövcud antiterror əməkdaşlığını genişləndirmək də nəzərdə tutulur. Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları Azərbaycan Respublikasının mina və digər partlayıcı maddələrlə çirklənmə səbəbindən üzləşdiyi ciddi çətinlikləri nəzərə alaraq, maliyyə dəstəyi və texnologiya ötürülməsi vasitəsilə humanitar minatəmizləmə sahəsində potensialın artırılmasında əməkdaşlıq etməyi planlaşdırır.
ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri Azərbaycanla ABŞ arasında münasibətlərin yeni bir mərhələsi oldu...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 11 Fevral 2026 23:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see383

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see312

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see292

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see291

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see287

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see285

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see282

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see266

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see265

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see260

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see255

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see249

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see248

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see239

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see237

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see231

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see225

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see203

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see200

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri