Icma.az
close
up
RU
“Qarşımıza qoyduğumuz hədəf var”

“Qarşımıza qoyduğumuz hədəf var”

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

“Gəncə” basketbol komandasının baş məşqçisi Halil Atlı klubun mətbuat xidmətinə müsahibə verib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis komandanın çıxışını dəyərləndirib və hədəflərindən söz açıb:

– Halil bəy, gəlin əvvəlcə ilk üç tura nəzər salaq. Bu cür start planlaşdırılmışdı?
– İlk üç turu dəyərləndirsək, bütün oyunlarda qələbə qazandığımızdan istədiyimiz şəkildə irəlilədiyimizi deyə bilərik. Əslində planlama nöqtəsində çempionata uğurlu başlayacağımızı bilirdim. Önəmli olan bunu komandaya inandırmaq, kollektivi yaxşı hazırlaşdırmaq idi. Həm fiziki, həm də texniki cəhətdən keyfiyyətli hazırlaşdığımızı düşünürəm. İlk turlarda rəqiblərimizi də uyğun şəkildə analiz etdik. Oyunçular vurğuladığımız detallara düzgün yanaşıb bacardıqlarını etdilər. Ona görə deyə bilərəm ki, əvvəldən planlaşdırdığımız yerdəyik.

– Sizi oyun planında sevindirən nə oldu?
– Hər bir komandanın özünəməxsus oyun sistemi var. Ona görə bizim digərlərindən hər hansı bir şeyi daha yaxşı bacardığımızı deməyim düzgün olmaz. Amma məni ilk üç matçda sevindirən məqam hər oyunda öz sistemimizdə müəyyən dəyişikliklər etməyimiz və basketbolçuların buna tezliklə uyğunlaşması, tapşırıqları meydanda həyata keçirməsi oldu.

– “Gəncə” sona qədər liderliyi əlində saxlaya biləcək?
– Lider mövqeyinə çıxmaq və orada qalmaq çox çətindir. Tutduğumuz yeri qorumaq çox önəmlidir və biz bunu etməyə çalışacağıq. Hamımızın hədəfi budur. Liqa uzun bir marafondur. Qarşıda çox oyunlar var. Zaman keçdikcə rəqiblər bir-birini daha yaxından tanıyacaqlar. Ona görə indidən dəqiq bir şey demək çox tezdir. Amma bizim qarşımıza qoyduğumuz hədəf var. Basketbolçular buna doğru irəliləyirlər. Onlar oyunları ilə mənə inam verirlər. Qarşımızda duran ilk vəzifə öncədən də dediyim kimi “Gəncə”ni yenidən pley-offa daşımaqdır. Sonrasına addım-addım baxacağıq.

– Çempionatda yaranan fasilə komandanızın xeyrinə oldu?
– Fasilə müddətinə mövsüm öncəsi hazırlıq dövrü kimi yanaşdıq. Məncə, bizim üçün yaxşı keçdi. Fiziki gücümüzə güc qatdıq. Daha yaxşı edə biləcəyimiz işlərin üzərində çalışdıq. İnkişaf etdik. Yoxlama oyunu keçirə bilməməyimiz bir az məni üzür. İstənilən halda düşünürəm ki, fasilə dövrü bizim üçün hazırlaşmaq baxımından yaxşı fürsət oldu.

– Növbəti tur Gəncədə türk məşqçilərin qarşıdurması olacaq. Nizami yurdu üçün yad sima olmayan Bedri Meriçin “Şəki”sinə qarşı matçdan nə gözləyirsiniz?
– Bəli, Bedri hoca bu şəhər üçün doğmadır. Ötən mövsüm “Gəncə”nin məşqçisi olaraq burada gözəl münasibətlər qurub. İndi onu və komandasını qonaq edəcəyik. Ümid edirəm ki, yaxşı oyun olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 27 Noyabr 2024 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see599

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see312

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see301

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see294

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see291

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see289

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see279

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see261

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see256

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see248

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see245

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see236

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see231

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see231

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see230

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see226

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see225

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see225

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see223

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri